Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4285/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı Kredit Müqaviləsi üzrə 909 (doqquz yüz doqquz) manat əsas borc, 114 (yüz on dörd) manat faiz borcu və 121 (yüz iyirmi bir) manat cərimə borcu olmaqla, cəmi 1144 (min yüz qırx dörd) manat borcun və ödənilmiş 31.44 (otuz bir manat 44 qəpik) manat dövlət rüsumunun idddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın həmin kreditin təminatı kimi "xxxx" ASC-yə girov qoyulan 1 cüt 585 əyarlı 6.11 qram çəkili qızıl-zinət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyasının açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına götürülmüş kreditlərin əsas, faiz və cərimə borclarının ödənilməsinə, həmin qızıl-zinyət əşyalarının satışından əldə edilən vəsaitin kreditlətin əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində PKLMB-0866 saylı kredit müqavilələri bağlanmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh arasında, xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı girov müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı girov müqavilələrinin predmeti müvafiq təhvil-təslim aktları ilə qeyd edilmiş 1 cüt 585 əyarlı 6.11 qram çəkili qızıl-zinət əşyaları təşkil etmişdir. xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı girov müqavilələrinin 7.1.1-ci bəndinə əsasən Girovla təmin edilən öhdəlik(lər) "Girov qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə "xxxx" ASC-nin girov predmetinə tutmanın yönəldilməsi hüququ var. Eyni zamanda tərəflər arasında bağlanmış müvafiq kredit və girov müqavilələri ilə yanaşı, girov təminatı olaraq təqdim edilimş qızıl əşyalarının girov qoyanın özünə məxsus olması, kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilmədiyi halda kredit verənin tələbi girov qoyulan əmlaka yönəldəcəyini, bununla bağlı hər hansı etiraz və iddiası olmayacağına dair kredit götürən-girov qoyan tərəfindən müvafiq ərizələr də təqdim edilmişdir. Lakin girov qoyan Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, kredit müqaviləsinin 4-cü bəndinin bir sıra alt bəndini, həmçinin 4.4.3-cü bəndini mütəmadi olaraq pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi, əks halda ödənişin təmin olunması girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarına yönəldiləcəyi, həmin girov predmetlərinin satılması hesabına götürmüş olduğu kreditin ödənilməsi (bağlanması) barədə Cavabdeh edilən yazılı və şifahi xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Cavabdehdən öhdəliklərinin yerinə yetirməsi istiqamətində məhkəməyə qədər pretenziya qaydasında işin həll edilməsi ilə bağlı bütün qanuni və prosessual hərəkətlərə, cəhdlərə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmməmişdir. Belə ki, qeyd edilən sonuncu xəbərdarlığı (bildirişi) rəsmi qaydada aldıqdan sonra cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir niyyət bildirişi olmamış, bununla bağlı hər hansı məlumat daxil olmamışdır. Cavabdeh "xxxx" ASC-yə PKLMB-0866 saylı Kredit müqaviləsi üzrə 909 (doqquz yüz doqquz) manat məbləğində əsas borcu, 114 (yüz on dörd) manat faiz borcu, 121 (yüz iyirmi bir) manat cərimə borcu olmaqla, cəmi 1144 (min yüz qırx dörd) manatdan ibarətdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən kredit alana 1000 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə B.O.K.T-a illik 10 faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 1 faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. - xx.xx.2022-ci il tarixli orderdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh arasında, xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı girov müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 1 faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. Girov müqaviləsinin 7.1.1-ci bəndinə əsasən Girovla təmin edilən öhdəlik(lər) "Girov qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə "xxxx" ASC-nin girov predmetinə tutmanın yönəldilməsi hüququ var. - xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı girov müqavilələrinin predmeti müvafiq təhvil-təslim aktı ilə qeyd edilmiş 1 cüt 585 əyarlı 6,11 qram çəkili qızıl-zinət əşyası - sırğa təşkil etmişdir. Məmulatın likvid qiyməti 244 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASCyə cəmi 1144 (min bir yüz qırx dörd) manat borcu var. - Bank tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, 251 saylı bildiriş məktubundan görünür ki, o, xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı Kredit lombard Müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka yaranmış borcu ödəməsi, ödəniş olunmadığı təqdirdə, kreditin təminatı kimi girov qoyulmuş qızıl-zinyət əşyalarına tutma yönəldilərək kredit borcundan silinməsi barədə xəbərdar olnmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31.44 (otuz bir manat 44 qəpik) manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -279-cu maddəsinə əsasən, Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. -295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas və faiz kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Beləliklə məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin iddiaçının 121 manat məbləğində cərimə borcunun – dəbbə pulunun ödənilməsi tələbi vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.2-ci və girov müqaviləsinin 2.2-ci bəndlərinə əsasən, gecikdirilmiş kreditə görə kredit alan – yəni Cavabdeh hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 1 faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, əsas borcun məbləğini nəzərə alaraq, tələb olunan 121 manat cərimənin tutulmasını məqsədəmüvafiq hesab edir. Tərəflər arasında bağlanmış girov müqaviləsinə 7.1.1-ci bəndinə əsasən girovla təmin edilən öhdəlik(lər) "Girov qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə "xxxx" ASC-nin girov predmetinə tutmanın yönəldilməsi hüququ vardır. Girovla təmin edilən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, kredit borcu üzrə tutma borcun təminatı olaraq girovla yüklü edilmiş qızıl-zinət əşyasına yönəldilməli, həmin girov predmeti açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31,44 (otuz bir manat 44 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli. xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı kredit Müqaviləsi üzrə Cavabdeh 909 (doqquz yüz doqquz) manat əsas borc, 114 (yüz on dörd) manat faiz borcu və 121 (yüz iyirmi bir) manat cərimə borcu olmaqla, cəmi 1144 (min yüz qırx dörd) manat borc və ödənilmiş 31.44 (otuz bir manat 44 qəpik) manat dövlət rüsumu tutularaq idddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli. Tutma həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-yə girov qoyulan girov predmeti olan 1 cüt 585 əyarlı 6.11 qram çəkili qızıl-zinət əşyasına yönəldilməli. Həmin girov predmeti olan qızıl-zinət əşyası açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən əsas, faiz və cərimə borcları "xxxx" ASC-yə ödənilməli. Həmin qızıl-zinyət əşyalarının satışından əldə edilən vəsait əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı kredit müqaviləsi üzrə Cavabdeh 909 (doqquz yüz doqquz) manat əsas borc, 114 (yüz on dörd) manat faiz borcu və 121 (yüz iyirmi bir) manat cərimə borcu olmaqla, cəmi 1144 (min yüz qırx dörd) manat borc və ödənilmiş 31.44 (otuz bir manat 44 qəpik) manat dövlət rüsumu tutularaq idddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma xx.xx.2022-ci il tarixli PKLMB-0866 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-yə girov qoyulan girov predmeti olan 1 cüt 585 əyarlı 6.11 qram çəkili qızılzinət əşyasına yönəldilsin. Həmin girov predmeti olan qızıl-zinət əşyası açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən əsas, faiz və cərimə borcları "xxxx" ASC-yə ödənilsin. Qızıl-zinyət əşyasının satışından əldə edilən vəsait əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh ümumi qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4285/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4285/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver