Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-445/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə , İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-Cavabdeh oğlunun ondan aldığı və qaytarmadığı 55.000 ( əlli beş) min manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ,iddiaçı cavabdeh- Cavabdeh bir neçə ildir ki, tanıyır. İddiaçı- İddiaçı oglu ilə cavabdeh-Cavabdeh arasında 25 may 2023-cü il tarixdə, Bakı şəhəri 14 saylı Notariat ofisində borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən o, cavabdeh - Cavabdeh xx.xx.2024-cü il tarixə kimi qaytarmaq şərti ilə 55 000 (əlli beş min) manat məbləğində pul verib. Cavabdeh qeyd olunmuş məbləği 25 may 2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq bu günə kimi həmin borcu qaytarmamışdır. İddiaçı pulunu Cavabdeh tələb etsə də, əvvəllər borcunu tezliklə qaytaracağını bildirsədə, sonradan onun zənglərinə cavab verməməyə başladı. Hal hazırda o iddiaçıdan gizlənir və almış olduğu borcunu ödəməkdən yayınır. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirdi ki, İddiaçı ilə dostluq münasibətləri olub. Digər şəxslərə də borcu yarandığına görə müqavilə üzrə olan borcunu İddiaçı ödəyə bilməyib. Eyni zamanda qeyd etdi ki, notarit ofisində özü olub, müqaviləni şəxsən imzalayıb. Lakin eyni zamanda müqavilə üzrə 3000 manat ödədiyini qeyd etdi, məhkəmədən borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - ünvan 1 ünvanında yaşayan Cavabdeh Bakı şəhəri,Nizami rayonu, Elşən Mustafayev küçəsi ,ev 160A, mənzil 1-də yaşayan İddiaçı tərəfindən ünvanlanan pretenziya məktubundan görünür ki, 25 may 2023-ci il tarixində 14 saylı Notariat ofisində 3M-2162 reyestr nömrəli kredit müqaviləsi (Borc Müqaviləsi)üzrə 55(əlli beş) min manat borc pul alıb. Həmin pulu 25 may 2024-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu öhdəlik yerinə yetirilməmişdir. - xx.xx.2023-cü il tarixli Borc Müqaviləsindən görünür ki,”borc verən”- İddiaçı “borc alan”- Cavabdeh 55.000 manat məbləğində borc pul vermişdir. “Borc alan”- Cavabdeh xx.xx.2024-cü il tarixinədək ,”Borc verənə”qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2023-cü ildə təsdiq olunmuşdur. 3M-2162 nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, "xxxx"ASC tərəfindən İddiaçı 55.000 (əlli beş min) manat mədaxil edilmişdir. - xx.xx.2023-cü il tarixli,1879 nömrəli ünvan 3 ünvanladığı ərizəsindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq olunacaq Kredit müqaviləsi üzrə ödəməli olan 55.000(əlli beş min) manat məbləğində pulu Cavabdeh verilməsi üçün bankda olan **********00001AZM38 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. - xx.xx.2024-cü ildə DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdehn Bakı şəhəri,Nərimanov rayonu,Şahin Mustafayev küçəsi,ev 10A-da qeydiyyatdadır. - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli,3-21-2-4/2-46123/2025 nömrəli uçota dair arayışdan görünür ki, İddiaçı Novrzu oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2088-ci ilədək sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları dayandırılmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2088-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında etibarlı münasibətlər mövcud olmuşdur. Cavabdeh İddiaçı 55.000 (əlli beş min) min manat məbləğində borc pul almışdır və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 55.000 (əlli beş min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişrdir ki, tərəflərin arasında borc müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. İddiaçı cavabdehə notariat ofisinin depozit hesabı vasitəsilə 55000 manat məbləğində pul vermiş, cavabdeh isə 25 may 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh öz izahatında kredit müqaviləsini şəxsən imzaladığını bildirmiş, lakin həmin məbləğdən müəyyən ödənişləri etdiyini iddia etmişdir. Lakin bu halı təsdiq edə biləcək hər hansı sübutu təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin izahatı özünümüdafiə xarakteri daşıyır, formal mülahizələrdən ibarətdir və mülki işin materialları ilə öz təsdiqini tapmır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh 55000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 55.000 (əlli beş) manat məbləğində pul vəsaiti və 255 (iki yüz əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-445/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-445/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver