Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-47/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: kredit və faiz borcunun ödənilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzdə Çingiz qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: “Texnikabank" ASC ilə X4 qızı arasında bağlanmış 05 dekabr 2011-ci il tarixli AK-324 saylı və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan X4 qızına 143 ay müddətinə, illik 12% hesablanmaqla, 40592.81 (qırx min beş yüz doxsan iki manat, 81 qəpik) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvannda yerləşən ümumi sahəsi 82,11 kv.m olan 2 otaqlı mənzil yaşayış sahəsinin alınmasına verilir. İddiaçı “Texnikabank" ASC ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Birgə fəaliyyət haqqında müqavilənin 2.12.-ci maddəsində qeyd dilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. İş materiallarında olan AZ-İ 944782 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 qızı xx.xx.2018-ci ildə işemik insult səbəbi ilə vəfat etmişdir.Bu barədə qeydlər kitabında xx.xx.2018-ci ildə 120 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ,Ağcabədi rayon İcra Hakimiyyət Başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli arayışa əsasən xx.xx.2018-ci ildə mərhumə X4 qızı xx.xx.2018-ci ildə vəfat etmiş, ölüm gününədək ünvan 2 ünvanda daimi qeydiyyata olmuşdur. “Texnikabank" ASC ilə X4 qızı arasında bağlanmış AK-324 saylı ipoteka müqaviləsinə əsasən, 05 dekabr 2011-ci il tarixli AK-324 saylı kredit müqaviləsi əsasında, 40592.81 (qırx min beş yüz doxsan iki manat, 81 qəpik) manat məbləğində 143 ay müddətinə veriln kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,11 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı ASC Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 65.902,93 (altmış beş min doqquz yüz iki manat 93 qəpik) manat – bundan 37.205 (otuz yeddi min iki yüz beş) manat əsas, 27.959,93 (iyirmi yeddi min doqquz yüz əlli doqquz manat 93 qəpik) manat faiz, 520,86 (beş yüz iyirmi manat 86 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 217,14 (iki yüz on yeddi manat 14 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 287,71 (iki yüz səksən yeddi manat, 71 qəpik) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X6” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, X4 qızı ilə İddiaçı ASC-nin arasında bağlanmış 05 dekabr 2011-ci il tarixli AK-324 saylı Kredit müqaviləsinə əsasən X4 qızına mənzil alınması məqsədi ilə 143 (bir yüz qırx üç) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 40592.81 (qırx min beş yüz doxsan iki manat, 81 qəpik) AZN məbləğində kredit vermişdir. Kredit üzrə borc vaxtında ödənmədiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cəmi 65.902,93 (altmış beş min doqquz yüz iki manat 93 qəpik) manat – bundan 37.205 (otuz yeddi min iki yüz beş) manat əsas, 27.959,93 (iyirmi yeddi min doqquz yüz əlli doqquz manat 93 qəpik) manat faiz, 520,86 (beş yüz iyirmi manat 86 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 217,14 (iki yüz on yeddi manat 14 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 287,71 (iki yüz səksən yeddi manat, 71 qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər X4 qızından və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 242/2024 nömrəli qərardadına əsasən cavabdeh X4 qızının hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-242/2024 nömrəli qərardadına əsasən mülki işin icraatı təzələnmişdir. Bildiririk ki, X4 qızının adına vərəsəlik işi açılmamışdır. Lakin, X4 qızının qardaşı Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək bildirmişdir ki, X4 qızı İddiaçı ASC-dən kredit götürmüş və 2018-ci ildə vəfat etmişdir. O, və ailə üzvləri həmin kredit vəsaiti hesabına alınmış Bakı şəhəri, Sabunçu r-nu, ünvan 3 ünvanda yerləşən mənzildə yaşayırlar. xx.xx.2024-cü il tarixli ərizədən göründüyü kimi Cavabdeh2 və ailə üzvləri X4 qızına məxsus Bakı şəhəri, Sabunçu r-nu, ünvan 3 mənzildə yaşayaraq X4 qızının ölümündən sonra ondan qalan mirası faktiki olaraq qəbul etmişdirlər. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh "xxxx" ASC ərizə ünvanlayaraq, bildirmişdir ki,iddiaçı iddiasını onunla əsaslandırır ki, X4 qızı İddiaçı ASC-dən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi əsasında kredit almışdır, İddiaçı ASC ilə Akord arasında bağlanılmış 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləyə əsasən Akkord zamindir və borc məbləği müştərək qaydada onlardan tutulmalıdır.Qeyd edilir ki,aşağıdakı səbəblərdən iddia Akkorda aid hissədə tamamilə əsassız və qanunsuzdur. İddiaçı ASC ilə Akord arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır.Bu müqavilə zaminlik müqaviləsi deyil və bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. Tərəflər arasında bağlanılmış 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərində qeyd olunur ki, Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqdan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi İddiaçı məhkəməyə X4 qızına kreditin verilməsi barədə Akkord tərəfindən İddiaçı ASC-yə hər hansı müraciətin olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında zaminlik müqaviləsi də mövcud deyil. Akkord 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin tələbinə əsasən ondan mənzil alan, kredit alınması üçün banka göndərdiyi konkret şəxslərə görə bank qarşısında zamin olmuş və tərəflər arasında zaminlik müqaviləsi də (zaminlik müqaviləsi əlavə olunur) bağlanılmışdır. Əgər iddiaçı 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləni zaminlik müqaviləsi kimi qəbul edirdisə, nə üçün bəzi şəxslərə aid tərəflər arasında zaminlik müqaviləsi bağlanılmışdır? Qeyd olunur ki, tərəflər arasında 5 mart 2010- cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin olması o demək deyildir ki, Akkord Texnikabank” ASC-dən kredit götürən və ondan mənzil alan bütün alıcılara görə bank qarşısında zamindir.Həm tərəflər arasında Zaminlik müqaviləsi olmadığı üçün, həm də Akkord tərəfindən X4 qızına kreditin verilməsi barədə banka müraciət edilmədiyi üçün Akkord 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən X4 qızının öhdəliklərinə görə bank qarşısında məsuliyyət daşımır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və X4 qızına qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən LPO İddiaçı ASC-nin nümayəndəsi K.X2 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirdi ki ,bacısı X4 qızı İddiaçı ASC-dən kredit müqaviləs üzrə kredit götürmüş və 10 il ərzində krediti banka ödənişləri etmişdir. 2018-ci ildə bacısı X4 qızı vəfat edib. İddiaçı ASC tərəfindən 1 ay öncə bacısının kredit müqaviləsi üzrə kredit borcunu ödəmədiyi barədə məlumat verilmişdir. Həmin müddətdən 6 il keçib və bu müddət ərzində bank tərəfindən onlara borc barədə məlumat verilməyib. Bacısının banka olan borcu ödədiyini və borcu olmadığını bildirdi. Həmçinin o qeyd etdi ki, 200 manat pensiya və 80 manat təqaüd alır, əgər borcun olması sübuta yetirilərsə bacısının borcunu ödəməyi öhdəsinə götürür, mənzil alınan vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları İş materiallarında olan, №3063 alqı-satqı müqaviləsinə əsasən, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"ASC (bundan sonra «satıcı» adlandıralacaq) X7 şəxsində , digər tərəfdən X4 qızı, (bundan sonra "Alıcı" adlandıralacaq) arasında xx.xx.2007-ci ildə alqı-satqı müqaviləsi bağlanmış, Satıcı "xxxx"ASC Baxı şəhərində, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakixanov qəc.,Y.Əliyev küçəsi inşa etdirdiyi 7 saylı binanın ,1 blok,45 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 82.11 xv.metr olan mənzili «alıcı» X4 qızı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür.X3 Qoşunalı qızı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan, xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, İddiaçı ASC (Ləğv prosesindədir) ilə "xxxx" ASC arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən, tərəflər «Şirkət» tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün «Şirkət»in inşa etdikləri mənzillərin satışının «Bank» tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. İş materiallarında olan, xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə Əlavə 1 əsasən, Müqavilənin 2.12-ci bəndinin birinci cümləsi dəyişdirilmiş,“Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti" məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC (Ləğv prosesindədir) ("kreditor") ilə X4 qızı ("borcalan") arasında xx.xx.2011-ci il tarixli, AK-324 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 12% olmaqla 143 ay müddətinə 40.592,81 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarış materiallarından göründüyü kimi X4 qızı tərəfindən istifadə etdiyi kredit vəsaitinə görə İddiaçı ASC-yə (Ləğv prosesindədir) xx.xx.2017-ci il tarixədək 26.130,00 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğin 3.387,81 manat əsas, 22.742,19 manat isə faiz borcundan silinir. İş materiallarında olan,xx.xx.2023-cü il tarixli, "xxxx" ASC-yə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, 05 dekabr 2011-ci il tarixli AK-324 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC (bundan sonra Bank) ilə ‘X6” ASC (bundan sonra Şirkət) arasında birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır.Bundan sonra, Bank ilə X4 qızı (bundan sonra Borcalan) arasında bağlanmış 05 dekabr 2011-ci il tarixli AK-324 saylı Kredit müqaviləsinə əsasən Borcalana mənzilin alınması üçün 143 (bir yüz qırx üç) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 40,592.81 (qırx min beş yüz doxsan iki manat 81 qəpik) manat məbləğində kredit verilmişdir.Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit müqaviləsi üzrə Bank qarşısında 24 may 2023-cü il tarixə 63,155.28 (altmış üç min yüz əlli beş manat 28 qəpik) manat icra edilməmiş borc mövcuddur.05 mart 2010-cu il tarixli müqavilənin 2.12-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini Şirkət öz üzərinə götürür. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir.Qeyd olunanları nəzərə alaraq, 05 dekabr 2011-ci il tarixli AK- 324 saylı Kredit müqaviləsi üzrə 59,041.28 (əlli doqquz min qırx bir manat 28 qəpik) manat gecikmiş borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsi tələb edir.Əks təqdirdə borcun ödənilməsi ilə bağlı tərəfimizdən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X4 qızı ilə İddiaçı ASC (Ləğv prosesindədir) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AK- 324 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 37.205,00 manat,faiz borcu isə 26.086,00 manat təşkil edir.xx.xx.2023-cü il tarixə isə əsas borc üzrə 37.205,00 manat,faiz borcu üzrə 28.232,20 manat təşkil edir. İş materiallarında olan, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7992 №-li ekspert rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X4 qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AK-224 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 37.205,00 manat, faiz borcu üzrə 26.086,71 manat, xx.xx.2023-cü il tarixə isə əsas borc üzrə 37.205,00 manat,faiz borcu üzrə 28.232,20 manat təşkil edir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əsasən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan AZ-İ 944782 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 qızı xx.xx.2018-ci ildə işemik insult səbəbi ilə vəfat etmişdir.Bu barədə qeydlər kitabında xx.xx.2018-ci ildə 120 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan, Ağcabədi rayon İcra Hakimiyyət Başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli arayışa əsasən xx.xx.2018-ci ildə mərhumə X4 qızı xx.xx.2018-ci ildə vəfat etmiş, ölüm gününədək ünvan 2 ünvanda daimi qeydiyyata olmuşdur. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə "xxxx" ASC-yə münasibətdə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, necə adlanmağından asılı olmayaraq iddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə mahiyyət və məzmun etibarilə zaminlik müqaviləsidir. Belə ki, “Birgə fəaliyyət haqqında” müqavilənin 2.12.-ci maddəsində qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kredit qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyi bank tərəfindən) və tərəflər arasındakı münasibətlərdə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, həmin müqaviləsinin 2.12-ci maddəsinə (1-ci cümləsi xx.xx.2015-ci il tarixdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə 1 saylı Əlavəyə əsasən redaksiya olunmuşdur) əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti" məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silinməsi barədə tərəflər razılığa gəlmişlər. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Göründüyü kimi, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Sözügedən 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə yazılı şəkildə bağlanmışdır və orada (2.12-ci bəndində) zaminin öhdəlikləri qeyd olunmuş, "xxxx" ASC bu müqavilənin müvafiq bəndinə razılığını bildirmiş və bu bənddə nəzərdə tutulmuş öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarından aydın olur ki, İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin zaminə, yəni "xxxx" ASC-yə münasibətdə təmin edilməsi üçün qanuni əsasların olduğu qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri bu hissədə də təmin edilməlidir. Məhkəmədə digər Cavabdeh2 qarşı tələbə dair aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı) Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Mülki işin mteriallarında olan Cavabdeh2 LPO İddiaçı ASC-yə ünvanladığı ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə o yaşayır; bacısının götürdüyü kredir güzəştli şərtlərlə ödəmək istəyir; ayda 300 manat ödəmək qabiliyyəti var. Kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə güzəşt tətbiq edilməsini xahiş edir. Göründüyü kimi, cavabdehin etirazının əsasını miras əmlakı qəbul etməməsi deyil, əsas və faiz borclarının məbləği olmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında da mənzilin onun sahiblik və istifadəsində olduğunu etiraf etmiş; lakin əsas və faiz borcun məbləğinə etiraz etmişdir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun tutulması hissəsində isə əsas və faiz borcun miqdarını ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, xx.xx.2023-cü il tarixli 9/7992 saylı ekspert rəyinə əsasən,xx.xx.2023-cü il tarixə olan 37205 manat əsas və 26086,71 manat faiz borcu cavabdehlərdən tutulmalıdır. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 250 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 05 dekabr 2011-ci il tarixli AK-324 saylı Kredit müqaviləsinə əsasən 37.205,00 manat əsas; 26.086,00 manat faiz; 250 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 217,14 (iki yüz on yeddi manat 14 qəpik) manat faiz borcu cəmi 63.758,14 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 287,71 (iki yüz səksən yeddi manat, 71 qəpik) manat məbləğində dövlət rüsumunun 260 manatı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 48 manatı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən, 2 manatı isə İddiaçı ASCdən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************,X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 05 dekabr 2011-ci il tarixli AK-324 saylı Kredit müqaviləsinə əsasən 37.205,00 (otuz yeddi min iki yüz beş manat ) manat əsas; 26.086,00 (iyirmi altı min səksən altı manat) manat faiz; 250 (iki yüz əlli ) manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 217,14 (iki yüz on yeddi manat 14 qəpik) manat faiz borcu cəmi 63.758,14 manat məbləğində borc, cəmi 63.758,14 (altmış üç min yeddi yüz əlli səkkiz manat on dörd qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 287,71 manat məbləğində dövlət rüsumunun 260 (iki yüz altmış) manatı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 48 manatı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən, 2 manatı isə İddiaçı ASCdən tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************,X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-47/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-47/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver