Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-414/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 yanvar 2017-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən ödənilməmiş 165000(bir yüz altmış beş min) ABŞ dolları borcun ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə və borc öhdəliyinin ödənilməsinin gecikdirməsinə görə illik 5% olmaqla 14025 (on dörd min iyirimi beş) manat faizin alınaraq verilməsi, həmçinin iddianın verilməsi üçün ödənilmiş 585 manat dövlət rüsumunun və X1 görülməsinə dair ərizənin verilməsinə görə ödənilmiş 59 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edərək, icraatda olan e-2(005)- 414/2023 nömrəli mülki işlə bağlı barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Bundan sonra birlikdə ‘‘Tərəflər" adlandırılacaq, İddiaçı (bundan sonra "Birinci tərəf” adlandırılacaq ) və Cavabdeh (bundan sonra “İkinci tərəf adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar:
1. İş üzrə Cavabdeh qarşılıqlı razılaşma əsasında iddia tələbini 160000 (bir yüz altmış min) manat məbləğində qəbul edir və həmin məbləği barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməyi öhdəsinə götürür.
2. İş üzrə İddiaçı cavabdehin iddia tələbini 160000 (bir yüz altmış min) manat məbləğində etiraf etməsini qəbul edir və həmin məbləğin Cavabdeh tərəfindən barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməsinə etiraz etmir.
3. İş üzrə cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlik 2 ay dalbadal icra edilmədiyi halda iddiaçının borcun ödənilməmiş hissəsinə dair icra vərəqəsi verilməsini tələb etmək hüququ vardır.
4. İş üzrə İddiaçı öhdəsinə götürür ki, Cavabdeh mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə X1 ləğv edilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müvafiq ərizə təqdim edir.
5. X2 nəzərdə tutulmamış hər hansı bir tələbin və öhdəliyin icrasını bir-birindən tələb edə bilməzlər.
6. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilir və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı « müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə tərəfər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bundan sonra birlikdə ‘‘Tərəflər" adlandırılacaq, İddiaçı (bundan sonra "Birinci tərəf” adlandırılacaq ) və Cavabdeh (bundan sonra “İkinci tərəf adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar:
1. İş üzrə Cavabdeh qarşılıqlı razılaşma əsasında iddia tələbini 160000(bir yüz altmış min) manat məbləğində qəbul edir və həmin məbləği barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməyi öhdəsinə götürür.
2. İş üzrə İddiaçı cavabdehin iddia tələbini 160000(bir yüz altmış min) manat məbləğində etiraf etməsini qəbul edir və həmin məbləğin Cavabdeh tərəfindən barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməsinə etiraz etmir.
3. İş üzrə cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlik 2 ay dalbadal icra edilmədiyi halda iddiaçının borcun ödənilməmiş hissəsinə dair icra vərəqəsi verilməsini tələb etmək hüququ vardır.
4. İş üzrə İddiaçı öhdəsinə götürür ki, Cavabdeh mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə X1 ləğv edilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müvafiq ərizə təqdim edir.
5. X2 nəzərdə tutulmamış hər hansı bir tələbin və öhdəliyin icrasını bir-birindən tələb edə bilməzlər.
6. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilir və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gündən qüvvəyə minir. İddiaçı Cavabdeh qarşı « müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva