Məhkəmə qərarları › İş №e-2(005)-4225/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4225/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4225/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3, Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) paylarına mütənasib qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********20 nömrəli xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə banka ödənilməmiş 397,07 manat əsas, vəfat etdiyi tarixə ödənilməmiş manat faiz borcu olmaqla, cəmi 412,83 manat borc, xx.xx.2024-cü il tarixli, BPM**********20 saylı nağd kredit müqaviləsi üzrə 2625.9 manat əsas borc vəsaitinin və ödənilmiş 50,39 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Əkbərova Leyla Rəfail qızı arasında xx.xx.2024-cü il tarixli, BPM**********20 saylı tam kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əkbərova Leyla Rəfail qızına 35 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin ABB ASC ilə Əkbərova Leyla Rəfail qızı arasında xx.xx.2024-cü il tarixili, BPM**********20 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əkbərova Leyla Rəfail qızına 24 ay müddətinə 14.9 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 418988 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Əkbərova Leyla Rəfail qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 365 saylı məktubuna əsasən Əkbərova Leyla Rəfail qızının mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2024-cü il tarixli 2V-528 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əkbərova Leyla Rəfail qlzlblb xx.xx.2025-ci ilədək xx.xx.2024-cü il tarixli, BPM**********20 saylı tam kredit müqaviləsi üzrə Banka ödənilməmiş 397,07 manat əsas, vəfat etdiyi tarixə ödənilməmiş manat faiz borcu olmaqla, cəmi 412,83 manat borc, xx.xx.2024-cü il tarixli, BPM**********20 saylı nağd kredit müqaviləsi üzrə 2625.9 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum Əkbərova Leyla Rəfail qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın ABB ASC qarşısında olan öhdəliyi icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-28579/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmiş və ya təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş: BPM**********20 nömrəli xx.xx.2024-cü il tarixli tam kart müqaviləsindən görünür ki, Əkbərova Leyla Rəfail qızına 35 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kredit xətti açılmışdır. BPM**********20 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Əkbərova Leyla Rəfail qızına 24 ay müddətinə 14.9 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əkbərova Leyla Rəfail qızının xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2625,9 manat əsas borcu, 0 manat cərimə, 0 manat faiz borcu olmaqla, cəmi 2625,9 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əkbərova Leyla Rəfail qızının xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə "xxxx" ASC-yə 397,07 manat əsas borcu, 15,76 manat faiz borcu olmaqla, cəmi 412,83 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərova Leyla Rəfail qızı xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Əkbərova Leyla Rəfail qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dır və onların hər biri ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 “Sabunçu ibbi Mərkəzi” X3in 18-1-17/2-2612/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli məktubuna əssən X2 PHŞ-nın tərkibində olan İİ Anesteziologiya və İntensiv Terapiya şöbəsində tibb bacısı vəzifəsində işləmiş mərhum Əkbərova Leyla Rəfail qızına vəfat etməsi ilə əlaqədar veriləsi orta əməkhaqqının 3 misli qədər müavinət 2687.04 manat, xəstəlik vərəqəsi 193.79 mana, məzuniyyət kompensasiyası 1004.64 manat təşkil edir. Yekun olaraq, 3885.47 manat məbləğində vəsaitdən ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Əkbərova Leyla Rəfail qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Əkbərova Leyla Rəfail qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Əkbərova Leyla Rəfail qızının vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə BPM**********20 nömrəli xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə 397.07 manat əsas, vəfat etdiyi tarixə ödənilməmiş 15,76 manat faiz borcu olmaqla, cəmi 412,83 manat borc, xx.xx.2024-cü il tarixli, BPM**********20 saylı nağd kredit müqaviləsi üzrə 2625,9 manat əsas borc tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,39 manat məbləğində dövlət rüsumu və və 0,40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 BPM**********20 nömrəli xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə 397.07 manat əsas, vəfat etdiyi tarixə ödənilməmiş 15,76 manat faiz borcu olmaqla, cəmi 412,83 manat borc və xx.xx.2024-cü il tarixli, BPM**********20 saylı nağd kredit müqaviləsi üzrə 2625,9 manat əsas borc və ödənilmiş 50,39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar