Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-456/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2913,75 AZN faiz borcu olmaqla cəmi 17231,52 (on yeddi min iki yüz otuz bir manat 52 qəpik) AZN, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 900,68 AZN faiz borcu olmaqla cəmi 4175,84 (dörd min yüz yetmiş beş manat 84 qəpik) AZN pul vəsaitinin və 154.22 (yüz əlli dörd manat 22 qəpik) AZN dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən onun kartına illik 24 faiz dərəcəsi ilə 14610 AZN kredit vəsaiti, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən onun kartına illik 25 faiz dərəcəsi ilə 3500 AZN kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kreditlər nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2913,75 AZN faiz borcu olmaqla cəmi 17231,52 (on yeddi min iki yüz otuz bir manat 52 qəpik) AZN borcu, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 900,68 AZN faiz borcu olmaqla cəmi 4175,84 (dörd min yüz yetmiş beş manat 84 qəpik) AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən onun kartına illik 24 faiz dərəcəsi ilə 35 ay müddətinə 14610 AZN kredit vəsaiti, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən onun kartına illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə 3500 AZN kredit vəsaiti mədaxil edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qalıq borcunun dərhal ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 135000/3896 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2913,75 AZN faiz borcu olmaqla cəmi 17231,52 (on yeddi min iki yüz otuz bir manat 52 qəpik) AZN borcu, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 900,68 AZN faiz borcu olmaqla cəmi 4175,84 (dörd min yüz yetmiş beş manat 84 qəpik) AZN borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/1529 nömrəli ekspert rəyindən görünür ki, borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2564,00 AZN faiz borcu, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 627,29 AZN faiz borcu müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kreditin verilməsinə dair xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li və xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li kredit müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. İddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən kredit və kredit kartına dair müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsiri pozuntusuna görə məsuliyyət daşıyaraq xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2.564,00 AZN faiz borcu olmaqla cəmi 16881,77 (on altı min səkkiz yüz səksən bir manat 77 qəpik) AZN, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 627,29 AZN faiz borcu olmaqla cəmi 3902,45 (üç min doqquz yüz iki manat 45 qəpik) AZN borc məbləğində iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia tələbinin kredit və kredit kartına dair müqavilələri üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditlərə dair hesablanmış faizlər müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişlər. Belə olan halda onlar əsas məbləğ üzrə qalıq borcları ilə bərabər hesablanmış faiz borclarını ödəməlidirlər. Odur ki, hazırda iddia tələbi üzrə xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 2564,00 AZN, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №-li Kredit müqaviləsinə əsasən isə 627,29 AZN faiz borcu cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 154.22 (yüz əlli dörd manat 22 qəpik) AZN dövlət rüsumunun iddia tələbi üzrə cavabdehdən tutulmuş hissəsinə mütənasib olaraq 149,73 (yüz qırx doqquz manat 73 qəpik) AZN iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2564,00 AZN faiz borcu olmaqla cəmi 16881,77 (on altı min səkkiz yüz səksən bir manat 77 qəpik) AZN, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 627,29 AZN faiz borcu olmaqla cəmi 3902,45 (üç min doqquz yüz iki manat 45 qəpik) AZN borc və iş üzrə ödənilmiş 149,73 (yüz qırx doqquz manat 73 qəpik) AZN dövlət rüsumunun tutularaq, İddiaçı ASCyə ödənilməli, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: SAP (XİİS) VÖEN **********1, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 3120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-cı il tarixli, GTKR4497678A299 №-li Kredit müqaviləsinə əsasən 14317,77 AZN əsas, 2564,00 AZN faiz borcu olmaqla cəmi 16881,77 (on altı min səkkiz yüz səksən bir manat 77 qəpik) AZN, xx.xx.2021-cı il tarixli, BBLK4527808A299 №li Kredit müqaviləsinə əsasən isə 3275,16 AZN əsas borc, 627,29 AZN faiz borcu olmaqla cəmi 3902,45 (üç min doqquz yüz iki manat 45 qəpik) AZN borc və iş üzrə ödənilmiş 149,73 (yüz qırx doqquz manat 73 qəpik) AZN dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: SAP (XİİS) VÖEN **********1, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-456/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-456/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver