Məhkəmə qərarları › İş №e-2(005)-4116/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4116/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4116/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ogluna qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə yaranmış 107 (bir yüz yeddi) manat məbləğində əsas və 32 (otuz iki) manat məbləğində cərimə olmaqla, üntunilikdə 139 (bir yüz otuz doqquz) manat məbləğində borc vəsaitinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satı müqaviləsinə əsasən cavabdeh şəxs aldığı “Honor 8S 2GB/32GB” markalı telefona görə 12 (on iki) ay müddətinə olan ödəniş cədvəli üzrə 24 (iyirmi dörd) manat məbləğində olmaqla, cəmi 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh xx xxx 2019-cu il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satı müqaviləsinin şərtlərini pozaraq, sonuncu dəfə heç bir ödəniş etməmiş və qalıq qalmış 107 (bir yüz yeddi) manat məbləğində borc vəsaitini qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh iddiaçı “İRŞAD- Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan qeyd edilən borcunu ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli müddətli (nisyə) alqı-satı müqaviləsinin 3.1-ci bəndinə əsasən əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar alıcı tərəfindən satıcı firmaya bütün xərclər, eləcə də hər gün üçün 1 (bir) faiz məbləğində cərimə borcu ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da, xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 32 (otuz iki) manat məbləğində təşkil edir. Beləliklə, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə “İRŞAD- Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu 107 (bir yüz yeddi) manat məbləğində əsas və 32 (otuz iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 139 (bir yüz otuz doqquz) manat məbləğində təşkil etmişdir. Ona görə də, 139 (bir yüz otuz doqquz) manat məbləğində borc vəsaiti Cavabdeh tutularaq iddiaçı “İRŞAD- Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: xx xxx 2019-cu il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satı müqaviləsinin surətindən görünür ki, “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh ilkin ödəniş 0,80 (səksən qəpik) manat olan dəyəri 279 (iki yüz yetmiş doqquz) manat olan “Honor 8S 2GB/32GB” markalı telefonu 12 (on iki) ay müddətinə hər ay 24 (iyirmi dörd) manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür; “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xəbərdarləq məktubunun surətindən görünür ki, Cavabdeh 107 (bir yüz yeddi) manat məbləğində əsas və 32 (otuz iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 139 (bir yüz otuz doqquz) manat məbləğində borc vəsaitinin ödənilməsi barədə xəbərdar edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satı müqaviləsinə əsasən cavabdeh şəxsin dəyəri 279 (iki yüz yetmiş doqquz) manat olan “Honor 8S 2GB/32GB” markalı telefonu üçün 107 (bir yüz yeddi) manat məbləğində əsas və 32 (otuz iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 139 (bir yüz otuz doqquz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 2019-cu il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satı müqaviləsinə əsasən Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixinə 107 (bir yüz yeddi) manat məbləğində əsas və 32 (otuz iki) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 139 (bir yüz otuz doqquz) manat məbləğində borc vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “İRŞAD-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar