Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-427/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, (Açar sözlər: «alqı-satqı müqaviləsi üzrə alınanların geri qaytarılması tələbi barədə») Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə alınanların geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 110000 manat alqı-satqı müqaviləsinə əsasən mənzilə görə ödənilmiş pulun, həmin evin pulundan xx.xx.2021-ci il tarixindən indiyədək faydalanmağa görə bütün ödənilməli vəsait üzrə (110000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi üzrə hesablanmış 12200 manat pulun və 800 manat (evin alışı və satışı zamanı) notarial xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; hüquqi yardım üçün ödənilmiş 300 manat pulun, və 17,25 manat pulun (etibarnaməyə görə ödənilmiş) notarial xərclərin, iddia vermək üçün ödənilmiş 413 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı sözügedən mənzili X1. Cavabdeh İddiaçı qarşı iddia ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin, həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsini və həmin mənzillə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-5461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil № 436-ya (yeni qaydalarla: Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17,mənzil № 1-ə) dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, həmin müqavilənin əsasında dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilmişdir. Eyni zamanda həmin qətnamə ilə sözügedən mənzillə bağlı İddiaçı ilə X4 arasında bağlanmış, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-272 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilənin əsasında dövlət reyestrində X4 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilmişdir. Bundan sonra, Cavabdeh həmin məhkəmə qərarına istinad edərək İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, 436 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17, mənzil № 1) mənzilin cavabdehlərin və qeyrilərinin qeyri-qanuni istifadəsindən alınıb verilməsi, mənzildə cavabdehlərə məxsus əşyaların boşaldılması və maddi ziyana görə 12.800 (on iki min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, həmçinin tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2292/2024 saylı iş üzrə icraatındadır. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil № 436-ya (yeni qaydalarla: Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17,mənzil № 1-ə) dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Əliyev X8 Müjgan Eldar qızına 110 000 (yüz on min) manat pul vermişdir. Həm Ali Məhkəmənin 2(102)-455/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsində, həm də Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materiallarına əsasən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda da bu fakt öz əksini tapmışdır. Bu faktı, yəni mənzilin satılması və 110 000 manat pulun ödənilməsini təsdiq edən etirafedici səs yazısı da vardır. Həmçinin pulun verilməməsi faktı Məhkəmədə öz əksini tapmamışdır. Cavabdeh mübahisəli mənzildən çıxarılmasını tələb edir, bu zaman etibarsız hesab edilmiş müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 110 000 (yüz on min ) manat pulu da qaytarmalıdır. Həmin müqavilənin etibarsız hesab edilməsi nəticəsində hər iki tərəf müqavilədən əldə etdiklərini geri qaytarmalıdır. Həmçinin bildirilir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi artıq 41 aydır ki imzalanmışdır. Hesab edilir ki, müqavilənin dəyəri ilə yanaşı həmçinin bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə cavabdehdən tutuaraq İddiaçı ödənilməlidir. Hesablamalara görə bu məbləğ 12200 manat edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, cavabdeh müqavilə üzrə alınmış bütün vəsaiti, eyni zamanda əldən çıxmış fayda olaraq iddiaçıya dəymiş ziyanı ödəməlidir. Pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Təqdim edilmiş səs yazılarından da müəyyən edilir ki, iddiaçı 110000 manat ödəməyə razılaşmış, borcunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, Müjgan pul götürməyib. pulu Sənani götürüb. Tərəflərin öncədən tanışlıqları olmayıb. 70.000 pulu alıb. Teyyub maklerdi, alqı-satqıdan 4000 manat ona verilib. Ramil isə 8000 götürüb. Bank və notariat ofisinin məlumatı olub. Banka 2 dəfə olmaqla 70.000 və 40.000 qoyulub. 70.000 götürüldükdən sonra 40.000 depozit hesabına qoyulub. Yarım saat ara ilə pul veriləcək idisə hansı səbəbdən nisyə müqavilə bağlanmışdır, məlum deyil. Öncəki məhəmə prosesində restitusiya məsələsinin həll edilməməsinin səbəbi məhz müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilməməsi, iddiaçının niyyətinin mənzil əldə etmək olmaması, arada borc-sələm münasibətlərinin olması olub. Təqdim edilən videogörüntülərdən görünür ki Ramil özü də 70000 manat müqabilində evin girov qoyulduğunu təsdiq edir. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, Sanani Müjganla onun direktoru olub. Ramili tanımamışdır. Sənani özünə tikinti şirkəti qurmuşdu. Pandemiya vaxtları idi, onlara yanında işləməyi təklif etdi. Həmin vaxtlarda Müjgangil evlərini satmış, başqa ev almışdılar. Təmirin bir qismini etmişdilər, bunu o da bilirdi. Həmin vaxtlarda Sənani bildirdi ki, evi olan zamin lazımdır, iş qurmaq üçün bir adam olduğunu, ondan pul götürüb iş görəcəklərini, həm də Müjganın evinin təmirini edəcəklərini qeyd etdi. Müjganla düşünüblər ki, Sənanini artıq 2 ildir tanıyır, Müjganın vəziyyətini bilirdi və belə bir hərəkət etməzdi. Müjgan razılaşdı. Onlara yalnız notariusa gəlməyi və imza atmağı bildirdi. Notariusda Müjgan imza atıb və pulu götürüb. Notariat ofisinin yanında gətirib pulu Sənaniyə verdi. Sənani pulu götürdükdən sonra puldan 14.000 “şapka” pulu kimi Ramilə verdi. Onlar da nə baş verdiyini bilmədən kənardan müşayət ediblər. 2 ay ərzində evdə təmir gedirdi, hər şey qaydasında idi. 2 ay sonra Ramil onları axtarmağa başladı ki, Sənani pulu ödəmir, pul faizə verilib. Onlar biləndə gec idi artıq, Ramillə görüşüb vəziyyəti başa salıblar. Ramilə bilmədən imza atıldığını deyiblər. Sənani isə qaçmışdı, yox idi. Daha sonra sosial şəbəkələrdə Sənaninin şəkili paylaşılaraq “dələduz” olaraq ittiham edilirdi, rəylərdə isə çox sayda insanlar onlara qarşı da eyni əməl törədildiyi yazılmışdı. Ən çox qadınlara qarşı bu əməlləri etmişdi. Ramili araşdırdıqda isə faizə pul verdiyini və vasitəçilərlə işlədiyini biliblər. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsinin dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1448/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdehlər X7, İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2021ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» iddia tələbi rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5461/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin olunması, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunması,iddia təmin olunması,Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev № 5/7, mənzil № 436-ya (yeni qaydalarla: Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev № 196, M 17, mənzil № 1-ə) dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, həmin müqavilənin əsasında dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev № 5/7, mənzil № 436-ya (yeni qaydalarla: Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev № 196, M 17, mənzil № 1-ə) dair İddiaçı ilə X4 arasında bağlanmış, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-272 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunması, həmin müqavilənin əsasında dövlət reyestrində X4 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməsi,iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumnun əvəzi kimi 150 (yüz əlli) manat İddiaçı və X3 müştərək qaydada alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-455/2024 saylı qərarın surətindən görünür ki, Birinci cavabdeh - İddiaçı (vəkil X19)tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi,Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5461/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli “satıcı”-İddiaçı və “alıcı”-X7 Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X11 ünvanlanan ərizədən görünür ki,tərəflər İddiaçı məxsus Bakı şəhəri,Nəsimi rayonu,Ənvər Hüseynov küçəsi,ev 5/7,mənzil 436 (Yeni qaydalarla:AZ 1078,Bakı şəhəri,Nəsimi rayonu,Əbdülvahab Salamzadə küçəsi,196,M17,m1) 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin 48000 manat məbləğini müqavilə bağlanan anda,qalan 42000 manat 00 qəpik isə 3 gün müddətinədək ödəniləcəyi qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ”satıcı”-İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili “alıcı” X6 90000 manata satmışdır. - xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin çıxarışından görünür ki,X7 tərəfindən müştəri - Ələkbərova Səma (hesab № AZ32MUGA**********00002AZM65) hesab nömrəsinə 48000 manat puı vəsaiti mədaxil edilmişdir. - 11 fevral 2022-ci il tarixli "xxxx"ASC-nin ödəniş tapşırığından görünür ki, ödəyən müştəri - Ələkbərova Səma alqı-satqı müqaviləsinə əsasən vergi ödənilir. İddiaçı ödəniş təyinatı əsasında Milli Gəlirlər Departamenti (hesab№ AZ17CTRE**********0003944) 1690.20 manat pul vəsaiti köçürülmüşdür. - 25 yanvar 2021-ci il tarixli Ləğv prosesində olan "xxxx"ASC-nin 559793 nömrəli ödəniş qəbzindən görünür ki, X14 tərəfindən Cavabdeh hesabına 40 000 manat pul vəsaiti köçürülmüşdür. - 10 fevral 2022-ci il tarixli "xxxx" ASC-nin 629776 nömrəli ödəniş qəzbindən görünür ki, X15 tərəfindən İddiaçı hesabına 46309,80 manat pul vəsaiti köçürülmüşdür. - 25 yanvar 2021-ci il tarixli "xxxx"ASC-nin ödəniş qəbzindən görünür ki, X5 Ramil Abbasqulu oğlunun hesabına 70 000 manat pul vəsaiti köçürülmüşdür. - 25 yanvar 2021-ci il tarixli Ləğv prosesində olan "xxxx"ASC-nin 559793 nömrəli ödəniş qəbzindən görünür ki, X14 tərəfindən Cavabdeh hesabına 68,309 manat pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 436 (Yeni qaydalarla:AZ 1078,Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi,196,M17,m1) İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubuna əsasən görünür ki, iddiaçı vət.İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair Nəsimi RPİ-NİN 20-ci PŞ -də hər hansı bir şikayət ərizəsi olmamışdır. - İddiaçı Cavabdeh nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş CD Diskdə olan səs yazılarında aşağıdakı danışıqlar yer almışdır: - “Whatsapp Audio 2025-09-05” adlı birinci səs yazıda Cavabdeh tərəfindən “Ay Ramil bəy, mən hardan alıb pulu gələcəkdim..Mənlik deyil də əlbəttə ki, pulu əmimin dostu gətirəcəkdi..evi onun adına alırıq..Pulu da cındır Sənani gecikdirdiyinə görə əmim də Sənanidən götürüb pulu o adama verəcəkdi o adama.. başqa nə cür, hardan tapacaqdım pulu? Pul ondadırda bəs..O da ayın 4-ü gəlir..Deyir ayın 5-i gedək notariusa”.. - “Whatsapp Audio 2025-09-05” adlı ikinci səs yazıda Cavabdeh tərəfindən “Ramil bəy, sabahınız xeyir..Yəni məndən keçib də, bildiz necə? Mənim əmimin adına alınacaq, ya kimin adına, nə alınacaq, mənə demirlər..Elə bil alıcı var, başa düşdüz? Elə bil pul verir, alır, sonra əmim “raşşot” edəcək onlarla..Bildiz necə? Yəni belə..Ancaq bunu deyə bilərəm..O da ki əlaqə saxlayacaqlar, danışarsız ətraflı, deyəcəklər.. Mənə heç nə demirlər..Yəni dedilər biz özümüz əlaqə saxlayacıq..Gecib şey eləyəcik..Söhbət edəcik..alqı-satqımızı inşallah edəcik”. - “Whatsapp Audio 2025-09-05” adlı üçüncü səs yazıda Cavabdeh tərəfindən “Yox ayın 5-i həll olunur bu şey.. Ayın 5-i deyəndə ki, ayın 4-ü əslində..Prosto 4-2həmin o adam gəlib.. Burada deyildi..5-i də uje deyir rahat gedək həll edək, gedək alqı satqıya” - “Whatsapp Audio 2025-09-05” adlı dördüncü səs yazıda Cavabdeh tərəfindən “Salam Teyyub müəllim, necəsiz? Teyyub müəllim bayaq danışa bilmirdim, anam yanımda idi. Bir dənə zəhmət olmasa o kağız varıydı e, hansı ki, bir alqı-satqı edəndə mənə verildi, sizə də verildi..Sonra notariusda da var e..Həmin o kağızın şəklini çəkib ata bilərsiz mənə..Kağız məndə deyil..Heyvan Sənani götürmüşdü..Onda idi, başa düşdüz? Mənim də onunla əlaqəm yoxdu, ona görə şey eləyə bilmirəm..Zəhmət olmasa o kağızı atın bir dənə..oxuyum mən onu..1-2 işlər var..Vobşem da, inşallah ki birinci gün uje vse..Alqı-satqı eləyirik..Sadəcə olaraq məndən bir dənə o sənədi, kağızı istəyirlər..orada nə yazılıb, ona uyğun hərəkət etsinlər..Çünki onlar mənimlə gələcəklər..Pulu onlar sizin əlinizə verəcəklər.. Belə alqı-satqı edəcik.. - “Whatsapp Audio 2025-09-05” adlı beşinci səs yazıda Cavabdeh tərəfindən “Mən küçədə qalmaq fikrində deyiləm ki, sizi yalandan fırladım..Bugün-sabah, bugün sabah..Sizin də bir səbriniz var..Bugün-sabah partlayacaqsız..başa düşürsüz? Mən istəyirəm hər şey xoşluqla olsun, amma görürəm ki,siz xoşluqla heç nə istəmirsiz olsun..Mənim başqa evim olsaydı bu qədər vecimə olmazdı..Bilmirəm uje sizə nə deyim..ən zəhləm gedən şeydi kiminsə qabağında ağlayım..nəsə şey eləyim..Ramil bəy, xahiş edirəm, məni səbrdən çıxarmayın..Allah haqqı, and olsun..Yenə deyirəm, xətriniz əzizdir..Ona görə ki, mənə yaxşılıq elədiz, bugünə kimi gözlədiz..Bu gündən sonra gözləyə bilmirsizsə, yenə də canınız sağ olsun...Amma mən pis insan deyiləm, axmaq deyiləm, “moşennik” deyiləm.. Mən düşmüşəm bir dənə cındır Sənanin dilinə, ağzına əlinə.. Hamısını o elədi, başa düşürsüz? Mən düşmüşəm bir zibilə..mənim 23 yaşım varıydı e bu zibilə düşəndə.İndi 24 yaşım var..23 yaşımda məni belə aldatdılar mən neyləyə bilərəm? Mənim bütün nəslim bilsə iki dəqiqəyə aləmi qatar bir-birinə..Mən prosto çox acizəm ki heç kimə deməmişəm bunu.. Özüm həll edirəm..Buraxın bu ay o evi mən həll edim..Yox əgər gözləyə bilmirsizsə yenə də Allah canınızı sağ eləsin”.. - “Whatsapp Audio 2025-09-05” adlı altıncı səs yazıda Cavabdeh tərəfindən “Aytənin səsini atıram sizə, amma çox xahiş edirəm heç kəsə atmayın..” - “Whatsapp Audio 2025-09-05” adlı yeddinci səs yazıda X9 tərəfindən “Müjgan bu dərd deyil e..bu ..dur, onu da ki Allah eləsin, bir də bundan böyük ..lar yeməyək, başa düşdün? Bu düz elədi..tövbə, o qədər şeylər öyrəndim ki, bu yaxşı oldu başımıza belə bir şey gəldi..Bundan betəri üçün 1 az saxla.....o pulun içinə..Mən sənə bir şey deyim, yəni bu gün belə Aynur ortaya çıxıb bir şey desə, Allah haqqı deyirəm, öz dilimdən şey yazaram ki, bir ayın içində mən sən remontlu üç otaq ev almasam..Allah haqqı o qədər güvənirəm..Bu işim ki var mənim, alınıb o..başa düşürsən? Bugün-sabah biz bu .. saxlayaq ki, sonrası mənim vecimə deyil..Sənani gəldi, gəlmədi..Mən bu .. təmizləyəcəm..ya o şərəfsizlə, ya da tək özüm.. bu qədər mənim yaxşıdı hər şey..başa düşürsən? Bir az Aynuru dart..Cavab vermə, üstünə get..Bir şey elə..Denən mən evi remont edib satacam e, mən satacam evi, vəssalam..Bir az hökmlü danış ki, ən azı sabah bir ... ortaya çıxanda nəsə sən də deyə biləsən..Allah haqqı o qədər şey keçirdirəm..Prosto ona əsəbləşirəm ki, həqiqətən məndə bu dayansa..Vse da, deyirdim heç nə eləməyəcəm..onda sən qalacaqsan ortada..mənim nə qədər nəfəsim gəlir, sən qalmayacaqsan .. qoy o nəfəs bir az gəlsin, mən bu pozu yığışdırım..” - “Whatsapp Audio 2025-09-05” adlı səkkizinci səs yazıda Cavabdeh tərəfindən “Plus da ki, Aytənin də işini aparmır uje..Aparmır da, yəni heç nə eləmir..Başqa söhbətlər olub..Bəs ona görə deyirəm ki, sizinlə görüşüb danışmalıyıq onları da..İndi gərək siz mənə kömək edəsiz ki, mən Aytəndən pulu ala bilsəm, 100 min ala bilərəm.. sonra siz mənə gərək kömək edəsiz ki, qalan 20 mini mən birtəhər alım ondan..Nəynənsə, nə bilim hara şikayət edim? Nə edim?” - “Whatsapp Audio 2025-09-05” adlı doqquzuncu səs yazıda X9 tərəfindən “Salam Ramil? Necəsiniz? O söz var e, səninlə o qədər danışmışam, uje danışmağa sözüm də yoxdur..Nə mənada, yəni səninllə danışmağa..Biz Müjganla danışırıq, neçə gündü qırışırıq, eləyirik..Mən dediyim işi həll elədilər. Deyirəm da adam şirkətini qurub, pul çıardırdı.. Velə-belə..o byramdan sonra pulu götürəcəm yəni təsdiqlətdilər..Sən o şansı bu dəfə mənə vermə, Müjgana ver..qoy bu işi biz həll edək...Yenə mən sənə yarım saatlıq səs atım, sən mənə 20 dəqiqəli səs at..bununla əmələ gəlmir..O dediyin söhbət də ki, deyirsən məndən çıxıb, satışdadır..ok qoy qız gəlib o evi sizdən alsın..Necə verməyib sənə eləcə də sizdən gəlib alacaq..yəni hər gün eyni bu şeyləridanışmağın..bunun nöqtəsi qoyulmalıdı..Deyirsən e, təhvil verilməlidir..Səndən sonra üç nəfərə də getsə, o ev Müjgana qayıtmalıdırda yəni bilmirəm nə yolla, necə yolnan bunun başqa variantı yoxdur..başa düşürsən?Başqa variantı ya ölümdür, ya da o ev qayıtmalıdır.. Mən ölümü seçmədim, çünki öldürsəm özümü, o qızı o vəziyyətdən çıxardacaq kişi tapılmayacaq..O qızı o vəziyyətdən yenə mən çıxaracam..Mən bu .. yediyimə görə yox ha, prosto Aytən olduğuma görə..Məni yarıda qoyanların tayı deyiləm mən..Prosto Ramil mən xəstəlik tapmışam, səsim batır..danışa bilmirəm..Onsuz 3-4 günə heç nə eləmək olmur..Sən bayramdan sonraya səbr elə mən proto danışa bilmirəm çox..Əsəbdəndir nədi, bilmirəm, boğazımda rak əmələ gəlib bəlkə də..Hər dəqiqə onu yığıb deməklə nəsə əmələ gəlmir..Mən bacardığımı edirəm, başa düşrsən? Axıra qədər də edəcəm.. Bir az bizə nəfəs ver gəl, səndən başqa heç nə istəmirəm..” - “Whatsapp Audio 2025-09-05” adlı onuncu səs yazıda X9 tərəfindən “Hə Ramil..Sən deyirsən, mən qulas asıram..Bax söz var e..Yenə deyirəm..Bu dəqiqə haqq səndədir deyə, hər sözüm sənə yalançıdır, hər sözüm boşdur. Çünki ortada bir şey olmdığına görə bu dəqiqə həqiqətən yəni sən nə desən haqlısanşş Amma haqlı olduğun üçün yox ha,prosto ortaya bir şey gəlmir deyə..sən haqlısan..Amma mən necə əlləşirəm..əlləşmişəm, nə vaxt qazanmamışam, doğurdan danışdığım şeylər heç biri yalan deyildi.. Ortalıqda pullar var idi.. Amma bir türlü biz yığışdıra bilmədik.. Alınmayan eylərlə, nə bilim dirəndikcə, həyt məndən onları alır.. Ona görə boş buraxmışam..Dediyin məsələlər, yəni yenə deyirəm Müjgana bir manat qoymamısan e..Mən neçə manat qoymuşam, hara qoymuşam.. Sadəcə sən onu görmmisən, mən hələ də Müjganın bugünə qədər arxasında dayandım. Bundan sonra da dayanacam..Çünki o söz var e, pulu mən yeməmişəm.. Bunu Allahım da bilir..Bunu Müjgan da bilir, bunu hər kəs də bilir..Amma yetim haqqı deyə bir şey var..Mən tam rahat olmağım üçün həm o dünyada həm də bu dünyada bu işi təmizləyəcəm.. Yenə də deyirəm, öz üzərimə düşəndən belə artığını edəcəm..Sənin Allah köməyin olsun..Həqiqətən bilmirəm..Sən həqiqətən “dostoynı” insansan..Həqiqətən nə dedik, gözlədin.. Amma bunu bilirsən hansısa necə belə deyim hansısa kişi, kişi dediyi insan zibil çıxıb..Yəni ii dənə qız uşağının gic birinə inandığı işdir..və bu işi biz yığışdıra bilmədik..sən deyirsən yalançı..mən öz yalançım ola bilmərəm, mən də kiminsə sözünün yalançısı olmuşam..Başa düşürsən mənim cibimdə o öul olardı.. Necə ki Müjgan, indi də mən..Gətirib atardım stolun üstünə deyərdim bilirsən nə var? Alınmadı, biz işi pozuruq.. Onu da eləyə bilmirəm..Çünki bu dəqiqə im mənə nə deyir mən onu edirə..Yenə deyirəm, bura qədər gözləmisən, Allah köməyin olsun.. Amma bir az da o söz var da.. danışanda bir az haqq danışaq da..Yəni bilib bilmədikə danışmayaq.. Ok, o halallığı da verirəm sənə, nə bilirsən, nə düşünürsən,elə də qalsın səndə.. Amma mən sənə indi açığı indi danışdığım söhbətlər ki var,demirsən verərsən, gəlib alar? O qızdan nə pul götürülüb, ona o öul veriləcək, o gəlib səndən inşallah evi alacaq..Yaxşı hər halda özü səni yığıb vaxtı günü deyəcək..Amma ora qədər heç olmasa onu gözləyin də?Çünki özün bilirsən o mülki..Belə deyim..Nəisə də haradan haraya gəlinmiş işdi..Göz bağlanıb, dayvay get kef elə verildi.. bu deyil..Bu neçə beynin düşünülmüş bir şey idi. Sadəcə ortada başqa şeylər oldu deyə bu qədər dağınıq oldu..Nə mən bilsəydim, mən ona düşman deyilə bir şey deyiləm.. Bu iş olmamışa qədər onun ayağına bir daş dəyməsini istəəyən bir adamam. Onun ağlamağına dözə biməyən insanam mən..Yəni bu məsələ olmayana qədər belə həmişə onun yanında olan biriyəm..pis günündə də, nə bilim də günündə..Mən onun düşməni deyiləm.. Onu bilə-bilə gətirim belə bir şeyə çıxarım..Belə alındı..Belə oldu..Belə zəncirvarı bu getdi..Mən onu bilə bilə bəlaya salamışam..Ona görə..Sadəcə ortada o söz var e.. bir inam söhbəti..Yenə də deyirəm mən də onun başına tapança dirəyib deməmişdim ki, davay bunu eləyək..nəisə..Yenə də deyirəmşşİşin görünən tərəfi var, görünməyən tərəfi var..Bizim ikimizin arasında olan söhbətlər var..Məsələlər var idi, bağlanmalı idi.. Mən sadəcə olaraq ona kömək ləmək istədim. Vəssalam bunu özü də yaxşı bilir. Mən də sənə deyirəm ki özü də zəng vurub,ən azı vaxtı deyəcək ki, mən flan vaxtı səndən evi götürürəm. Yenə də çox sağ ol,Allah köməyin olsun..Bu qədər mənə qulaq asdın..” - “Whatsapp Audio 2025-09-05” adlı 11-ci səs yazıda X10 tərəfindən “Salam Ramil oğlum necəsən. Ramil, şeydi, atam, gör nə deyirəm elə mən. Sən mənə bir dənə notariusun yerini deyərsən hansı notariusdu. Mən Müjgənin adına zada day keçirmək istəmirəm, öz adıma keçirəcəm qurban sənə. Mənə şeydi, dəqiqlik ilə de ginən, özüm gələcəm mən, alqı-satqıda özüm şey elyəcəm, özüm orda olacam. Yani Müjgənin adına yox, mənim adıma keçiriləcəkdir, başa düşdün, atam?” - “Whatsapp Audio 2025-09-05” adlı 12-ci səs yazıda X10 tərəfindən “Gör nə deyirəm Ramil. Mən istəyirsən "daje" bax o işləri görməkdən ötəri beh də verim saa, beh də gətirim verim də, sən lap arxayın ol, heç olmasa mən də o işlərimi görüm də atam, 5-nə kimi mən o işlərimi görüm. Behindən də gətirim verim qadan alım, pul götürüm, gətirim verim, gətirim verim heç olmasa o işlərimi görüm.” - “Whatsapp Audio 2025-09-05” adlı 13-cü səs yazıda X10 tərəfindən “Yaxşı oğlum, sən mənə səhər tezdən onda xəbər edərsən, mən dəqiq bilərəm də yaxşı. Səhər tezdən xəbər edərsən. Bir də atam xahiş edirəm o evə heçkəs girməsin də başqa, o evdə mənim əmanətlərim var, başa düşdün? Yani o evə mən əmanətlər qoymuşam, əmanətlər var o evdə. Çox xahiş edirəm, yani başqa heçkəs o evə girməsin, tay Allah qoysa alqı-satqı edək, xeyirliknən olsun təki öz adıma keçirim, mən ondan sonra uje rahat olacam, ta mən uşaq adına heç bir şey keçirmərəm indidən belə.” - “Whatsapp Audio 2025-09-05” adlı 14-cü səs yazıda Cavabdeh tərəfindən “Mən Aytənə qışqıra-qışqıra səs atdım. Dedim Ramil bayaq mənə deyir ki, getdik mamanın yanına, mamana hər şey danışaq, vsyo, mən gedirəm evi satmağa, görüm nə deyir indi o...” ifadələri işlənən səs qeydləri müəyyən edilir. - Cavabdeh nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş flaş kartda olan, “VİD- 20251028-WA0025” adlı video yazıdan görünür ki, İddiaçı: "Sabahları məsələn, onlar aldatsa.."; Cavabdeh: “Siz məni sıxmayın da..Bugün-sabah,bugün-sabah”; İddiaçı: “Yox, sıxmaq yox, mən bir söz deyim də..”; Cavabdeh: “Mənim də vaxtım yoxdur..Siz özünüz bilirsiniz..”İddiaçı: “yox bax apellyasiyadan da məhkəməyə getdik..orda..həyatdı da..hər şey ola bilər”; Cavabdeh: “Axrıncı məhkəmədi”..İddiaçı: “söhbət fırlana bilər də..Hər şey ola bilər..Əlimizlə qoymamışıq ki..Sabah söhbət fırlananda yenə də mən sənə deməyəcəm ki, Müjgan vse, söhbət fırlandı, mən səni tanımıram.bax qurtardı, öldülər...Mən insafsız adam deyiləm..Lap 3 otaq deyirsən..deyəcəm çıxart burda sat..Mən 100 mini götürüm, geridə qalanı sənindi”..Əliyev Müjgan: “İnşallah elə bir şey olmayacaq, amma bir məsələ var..” Qadın səsi: “ Sən 110 min almısan, Müjgan, ya 70 min almısan?”; Cavabdeh: “70 min almışam”; Qadın səsi: ”bayaqdan 110 min deyir”; Məmmmədova Müjgan: “ yox e, o indi əlavə faizidi..” İddiaçı:” “O uje...əvvəl idi..o getdi e..Mən sənə axrıncı dəfə görüşəndə də dedim ki, ev 120 minə satılır...Sən də Aytənə dedin bax ha, satır 120 minə..”; Cavabdeh: “Bildim də..Mən sizə zaloq qoyub adınıza keçirmişəm..uje 120 mindən o tərəfə faiz nə qədər qalxa bilər ki”; İddiaçı: “yox e, 120 minə uje satılır..dayanıb”; Cavabdeh: “hə dayanıb da uje, 120 min qiymətidir”; İddiaçı: “hə dayanıb..Qiymət qoyuldu 120 min...Müjgan, sən də dedin Aytənə..O da dedi mən 135 min verəcəm, sənin nəyinə lazımdı..”; Cavabdeh: “bilirəm onlar..İndi bilirsiz, düz deyirsiniz..Orasını da fikirləşmək lazımdı ki, misal üçün oldü, nə oldu, nə oldu..Baxın verirəm də..Misal üçün 10 min verəcəm..Ayın 5-nə, 6-na kimi”; İddiaçı: “Sənin uje evinin 110 min qiymətidi..Gəl al 110 minə..Heç Aytən vermədi, gəl al 110 minə..Heç Aytən vermədi, “Andrey” verdi, fərqi yoxdu”...”;Cavabdeh: “bilirəm..Mən sizə 10 min, 15 min, belə-belə versəm də..problem deyil də? Yadınızdadır keçən səfər demişdiz ki”; İddiaçı: “Olar e..amma indi bir şey var..Sən belə verə - verə haçana verəcəksən?” - “VİD-20251028-WA0026” adlı video yazıdan görünür ki, Cavabdeh:”mənə dediz mən də dedim hə, yaxşı..Çünki mənim bu vəkilim bir nəticə göstərir..25 mini çıxardıb ortaya..”; İddiaçı: “Bax sənə dir söz deyim..Sən straxovkanı tutmalısan. Çünki sən ona pul vermisən, yoxdu pul..düzdü? Mən də..mənim üçün straxovka deyil..günü sabah vermə..heç istəyirsən vermə..”; Cavabdeh: “Sənin üçün deyil ki, bu mənim üçündü..”; İddiaçı: ”O Aytən üçün straxovkadı..Mənə gələndə, mən ev almışam.. Evin 130 min qiyməti varsa, Cavabdeh: ”Ay Ramil, evi almamısız axı...mən evi zaloq qoymuşam”; İddiaçı: ”yox e..o zaloq getdi..sən uje onu unut. Ev neçəyədi? 130 min deyil?”; Cavabdeh: “130 min də deyil..biz evin içinə hər şey yerləşdirmişik, yoxsa necə qalırıq” İddiaçı:”2 otaq deyil?” Cavabdeh:” yox üç otaq” İddiaçı:” yox iki otaq idi”; Cavabdeh: “2-nin 3-ə “peredelka” eləmişik də”; İddiaçı: “Yox e elə o vaxt mən gələndə peredelkaynan iki otaq idi də, bapbalacanı necə eləmisiz?”; Cavabdeh: “ yox e üç otaqdı”; İddiaçı: “Lap olsun 3 otaq..Olsun 150 min qiyməti..düzdü? Oranın 120 mini camaatın puludusa, 30 mini sənin..Evin yiyəsi odu da..”; Cavabdeh: “ Yox e, baxın, 70 mini nağd puldu, qalanı faizdi, düzdü? o faizi dayandırdıq da, 120 mindi”; İddiaçı: “Ondan getmir e, Müjgan..o söhbət getdi..evin yiyəsi o adamdı..niyə? 120 min orda pulu var..Günü sabah deyəcək ki, yaxşı..demirsən, sənindi, mənimdi..bax elə bil mənimli maşın almışıq, şərik..düzdü? 100 mindi, mən 70 min qoymuşam, sən 30 min...sən deyirsən sənindi, mən deyirəm mənimdi..çıxardırıq, satırıq, mən öz pulumu götürürəm, sən öz pulunu götürürsən..”; Cavabdeh: “Mən onu başa düşürəm e, mən də sizə deyirəm ki..mən başa düşürəm..bu vaxta kimi də məni gözləmisiz..başqa heç kim gözləməzdi..baxın Aytənlə Rauf...”; İddiaçı: “Mən o vaxt sənə dedim ki, bunlar “moşennikdirlər”..Mən o vaxt gərək onu satıb onu götürəydim..səninki “yox mən alacam, belə edəcəm”..indi yenə də mən..yadında saxla..mən səndən asılı deyiləm..sən məndən asılısan..”; Cavabdeh: “Əlbəttə ki, mən də onu deyirəm..”. - “VİD-20251028-WA0027” adlı video yazıdan görünür ki, İddiaçı və Məmmədova avtonəqliyyat vasitəsinin içərisində əyləşmişlər. Cavabdeh pul əskinasların sayır (səsdən aydın olur) və bu ifadələri işlədir: “İnşallah bu evin bütün pulu olar evimi qaytarmış olaram..vse iki min götürdüz..sabah ardı gələr”; İddiaçı: “Sabah üç min” ifadələrini işlədir.. - “VİD-20251028-WA0028” adlı video yazıdan görünür ki, İddiaçı: “Mən bilmirəm e..”; Cavabdeh: “mediasiyada..”; İddiaçı: “Mən bilmirəm e..Sən deyirsən..”; Cavabdeh: “Bildim e..bəs bu pulu hardan alım..”; İddiaçı: “Mən onu demirəm e..o sənin işindi e..almalısan..gedib öldürəcəksən..baş kəsəcəksən..o sənin işindi..mən bir dənə deyirəm ki, balam, Müjgan, mənim vaxtım yoxdu..Mənə deyiblər ki..” Cavabdeh: ”Baxın, mən sizə verirəm bu beş mini..beş gendən sonra beş min də verirəm.. Ayın 6-sı məhkəmə..” İddiaçı: “hə, oldu 110000.. sabahları, yenə də deyirəm..tutaq ki, getdik məhkəməyə..Aytən fırlatdı da..indi gedən yerdə yıxıldı öldü..batdı söhbət..deyəcəm ki Müjgan bax ha..getdi..neynirik?”; Cavabdeh: “Onu uje qarışmayaq..”; İddiaçı: “yox, məsəl üçün deyirəm də..”krayniy” variantdı da..dayanmısan deyirsən o tərəfnən qurtardıq..deyəcəksən neyniyək?deyəcəm heç nə, çıxardırıq bazara, 110-u mən götürürəm, yerdə neçəyə bacarırsansa..istəyirsən 200 minə sat, neçəyə satırsan sat..Mən onu 110 minini götürürəm..qalanı sənin..satan da mən olacam uje..satacam..sənə verirəm onu..vse, qurtardı getdi..”; Cavabdeh: “Başa düşürəm onları..Deyirəm baxın ayın 6-sı da məhkəmə olacaq, düzdü? Məhkəmə qərarından sonra, ev adıma keçəndən sonra”; İddiaçı: “Hə inşallah, eb keçəndən sonra..”; Cavabdeh: “İstəsəz o evi pul əvəzində sizə verərəm, istəməsəz...” - “VİD-20251028-WA0029” adlı video yazıdan görünür ki, Cavabdeh “Mamam imkan verir ki..Bütün günü başımın üstünü kəstirib danışır. Onda gəlin sabahları..Mən indi müdirlə danışım, vaxt eləyim..Gəlin indi o pulu verim sizə..”; İddiaçı: “Sən sabahları de mənə..”; Cavabdeh: “Mən bugün deyəcəm sizə nə vaxtdı..” 1500 indi verirəm, obşi 3500 elədi..Ayın 22 demir? Lap 23-nə kimi lap qalan 6500-ü verim, 10 min olsun”; İddiaçı: “Mən sənə bir şey deyil..bu məhkəmə ki olur ha..məhkəmədən neçə gün sonra kağız çıxır”..ifadələri işlənir. Videoyazıdan müəyyən edilir ki, tərəflər avtonəqliyyat vasitəsində əyləşmişlər və Cavabdeh pul vəsaitini İddiaçı təhvil verir. - “VİD-20251028-WA0030” adlı video yazıdan görünür ki, İddiaçı: “Əslində mənə eyir də verəcək..70 minin üstündə mənə bir az da çox pul verməlidi”; Cavabdeh: “Ay sağol..deyib də..Deyib ki, 70 min..əlavə sənə bir 20 min pul gələcək..plus sənin torpağın olacaq əlavə..40 minlik demişdi özdə” İddiaçı: “Əslində onu da yazırsan..mən indi bir söz deyim də sənə..məsələn, sabah mən gedib şikayət eləsəm, heç tutaq ki ev olmasın, mən sənə elə bir pul versəydim..məndə uje nağd cinayət işi..gedib şikayət edib ki, dələduzluqla olanda..mən deyirəm ki, bunla məni şey ziyana zalıblar..nədi o?onun adı var..”; Cavabdeh: “Mənəvi”; İddiaçı: “Yox, mənəvi yox..elə bil o puldan pul qazanacaqdım, bunlar pulu götürüblər, özləri üçün işləyirlər, fırlanırlar, mən qalmışam üç ildi barmağımı soruram..pulum da yoxdu, xeyir də yoxdu..Mənə xeyir söz vermişdilər..onu məsələn vəkil şey eləyir..deyir qardaş 70 min almısan, bu qədər də üstündə verməlisən..”; Cavabdeh: “onu başa düşdüm..Siz sabah gələ bilərsiz, vəkilnən görüşməyə”... - “VİD-20251028-WA0031” adlı video yazıdan görünür ki, İddiaçı: “ 160-a da, 170-ə də satılsa, mən qarışmayacam..Camaat evini satır, 170 minə...Qoyur cibinə, çıxır gedir.. Sabah sən gəlirsən, “Ramil, yaxşı da..orda mənə bu qədər düşürdü e..” Deyəcəm Müjgan, incimə..”; Cavabdeh: “O ev satılmayacaq..o evi də mən qaytaracam..indi belə şey verməknən deyil..Mən sizə 50 min zad versəm, 30 min versəm..onda notariusa gedəcik də?”; İddiaçı: “Onda mən vəkillə danışacam”..;Cavabdeh:” hə, siz vəkillə danışarsız..”İddiaçı: “Əgər vəkil desə ki, alınmır, alma, 50 mini alma, vaxt qoy ona, 50 minin var,hə.. bir aydan sonra 110 mini düzəltdin,düzəltdin..əlində 80 min oldu gəlmə üstümə..mən gedirəm evi satıram..mən sənə onu deyirəm..”; Cavabdeh: “Başa düşdüm..Gəlin sabah ətraflı danışaq, olar?mən Allah haqqı bezmişəm o söhbətdən..bunu bir dənə hesablayın..inşallah bu evin pulu olar, evimi qaytaram”..ifadələri işlənən danışıqlar əks olunur. Mülki işə tətbiq edilən hüquq Mülki işə tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1 -ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını mülki işin materialları ilə birlikdə tədqiq edərək bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, işin araşdırılmış halları ilə məlum olur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində Daşınmaz əmlakın alğı-satqısına dair xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən, sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı 110.000 manata satmışdır. Müqavilənin şərtinə görə 70.000 manat banka həmin gün, qalan 40.000 manat isə xx.xx.2021-ci il tarixdə ödənilməlidir. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və o, xx.xx.2022-ci il tarixdə AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən mənzili X6 90.000 manata satmışdır. İşin materiallarından görünür ki, Cavabdeh İddiaçı, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzillə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1448/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5461/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələblərinin təmin edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 455/2024 saylı qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçılə alğısatqı müqaviləsi həqiqi deyil, həmin müqavilə borc götürülmüş pulun və onun faizlərinin qaytarılmasının “təminatı” kimi bağlanıb, müqavilədə “alıcı” kimi göstərilən cavabdeh İddiaçı sələmə pul veməklə məşğuldur. Həmin müqavilə bağlanarkən müqavilə tərəflərinin ifadə etdiyi iradənin həqiqi məzmunu ağlabatan mühakimə əsasında müəyyənləşdirildikdə bəlli olur ki, alğı-satqıya yönələn iradə ifadə olunmayıb. Belə ki, oferta və akspet olmayıb. Həqiqi alğı-satqıdan əvvəl tərəflər buna yönələn hərəkətlər edir: satıcı alıcı axtarır, alıcı münasib mənzil axtarır və s. Lakin belə hərəkətlər edildiyini təsdiq edən sübut yoxdur. İkincisi, alğı-satqıya zərurət olmayıb. Mənzilin satılması və alınması zərurətdən edilir: satıcı başqa yerə köçmək istəyir, alıcının mənzilə ehtiyacı olur, daşınmaz əmlak biznesi ilə məşğul olur və s. Lakin belə zərurətin olduğunu təsdiq edən sübut yoxdur. Üçüncü, həmin müqavilə üzrə alıcının 110.000 manata aldığı mənzili 1 il sonra 2-ci müqaviləyə əsasən 20.000 manat aşağı qiymətə - 90.000 manata satması onu təsdiq edir ki, alğı-satqı həqiqi olmayıb. Mənzlin 1 il ərzində dəyərini bu qədər itirməsinin izahı yoxdur. Bundan başqa, mənzilin qısa müddət sonra özgəninkiləşdirilməsi həm də onu təsdiq edir ki, alıcının mənzilə yaşayış sahəsi kimi ehtiyacı olmayıb. Dördüncü, mənzilin təhvil-təslim edilməsinə yönələn hərəkətlər edildiyini təsdiq edən sübut yoxdur. Həqiqi alğı-satqı zamanı müqavilə bağlandıqdan sonra mənzil təhvil-təslim edilir. Alıcı birinci instansiya məhkəməsində bildirib ki, iddiaçı mənzili ona satıb, mənzildə təmir işlərinin aparılması barədə razılığa gəliblər, daha sonra iddiaçı mənzilin qaytarılmasını tələb edib, lakin pulu yox idi. Apellyasiya icraatı zamanı həmin alıcının (cavabdehin) nümayəndəsi də bildirmişdir ki, alğı-satqı müqaviləsinin bağlanmasından sonra satıcı (iddiaçı) mənzili təmir edərək alıcıya (cavabdehə) verməli idi. Lakin satıcının alğı-satqı müqaviləsi bağlandıqdan sonra mənzili təmir etmək barədə üzərinə öhdəlik götürməsi həqiqi deyil, heç bir sənəddə belə öhdəlik təsbit olunmayıb, satıcı da bildirir ki, üzərinə belə öhdəlik götürməyib. Ümumiyyətlə, daşınmaz əmlakın alğı-satqısı təcrübəsindən bəllidir ki, fiziki şəxslər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra alıcı mənzili öz istəyinə uyğun şəkildə təmir edir. Odur ki, satıcının guya üzərinə belə öhdəlik götürməsi barədə alıcının məhkəməyə verdiyi məlumat alğı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilin satıcıya təhvil verməməsinin əsl səbəbini gizlətmək məqsədi daşıyır və alğı-satqının həqiqi olmadığını təsdiq edir. Satıcı (iddiaçı) apellyasiya icraatı zamanı bildirib ki, 1-ci alğı-satqı müqaviləsinin bağlanmasından 1 il 11 ay sonra - xx.xx.2022-ci ildə, səhər saat 8-də alıcı (cavabdeh İddiaçı) onun xəbəri və razılığı olmadan mənzilə daxil olub və usta gətirərək mənzilin giriş qapısının açarını dəyişib. Beşinci, həqiqi alğı-satqı olduqda, adətən, alıcı müqavilənin bağlanmasından qısa müddət sonra mülkiyyət hüququnu reyestrdə qeydə aldırır. 1-ci müqavilə üzrə alıcının mülkiyyət hüququ xx.xx.2021-ci ildə, yəni müqavilənin bağlanmasından 8 ay sonra reyestrdə qeydə alınıb. Bu isə digər sübutlarla birlikdə onu təsdiq edir ki, həqiqi alğı-satqı olmayıb, müqavilə borcun “təminatı” kimi bağlanıb, borc verən borcun qaytarılması üçün razılaşdırılmış müddəti gözləyib, lakin borc qaytarılmadığına görə mülkiyyət hüququnu qeydə aldırıb. Altıncı, iddiaçı tərəfin təşəbbüsü ilə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Aytən Kərimova, Sənani Əmircanov və Aynur Rüstəmovanın ifadələrindən görünürü ki, həqiqi alğı-satqı olmayıb, mənzil borc pul götürülməsinə görə “girov” qoyulub. Yeddinci, apellyasiya icraatı zamanı 1ci müqavilə üzrə satıcı və alıcının arasındakı telefon danışığının səs yazısı məhkəməyə təqdim edilib. Telefon danışığı birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra olub. Həmin danışığın məzmunu təsdiq edir ki, tərəflərin arasında pul mübahisəsi var, alğı-satqı həqiqi deyil. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, borcun və onun faizlərinin qaytarılmasının “təminatı” kimi bağlanan alğı-satqı müqaviləsi həqiqi müqavilə kimi tanına bilməz. Alğı-satqı müqaviləsindən “təminat” kimi istifadənin qarşısının alınması üçün, belə mübahisələrin həlli zamanı alğı-satqının həqiqiliyini təsidiq edən sübutlara, o cümlədən tərəflərin müqaviləyə qədər və müqavilədən sonrakı davranışlarına istinad olunmalıdır. Alğı-satqının etibarsız sayması alıcının mənfeyinə ziddi zərər vurmur, çünki onun əks tərəf verdiyi pulun qaytarılmasını tələb etmək hüququ var. Lakin belə mübahisələrin həlli zamanı müqavilənin etibarsız sayılmasına alıcının israrlı etirazı ona işarə edir ki, alğı-satqı ilə faizlərə də “təminat” verilib. Bundan başqa, “təminat” kimi alğısatqı bağlandığı halda adətən “alıcı” qısa müddət sonra mənzili başqasının adına keçirir. Bunun isə 2 səbəbi olur: borc və onun faizləri qaytarılmadığına görə mənzil pula çevrilir, yaxud, mənzilin geri alınmasına mane olmaq üçün mübahisəyə “vicdanlı alıcı” cəlb edilir. Hazırkı işdə də belədir, mənzil qısa müddət sonra 2-ci alğı-satqı müqaviləsi əsasında baqasının adına keçirilib. Ramin X2 arasında bağlanmış müqaviləyə münasibətdə qanuni qüvvəsi almış məhkəmə aktlarında bu müqavilənin də etibarsız olması müəyyən edilmişdir. Belə ki, bu müqavilə bağlanan zaman mənzil 1-ci müqavilə üzrə alıcıya (cavabdeh İddiaçı) hələ təhvil verilməmişdi. 1-ci müqavilə üzrə satıcı (iddiaçı) bildirir ki, həmin müqavilə üzrə alıcı (cavabdeh İddiaçı) xx.xx.2022-ci ildə mənzilə daxil olub. Bu məlumatın əksini təsdiq edən sübut təqdim olunmayıb. Ona görə də məlumat həqiqi sayılır. 2-ci müqavilə isə həmin tarixdən 8 ay əvvəl - xx.xx.2022-ci ildə bağlanıb. 1-ci müqavilə üzrə alıcının mənzili hələ təhvil almadığı halda mənzil üzərində sərəncam verərək 2-ci müqavilə ilə onu özgəninkiləşdirməsi 2-ci müqavilənin həqiqiliyini şübhə altına qoyur. 2-ci müqavilə alğısatqı müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanıb, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqddir. Əgər hesab edilsə ki, 2-ci müqavilə uydurma deyil, bu halda da o, etibarsız sayılır. Çünki 1-ci müqavilə əhəmiyyətsiz sayıldığına görə həmin müqavilə üzrə alıcının (cavabdeh İddiaçı) mənzil üzərində sərəncam hüququ yaranmır, baxmayaraq ki, onun mülkiyyət hüququ reyestrdə qeydə alınıb və reyestrin məzmununun həqiqiliyi prezumpsiyası var. 2-ci müqavilə üzrə alıcının (cavabdeh Cavanşir Babayevin) vicdanlı əldə edən olmasını, yəni mənzili özgəninkiləşdirənin sərəncam hüququna malik olmadığından məlumatsız olmasını müəyyənləşdirmək mümkün olmadı. Bununla belə, 2-ci müqavilə üzrə alıcının vicdanlı əldə edən olub-olmamasının mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Hazırkı işdə belə hal baş verib: qanunsuz əldə edilən mənzil müqavilənin bağlanmasından 1 il sonra özgəninkiləşdirilib. Üçüncü, 2-ci müqavilə alıcı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirsəyidi mənzilin mübahisəli olduğunu müəyyənləşdirə bilərdi. Belə ki, 2-ci müqavilə bağlanan zaman mənzil hələ satıcının (cavabeh İddiaçı) özünə 1-ci müqavilə üzrə satıcı (iddiaçı) tərəfindən təhvil verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən: “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” Həmçinin də müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən məhkəmə qərarına istinad edərək İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, 436 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17, mənzil № 1) mənzilin cavabdehlərin və qeyrilərinin qeyri-qanuni istifadəsindən alınıb verilməsi, mənzildə cavabdehlərə məxsus əşyaların boşaldılması və maddi ziyana görə 12.800 (on iki min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, həmçinin tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmiş, həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Tərəflərin izahatı ilə müəyyən edilir ki, mənzil hazırda Cavabdeh sahibliyi və istifadəsinə qaytarılmışdır. Beləliklə də qeyd edilən qanuni qüvvəsi almış məhkəmə aktı ilə birmənalı olaraq təsdiq edilmişdir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə82 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi həqiqi deyil, həmin müqavilə borc götürülmüş pulun və onun faizlərinin qaytarılmasının “təminatı” kimi bağlanıb, müqavilədə “alıcı” kimi göstərilən cavabdeh İddiaçı sələmə pul veməklə məşğuldur. Hazırda iddiaçı Bakı şəhəri 14 saylı Notariat Ofisində 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021- ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh 110 000 (yüz on min) manat pul verməsinə istinad edərək həmin pulun qaytarılmasını, həmçinin müqavilənin dəyəri ilə yanaşı həmçinin bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə 12200 manat ödənilməsini iddia edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, tərəflər arasında faizlə pul verilməsi ilə bağlı münasibətlər olması işin mübahisəsiz halıdır və qeyd olunduğu kimi bu mənzilin alqısatqısı ilə bağlı olmamışdır. Həm hazırki iş üzrə dindirilmiş şahid ifadəsi ilə həm də qanuni qüvvəsini almış məhkəmə aktında əksini tapmış şahid ifadələrində də birmənalı olaraq təsdiq edilir ki, tərəflər arasında iş qurmaq məqsədi ilə vəsait qoyulması üçün vasitəçilərin köməyi ilə evin girov qoyulmaqla pul əldə edilməsi ilə bağlı münasibətlər yaranmışdır. Lakin müqavilədə evin qiymətinin 110000 manat göstərilməsinə baxmayaraq faktiki olaraq tərəflər arasında ilkin olaraq 70.000 manatla bağlı razılıq əldə edilmişdir. Alqı-satqı müqaviləsindən də görünür ki, qeyd edilən məbləğ müqavilə bağlanan gün banka ödənilməsi razılaşdırılmışdır. Belə ki, həmin müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, İddiaçı ona 70.000 manat məbləği notariusun bankda açılan depazit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Müqavilənin həmin bəndində həmçinin qeyd edilmişdir ki, qalan 40.000 manatı isə Ramil xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Bu barədə qəbzdən görünür ki, İddiaçı 70.000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə saat 15:11:24-də notariusun depozit hesabına mədaxil etmişdir. Notariat işində olan digər qəbzdən isə görünür ki, İddiaçı həmin gün saat 15:54:17-də notariusun depazit hesabına 40.000 manat pul da mədaxil etmişdir. İddiaçının əvvəlki işlər üzrə iddiasından da görünür ki, notariusun deposit hesabına ümumilikdə 110.000 manat pul qoymuş və onu aldadaraq guya xx.xx.2021-ci il tarixdə 40.000 manatı da qəbul etməsi ilə bağlı sənədi digər sənədlərlə birlikdə ona imzalatdırmışdır. Həmçinin də qanuni qüvvəsini almış məhkəmə aktında da qeyd edilmişdir ki, belə məlumatlar var ki, pul depozit hesabdan çıxarıldıqdan sonra müxtəlif şəxslərə verilib, o cümlədən borc verən İddiaçı (alğı-satqı müqaviləsində “alıcı” kimi göstərilən şəxsə) 8.000 manat “şapka” verilib, İddiaçı (alğı-satqı müqaviləsində “satıcı” kimi göstərilən şəxs) ilə əlaqələndirən Teyyub adlı şəxsə bu xidmətinə görə 4.000 manat verilib. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi izahatı özü-özlüyündə iddianın tam əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin 40000 manat hissədə, başqa sözlə iddiaçıya əsil həqiqətdə 110000 manat verməsinə dair tələbinin əsaslı olmasına dair istinad etdyi hallar üzrə verdiyi izahatlarının heç bir sübut növü ilə təsdiqini tapmadığı üçün inandırıcı və əsaslı saymır. İddiaçı həm qəbul edilmiş məhkəmə aktlarında həm də Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materiallarına əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da bu faktın, yəni 110000 manat verilməsinin öz əksini tapmasına istinad etsə də, təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında fakt öz təsdiqini tapmamış, əksinə cavabdehin 70000 manatdan əlavə məbləğlərinin faiz olması və bu faizin də dayandırılması kimi danışıqların olması müəyyən edilmişdir. Təqdim olunmuş sübutlar tərəflər arasında həqiqətən də faizlə pul verilməsi faktının olmasını təsdiq edir. Buna görə də məhkəmə iddiaçının cavabdehə məhz 110000 manat verməsinə dair izahatını da heç bir sübutla təsdilənmədiyindən inandırıcı saymır və iddia tələbinin də məhz qalan məbləğ hissəsində qaytarılmalı olmasına dair hissəsinə hüquqi qiymət verilməli olmasını qeyd edir. İddiaçı «pul» tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5 və 449-cu maddələrinə istinad etsə də məhkəmə qeyd edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İşin materiallarından görünür ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olmasına görə restitusiya tələb edir. Əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçı mənzilini faizlə pul almaq müqabilində girov qoymaq məqsədi olması şəksiz qaydada müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında mövcud olmuş münasibətləri ilə bağlı məsələ üzrə iddiaçının hazırkı restitusiyaya əsaslanan tələbi daxilində həll edilməsi baxımından məhkəmə qeyd edir ki, əvvəlki mülki iş üzrə məhkəmələrin mövqeyinə görə əgər restitusiyanın tətbiqi barədə iddia yoxdursa, əqd etibarsız sayılarkən məhkəmə öz təşəbbüsü ilə restitusiyanı o halda tətbiq edə bilər ki, əqd üzrə alınanları həmin işdə olan sübutlar əsasında tam müəyyənləşdirmək mümkün olsun. Bunu müəyyənləşdirmək mümkün deyilsə, restitusiya barədə ayrcıa iddia verilməli, müvafiq sübutlar təqdim edilməli və həmin tələb üzrə tərəflərin çəkişməsi təmin edilməklə qətnamə qəbul olunmalıdır. Hazırkı işdə olan sübutlar əqd üzrə alınanları tam müəyyənləşdirməyə imkan vermir. Çünki həqiqi alğı-satqı münasibəti olmayıb, 1-ci müqavilə üzrə depozit hesaba köçürülən pul mənzilin qiyməti kimi deyil, borc kimi verilib. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə də borc münasibətlərinə əsaslanan münasibətlər olmadığı üçün bu məhkəmə mübahisəsinin predmeti ola bilməz. Lakin hər bir halda təqdim edilmiş sübutlar əqd etibarsız sayıldığından əqd üzrə alınanları tam müəyyənləşdirməyə imkan verir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırki mübahisə restitusiya ilə bağlı normaların tələbləri baxımından həll edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin etibarsız sayılmış əqd üzrə iddiaçıdan aldığı məbləğin 70000 manat olması yuxarıda sadalanan işin halları və araşdırılan sübutlarla tam öz təsdiqini tapmışdır. Eyni zamanda araşdırma zamanı təqdim edilmiş görüntülərdə cavabdeh tərəfindən iddiaçıya 1500 və 2000 manat qaytarılması da öz əksini tapdığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan məbləğ 66500 (altmı şaltı min beş yüz) məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi üzrə hesablanmış 12 200 manat pulun və 800 manat (evin alışı və satışı zamanı) notarial xərcin tutulması hissələr ilə bağlı hesab edir ki, tərəflər arasında alqı-satqı ilə bağlı deyil, faizlə pul verilməsi ilə bağlı münasibətlər olması işin mübahisəsiz halı kimi təsdiqini tapdığı üçün tələb bu hissələrdə əsaslı sayıla bilməz. Hüquqi yardıml bağlı ödənilmiş 300 manat xərclə əlaqədar iddiaçı tərəfdən hər hansı sübut – müqavilə, qəbz təqdim edilmədiyindən, məhkəmə iddia tələbinin o hissədə ymin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddiası yuxarıda göstərilən əsaslandırmaya əsasən qismən əsaslıdır və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin; - 107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 66500 (altmış altı min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçın ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 213 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-427/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-427/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver