Məhkəmə qərarları › İş №e-2(005)-4443/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4443/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4443/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4093,90 manat məbləğində zərərin və 60,94 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4154,84 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən təxminən 2022-ci ilin dekabr ayında Cavabdeh məxsus olan bağ evinə qanunsuz olaraq hasarı keçərək şəkillər çəkmiş və bəzi hərəkətlər etmişlər. Mən həmin bağ evində yalnız yay aylarında yaşayır və “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri Cavabdeh evdə olmadığı halda onun həyətinə qanunsuz daxil olmuşlar. Sonra xəbəri olmadan akt tərtib edərək Cavabdeh əsası olmayan cərimə yazmışlar. Bu səbəbdən Cavabdeh onlara qarşı aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsində iclasın vaxtı barəsində SMS bildiriş gəlmişdir. Borcun silinməsinə dair iddia tələbi hal-hazırda hakim İlahə xanım Abbasovanın icraatındadır. Əlavə olaraq bildirir ki, Cavabdeh ünvanı Nərimanov rayonu göstərilsə də, o həmin ünvanda yaşamır və qeydiyyatı hal-hazırda Bakı şəhəri Xətai rayonundadır. Bu səbəbdən iddia ərizəsi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarından aydın olur ki, hazki iddia tələbi İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin tutulması tələbinə dair mülki işə baxılır, Cavabdeh İddiaçınə qarşı bu zərərin əsassız müəyyən edilmiş olmasına dair mülki iş isə hazırda Bakı Şəhəri Xətai Rayon Məəhkəməsində daha əvvəlki tarixdə icraata qəbul edilmiş və hazırda icraatdadır. Hər iki mülki iş üzrə araşdırılan mülki münasibətlərin eyni tərəflər arasında eyni mübahisə olması səbəbindən prosessual qənaət prinsipinə əməl edilməsi və məhkəmə tərəfindən tam və hərtərəfli məhkəmə araşdırmasının aparılması üçün hazırda baxılan mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8333/2023 saylı mülki işə biləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair 2(005)-4443/2023 nömrəli mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8333/2023 nömrəli mülki işə birləşdirilsin. 2(005)-4443/2023 nömrəli mülki iş Bakı Şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar