Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-441/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçıSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı (üçüncü şəxs qismində X3 cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi, girov əmlakın geri qaytarılması və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri İlkin İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 947.18 AZN əsas kredit borcu, 39.87 AZN kreditdən istifadəyə görə faiz borc, 4.81 AZN kreditdən istifadəyə görə cərimə borc olmaqla,cəmi 991.86 AZN borcunun, həmçinin 30 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə bağlanmış 19230***- *******02L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit limit razılaşmasına əsasən Cavabdeh 36ay müddətinə illik 16 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6000 AZN məbləğində sms kredit verilmişdir.Lakin Əsas Kredit limit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçıSC-yə xx.xx.2024-cü il tarixə 947.18 AZN əsas kredit borcu, 39.87 AZN kreditdən istifadəyə görə faiz borcu, 4.81AZN kreditdən istifadəyə görə cərimə borc olmaqla,cəmi 991.86 AZN borcu qalmaqdadır.Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi,girov əmlakın geri qaytarılması və faiz borcunun silinməsi”tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC-nin X7 ilə aralarında bağlanmış 23 sentyabr 2022-ci il tarixli “Əsas kredit limiti razılaşması” kredit müqaviləsinin ləğv edilməsi, girov əmlakın geri qaytarılması və faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bank Respublika" ASC-nin X7 ilə aralarında “Əsas kredit limiti razılaşması" kredit müqaviləsi bağlanmışdır.Cavabdeh ilə razılaşmaya əsasən Kreditverən Borcalana 50.000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə kredit limiti açmağı, borcalan isə müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bundan əlavə kreditin təminatı kimi ona məxsus olan 52,0 qr. 585 əyarlı qızıl əşyanı 19Z1NAS126056012 saylı 23 sentyabr 2022ci il tarixli Girov Müqaviləsi ilə banka girov qoymuşdur.Bildirir ki,həmin müqavilə üzrə cəmi 6000 (altı min) manat məbləğində pul vəsaitini götürərək ehtiyaclarının ödənilməsinə sərf etmişdir. Bir neçə ay kreditin ödənilməsini vaxtında həyata keçirsə də,arada maddi vəziyyətinin çətinliyi səbəbindən təxminən 1 ay gecikməyə yol vermişdir.Həmin dövrdə Girov Müqaviləsi üzrə ona məxsus qızıl əşya bank tərəfindən satılmış və borcun ödənilməsinə yönəldilmişdir. Bu barədə bank tərəfindən əvvəlcədən ona heç bir xəbərdarlıq edilməmiş, Cavabdeh razılığı alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz izahatında bildirdi ki,ekspertizanın rəyində qızılın qiymətləndirməsi barədə cavab yoxdur.Həmin qızılı bank tərəfindən ona məlumat verilmədən satıldığını, və aktın üzərindəki imzanın ona məxsus olduğunu qeyd etdi.Həmçinin bildirdi ki,borcun ödənilməsi ilə razıdır və qızılın geri qaytarılmasını tələb edir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı “Bank Respublika" ASC-nin nümayəndəsi X4 izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O bildirdi ki, ekspertizanın borc məbləəği ilə bağlı rəyi mövcuddur və təkrar ekspertiza keçirilməsinə ehtiyac olmadığını və borc məbləğinin pretenziya məktubunda aşkar olaraq qeyd olunduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını məhkəmə mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “Əsas Kredit Limiti Razılaşması” adlı 19230***-*******02L saylı müqaviləyə əsasən görünür ki,bu əsas kredit limiti razılaşmasına əsasən Kreditverən Borcalana 50 000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət (Kreditverənin mobil tətbiqetməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu”nu yazaraq göndərmək) etmək hüququna malikdir.Kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 10 (on) % max. 29 (iyirmi doqquz) % -dir.Müqavilənin 1.3-cü bəndinə əsasən əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə“Kreditverənə geri qaytarılacaqdır;Əsas kredit limiti razılaşması çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 29 (iyirmi doqquz )faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmayacağı qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli,19ZİNAS126056002 saylı Girov Müqaviləsinə əsasən görünür ki,müqaviləyə əsasən,”Girov qoyan”-Cavabdeh xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan “Daşınar Əmlakın Qiymətləndirilmə Aktı”nda və ya Əlavədə göstərilən əmlakı 19230***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması və bu razılaşma çərçivəsində SMS vasitəsi ilə “Borclu”ya verilən kreditlər üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə “Girov saxlayan”- “Bank Respublika" ASC qarşısında Girov ilə yüklü edir. -xx.xx.2022-ci il tarixli Daşınar əmlakın yenidən qiymətləndirmə Aktının surətindən görünür ki, “Bank Respublika" ASC-nin X7 alınana kreditin təminatı olaraq Banka girov qoyulmuş 1 ədəd boyunbağının dəyəri (52 qram qızıl) 2355,56 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli tələbin girov predmetinə yönəldilməsinə dair bildirişin surətindən görünür ki,xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Bank Respublika" ASC tərəfindən kredit öhdəliklərinin icrasının təmini kimi Cavabdeh ilə girov müqaviləsi bağlanaraq qızıl-zinət əşyaları Bank qarşısında girov edilmiş və Cavabdeh dəfələrlə bildirişlə müraciət edilməsinə baxmayaraq,kredit və girov müqaviləsindən irəli gələn öhdəlikləri lazimi qaydada icra etmədiyi üçün,banka olan borcunu könüllü ödənilməsi təklif edilmişdir.Bu bildiriş ilə Cavabdeh xəbərdar edilir ki,tələbin girov predmetinə yönəldilməsi üçün qızıl-zinət əşyalarının xx.xx.2023-cü il tarixdə,12:00 saatda,Bakı şəhəri,H.B.Əliyev 24 ünvanda satışı həyata keçiriləcəkdir.”Bank respublika” ASC X7na olan 5524,25 (beş min beş yüz iyirmi dörd manat 25 qəpik) manat ödənilməli vəsait və qanunvericilikdə nəzərdə tutulmuş digər xərclər girov predmetinin(qızıl-zinət əşyalarının) satışından əldə olunacaq vəsait hesabına həyata keçiriləcəkdir. -xx.xx.2023-cü il tarixli qızıl-zinət əşyalarının alqı-satqı müqaviləsindən görünür ki,”Satıcı” “Bank Respublika" ASC girov ilə yüklü edilmiş(52 qram) növdə qızıl-zinət əşyalarının alğı-satqı dəyəri 53.84 azn (2800)AZN olmaqla Alıcıya –X1,Alıcı isə satılan əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixli borclu Cavabdeh “Bank Respublika" ASC-yə olan kredit borcunun,faizlərin və penyanın hesablanması haqqında arayışın surətindən görünür ki,947.18 manat əsas borc,39,87 manat faiz borcu,4,81 manat cərimə borcu olmaqla 991,86 manat borc yaranmışdır. - xx.xx.2024-cü il tarixli “Bank Respublika" ASC tərəfindən borclu Cavabdeh ünvanlanan pretenziya məktubundan görünür ki,xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə “Bank Respublika" ASC-yə 947.18 manat əsas borc,31.82 manat faiz borcu,2.13 manat cərimə borcu olmaqla cəmi 981,13 manat təşkil edir.Göstərilən borc məbləğini 3(üç) gün müddətində ödənilməsi tələb edilir.Əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 aprel 2025-ci il tarixli,9/1764 saylı rəyindən görünür ki, “Bank Respublika" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli,19230***-*******02L saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə,xx.xx.2023-cü il tarixə 5.288,77 manat əsas borc,228 manat faiz borcu,xx.xx.2023cü il tarixə 2.538,79 manat əsas borc,xx.xx.2024-cü il tarixə 592.43 manat əsas borc,72,93 manat faiz borc təşkil edir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.tutulan Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir; Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17.1. Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Məhkəmənin mövqeyi Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki,məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı “Bank Respublika" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi həmin tarixdə Girov müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və bank tərəfindən girov predmeti olan qiymətli əşyanın satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə sərf edilmiş,nəticədə cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 947.18 AZN əsas kredit borcu, 39.87 AZN kreditdən istifadəyə görə faiz borc, 4.81 AZN kreditdən istifadəyə görə cərimə borc olmaqla,cəmi 991.86 AZN borcu qalmışdır. Mülki işin materiallarından göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı “Bank Respublika" ASC- yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, əsas borca münasibətdə ilkin iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə əsas borc hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 592,43 manat əsas; 39,87 manat faiz borcu və 4,81 manat cərimə borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə borc məbləğinə münasibətdə ekspertiza rəyini əsas götürərək hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 592.43 manat əsas borc tutulmalıdır. Faiz borcun məbləği ekspert rəyinə əsasən 72,93 manat məbləğində hesablansa da, iddia ərizəsində 39,87 manat məbləğində göstərilmiş, iddia tərəfi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etməmişdir. Belə olan təqdirdə cavabdehdən 39,87 manat məbləğində faiz və 4,81 manat məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı onu qeyd edir ki, kredit müqaviləsinin etibarsızlığı barədə tələbini əsasən maddi vəziyyətinin çətinliyi səbəbindən təxminən 1 ay gecikmə olduğunu, girov müqaviləsi üzrə ona məxsus qızıl əşya ona xəbərdarlıq edilmədən bank tərəfindən satılaraq və borcun ödənilməsinə yönəldildiyini bildirmişdir. Halbuki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə kredit limiti cavabdehin hesabına 6000 manat pul köçürülmüşdür. Cavabdeh isə həmin məbləği qəbul etmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin məbləğin hesabına daxil olduğunu etiraf etmişdir. Qarşılıqlı iddiaçı zinət əşyalarının qiymətləndirilməsində iştirak etmədiyini, qızıl zinət əşyalarının satılmasından, əldə edilmiş gəlirin kredit borcunun silinməsinə yönləndirildiyindən xəbərdar olmadığını bəyan etsə də, mülki işin materiallarında olan akt, məktub, bildiriş və s. yazılı sənədlərlə bu dəlillərin əsassız olduğu öz təsdiqini tapır. Beləliklə cavabdehə 6000 manat məbləğində kredit verilmiş, bank qarşısında girov edilmiş və Cavabdeh dəfələrlə bildirişlə müraciət edilməsinə baxmayaraq, kredit və girov müqaviləsindən irəli gələn öhdəlikləri lazimi qaydada icra etmədiyi üçün,banka olan borcunu könüllü ödənilməsi təklif edilmişdir. Bu bildiriş ilə Cavabdeh xəbərdar edilir ki, tələbin girov predmetinə yönəldilərək, qızıl-zinət əşyalarının satışından əldə olunacaq vəsait banın hesabına keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi,girov əmlakın geri qaytarılması və faiz borcunun silinməsi” dair qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, qızıl zinət əşyaları üçüncü şəxs qismində cəlb edilmiş İbrahimov Elçinin mülkiyyətindədir. Girov predmetinin alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, üçüncü şəxsin vicdanlı hesab edilməməsi üçün hər hansı əsas yoxdur. Belə olan təqdirdə iddiaçının həmin əşyanı geri tələb etmək hüququ da yaranmış olmur. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh ilkin İddiaçı ASC -nin xeyrinə kredit müqaviləsinə əsasən 592,43 AZN əsas, 39,87 AZN faiz və 4,81 manat cərimə borcu olmaqla, cəmi 637,11 AZN borcun tutulması barədə ilkin iddia tələbi təmin edilməli, “kredit müqaviləsinin ləğv edilməsi, girov əmlakın geri qaytarılması və faiz borcunun silinməsi” barədə qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən, minimal məbləğdə dövlət rüsumu ödənildiyindən ilkin iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat Cavabdeh tutularaq ilkin iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçıSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 19230***-*******02L saylı kredit müqaviləsi üzrə 592,43 manat əsas, 39,87 manat faiz və 4,81 manat cərimə borcu olmaqla, cəmi 637,11 (altı yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh tutularaq İddiaçıSC-yə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı (üçüncü şəxs qismində X3 cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi, girov əmlakın geri qaytarılması və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-441/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-441/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver