Məhkəmə qərarları › İş №e-2(005)-4483/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4483/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4483/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun alınması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2932.47 (iki min doqquz yüz otuz iki manat qırx yeddi qəpik) manat əsas, 144.94 (bir yüz qırx dörd manat doxsan dörd qəpik) manat faiz, cəmi 3077.41 (üç min yetmiş yeddi manat qırx bir qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 51.18 (əlli bir manat on səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ödənilmiş dövlət rüsumunu aşağıda qeyd edilən rekvizitlər üzrə geri qaytarılması barədə qərardad qəbul edilməsini (Adı: "xxxx" ASC Kodu: 507699 VÖEN: ********** Müxbir hesab: AZ02NABZ******************** S.W.İ.F.T.Bik: AZRT AZ 22 Hesab № ******************** İBAN № AZ15AZRT******************** VÖEN: **********) xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat (qəbz nömrəsi **********) dövlət rüsumu ödənilmiş və qeyd olunan qəbz hazırki e-2(005)-4483/2023 saylı mülki iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə dövlət rüsumunun ödənilməsi barədə qəbz kimi daxil edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə ödənilmiş 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat (qəbz nömrəsi **********) dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Adı: "xxxx" ASC Kodu: 507699 VÖEN: ********** Müxbir hesab: AZ02NABZ******************** S.W.İ.F.T.Bik: AZRT AZ 22 Hesab № ******************** İBAN № AZ15AZRT******************** VÖEN: **********) geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar