Məhkəmə qərarları › İş №e-2(005)-4372/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4372/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4372/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı QSC “Bank Standard” KB-nın (Ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC “Bank Standard” KB-nın (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standard” KB (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh olan Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı QSC “Bank Standard” KB-nın (Ləğv prosesindədir) nümayəndəsi X2 icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Hazırda məhkəmə araşdırması zamanı cavabdehin vəfat edilməsi müəyyən edildiyindən və cavabdehin varisi barədə məlumatlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə maddi hüquq normasının imperativ tələblərinə əsasən iş üzrə icraata xitam verilməsini zəruri hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, iddiaçı QSC “Bank Standard” KB-nın (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC “Bank Standard” KB-nın (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar