Məhkəmə qərarları › İş №e-2(005)-4081/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4081/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4081/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı, iddiaçı "X2 Azərbaycan" QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "X2 Azərbaycan" QSC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə maddi zərər: 154.55 AZN (bir yüz əlli dörd manat 55 qəpik) və dövlət büdcəsinə köçürülmüş 30 AZN məbləğində dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(005)- 4102/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X2 Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1’ MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2022ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-cü il tarixindəki 50 manat, xx.xx.2022-cü il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2023 tarixindəki 577 manat məbləğindəki vəsait “X1” MMC vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 154,55 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilənxx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC -yə cavabdeh(lər) tərəfindən “X2 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 154,55 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində«Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin)əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X2 Azərbaycan” QSC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış krediti müqaviləsi əsasında borclu tərəfindən ödənilən son tarix xx.xx.2023-cü il tarixə 927 manat təmin edilmiş və bu ödənişlərə görə “X2 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 154,55 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun 5 (beş) iş günü müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehdən müqavilə üzrə qalıq borc tutularaq iddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin iddiaçı ilə digər şirkət, yəni “X1” MMC arasında “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “X1” MMC iddiaçıya məhkəmə qətnaməsi ilə tutulmuş pulun alınmasını, cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Hazırda iddiaçı “X1” MMC tərəfidən görülmüş xidmətin əvəzi olaraq ödənilmiş pulu cavabdehdən tutularaq ona ödənilməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü, iddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq “X1” MMC tərəfindən görülmüş xidmətin əvəzi olaraq ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi xahiş edir. Lakin qanunvericilikdə məhkəmə qətnaməsinin icrası müvafiq dövlət orqanına, yəni icra şöbələrinə və icra məmurlarına həvalə edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra icrası mərhələsində tələbkar, hazırki iddiaçı icra məmurundan icra sənədinin icrasını tələb edə bilər. İcra məmuru tərəfindən qəbul edilmiş qərarlar, icra məmurunun hərəkət və hərəkətsizliyindən qanunvericilikdə şikayətlər nəzərdə tutulmuşdur. Həmin hərəkətləri digər hüquqi şəxsə tapşırılması və bundan irəli gələn xərclərin əvəzinin ödənilməsi cavabdehdən tələb edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı ərizəsində AR MPM-nin 107 və 121.1-ci maddəsinə istinad etmiş, lakin həmin maddələrdə məhkəməyə hazırlıq və ya məhkəmə icraatı dövründə görülmüş hüquqi yardımın əvəzi nəzərdə tutulmuşdur. İddiaçı özünə aid hüquqların həyata keçirilməsini digər hüquqi şəxsə həvalə etmiş və bundan irəli gələn, öz üzərinə düşən ödənişləri əsassız olaraq cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6, 360 və 1306.1-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "maddi ziyan tələbinə" dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar