Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4442/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi”-dən irəli gələn öhdəliklərinin icrasının gecikdirilməsi nəticəsində xx.xx.2016-cı il traixdən müqavilə müddəti bitdiyi tarixə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 (on doqquz min üç yüz on yeddi dollar iyirmi iki sent) ABŞ Dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən , yəni xx.xx.2020-ci il tarixədək illik 5 (beş) faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz dollar altmış dörd sent) ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 31785.86 (otuz bir min yeddi yüz səksən beş dollar səksən altı sent) ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 252,11(iki yüz əlli iki manat on bir qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil yazılı vəsatət təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4442/2022 saylı və Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4748/2022 saylı mülki işlərin birləşdirilərək bir icraatda baxılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4748/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərardadı işə işin icraatı Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4442/2022 saylı, yəni hazırkı işə görə dayandırılmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə mülki işlərin birləşdirilməsinə zərurət görməmiş, etiraz etmişdir. Məhkəmə mülki işləri araşdıraraq hesab edir ki, mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də göstərilən mülki işlər birləşdirilərək, bir icraatda baxılmalıdır. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı “məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə artıq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4748/2022 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Sözügedən mülki işdə isə iddiaçı xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə aktiv kredit öhdəliklər barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM–nin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(005)-4442/2022 saylı mülki işlə; iddiaçı Cavabdeh1 İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı “məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4748/2022 mülki iş birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169.3 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(005)- 4442/2022 saylı mülki işlə; iddiaçı Cavabdeh1 İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı “məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair 2(006)-4748/2022 saylı mülki iş birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(006)-4748/2022 nömrəsi verilsin. Mülki iş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4442/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4442/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver