Məhkəmə qərarları › İş №e-2(005)-4322/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4322/2023

22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4322/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 mart 2016-ci il tarixli 2(008)-3989/2016 saylı qətnaməsiilə 27 may 2007-ci il təvəllüdlü X2 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər ay hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, 27 may 2007-ci il təvəllüdlü X2 və 10 iyul 2009-cu il təvəllüdlü X1yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə Cavabdeh ilə 07 oktyabr 2006-cı il tarixdə nikaha daxil olmuşdur. Bizim birgə nikahımızdan 27 may 2007-ci il təvəllüdlü X5 və 11 avqust 2009-cu il təvəllüdlü X4 doğulub. Cavabdehlə ailə münasibətlərim pozulduğu üçün Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişəm. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli 2(011)-1182/2012 saylı qətnaməsi ilə Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair» iddia ərizəsi təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqların ananın himayəsində saxlanması və 27 may 2007-ci il təvəllüdlü X2 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 fevral 2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilib. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 mart 2016-ci il tarixli 2(008)-3989/2016 saylı qətnaməsi ilə Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəm təmin edilərək, 27 may 2007-ci il təvəllüdlü X2 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilib. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 mart 2016-ci il tarixli 2(008)-3989/2016 saylı qətnaməsi ilə 27 may 2007-ci il təvəllüdlü X2 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər ay hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, 27 may 2007-ci il təvəllüdlü X2 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda 12 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, əmək haqqının 500 manat olması səbəbi ilə 300 manatdan artıq aliment ödəyə bilməyəciyini qeyd etmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİİ 100212 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 26 iyul 2012-ci il tarixdə pozulmuşdur və 304 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1182/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 26 oktyabr 2007-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1690 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 27 may 2007-ci il tarixdə doğulmuş X5 və 10 iyul 2009-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 27 may 2007-ci il tarixdə doğulmuş X5 və 10 iyul 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 fevral 2012-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. - AZ-İ 990198 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixli X5 Bakı şəhərində anandan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 iyul 2009-cu il tarixdə Rusiya Federasiyasının Kurskaya vilayətinin Kursk şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı Sabunçu Rayonu Məhkəməsinin 16 mart 2016-cı il tarixli 2(008)-3989/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, 27 may 2007-ci il təvəllüdlü X5 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına şatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir, 556 manat məbləğində əmək haqqı alır. Mülki iş materiallarından aydın olur ki, tərəflərin nikah münasibətlərindən 27 may 2007-ci il təvəllüdlü X5 və 10 iyul 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı Sabunçu Rayonu Məhkəməsinin 16 mart 2016-cı il tarixli 2(008)-3989/2016 saylı qətnaməsi ilə 27 may 2007-ci il təvəllüdlü X5 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına şatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan kalkulyator vasitəsilə aparılmış hesablamadan görünür ki, 2023-cü ilin noyabr ayında 2016-cı ilin mart ayına nisbətən istehlak qiymətləri indeksi 162.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 62,4 faiz artmışdır. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşaq üçün 110, ümumilikdə 220 manat alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətlərini, eləcə də uşaqların böyüdüyünü və tələbatlarının artığını nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsində qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin həmin məbləğdə aliment ödəmək imkanı olduğunu təsdiq edən sübut təqdim edə bilmədiyindən, uşağın saxlanılması hər iki valideynin öhdəliyi olduğundan aliment məbləğinin minimum həddə müəyyən edilməsi daha ədalətlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 27 may 2007-ci il təvəllüdlü X5 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200, ümumilikdə 400 (dörd yüz) manat aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 27 may 2007-ci il təvəllüdlü X5 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar