Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4712/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, TuranBank ASC-nin “28 May” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № MKOS-FB-530 saylı kredit müqaviləsi üzrə banka olan 14 859.26 AZN (on dörd min səkkiz yüz əlli doqquz manat iyirmi altı qəpik) əsas, 733.22 AZN (yeddi yüz otuz üç manat iyirmi iki qəpik) faiz, 2 953.10 AZN (iki min doqquz yüz əlli üç manat on qəpik) cərimə borcu olmaqla, cəmi borcu 18 545.58 AZN (on səkkiz min beş yüz qırx beş manat əlli səkkiz qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 145.64 AZN (bir yüz qırx beş manat altmış dörd qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, ipoteka qoyan, zamin – Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 31.8 kv.m. ümumi, 16.5 kv.m. yaşayış, 15.3 kv.m. yardımçı sahəsindən ibarət 1 otaqlı 13 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli № MKOS-FB- 530 saylıkredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, ipotekaqoyan, zamin – Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı Turanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz üzrə 145.64 AZN (bir yüz qırx beş manat altmış dörd qəpik) məbləğində dövlət rüsumu ödənilmiş və qeyd olunan qəbz hazırki mülki iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə dövlət rüsumunun ödənilməsi barədə qəbz kimi daxil edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə ödənilmiş 145.64 (bir yüz qırx beş manat altmış dörd qəpik) manat məbləğində (qəbz nömrəsi **********) dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4712/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4712/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver