Məhkəmə qərarları › İş №e-2(005)-472/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-472/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-472/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 9000 ABŞ dolları məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 450 ABŞ dolları məbləğində pulun, 139 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 9000 ABŞ dolları məbləğində borc vermiş, borc alan isə pulu qısa müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək borc alan tərəfndən heç bir ödəniş olunmamışdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı aldatmış, onun əmlakını - pulunu mənimsəmişdir və hal-hazıradək də geri qaytarmamışdır. Daha sonra iddiaçı tətərf iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan aldığı borcu xalası oğlu - X3 vermişdir. Ondan dəfələrlə pulun qaytarılmasını tələb etsə də, Cavabdeh2 bundan yayınmışdır. Bu səbəbdən də X2 cavabdeh qismində işə cəlb olunmasını və cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 9000 ABŞ dolları məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 450 ABŞ dolları məbləğində pulun, 139 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddiaçının X4 tanımadığını, borcu məhz Cavabdeh1 verdiyini bildirdi. Məhkəmə iclasında cavabdeh X5 izahatında bildirdi ki, o Cavabdeh1 daimi olaraq borc pul almış və borcunu qaytarmışdır. Sonuncu dəfə də Cavabdeh1 2000 manat borc pul almışdır və qaytaracaqdır. İddiaçını tanımır və ondan borc pul götürməmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, X5 ona yaxınlaşaraq borc pul istəmiş, o da həmin pulu iddiaçıdan borc almışdır və X3 vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli yazılı itizamdan görünür ki, Cavabdeh1 tanışı və qonşusu İddiaçı 9000 ABŞ dolları məbləğində borc pul aldığını və onun iştirakı ilə pulu xalası oğlu X3 verdiyini, X2 isə bu borcu qısa müddətdə qaytaracağına söz verdiyini öz imzası ilə təsdiq etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 739- cu maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 135.1-ci maddəsin əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki,İddiaçı ilə Cavabdeh1 arasında tanışlıq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 9000 ABŞ dolları borc pul vermişdir. Bu barədə yazılı iltizam tərtib olunmuş və Cavabdeh1 tərəfindən imzalanmışdır. Cavabdeh1 tərəfindən 9000 ABŞ dolları pulun borc götürüldüyü mübahisələndirilmir. Cavabdeh1 borc pul məbləğini digər cavabdeh X3 verməsi üçün aldığını və ona da verdiyini bildirir. Beləliklə, aşağıdakılar hazırkı işin mübahisəsiz halıdır: 1.Tərəflər arasında borc münasibətlərinin olması; 2.Borcun təsdiqinə dair xx.xx.2021-ci il tarixdə yazılmış iltizamın Cavabdeh1 tərəfindən imzalanması; 3.Borcun cavabdehlər tərəfindən qaytarılmaması. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisələndirilən yeganə məsələ borcun hansı cavabdeh tərəfindən qaytarılmalı olması ilə bağlıdır. İddiaçı borc məbləğini Cavabdeh1 verdiyini və borclu kimi onu tanıdığını iddia edir. Cavabdeh1 borc pul məbləğini şəxsi istifadəsi üçün deyil, digər cavabdeh X3 verməsi üçün aldığını və ona verdiyini bildirir. Bu barədə yazılı iltizamda da qeyd edilib. Cavabdeh X5 isə İddiaçı tanımadığını, ondan borc pul götürmədiyini, daimi olaraq Cavabdeh1 borc aldığını və qaytardığını bildirir. İş materiallarından aydın olur ki, borcun götürülməsinə dair iltizam yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin iltizamda X2 adı çəkilsə də iltizam onun tərəfindən imzalanmamışdır. Məhkəmə mülki işin materiallarında olan sübutları, o cümlədən yazılı iltizamı, məhkəmə prosesi iştirakçılarının verdikləri izahatları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək bu nəticəyə gəlir ki, borc münasibətləri İddiaçı ilə Cavabdeh1 arasında yaranmışdır. Belə ki, borc müqaviləsinin predmeti kimi çıxış edən 9000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən məhz Cavabdeh1 təhvil verilmişdir. Bununla da, həmin pul məbləğinin üzərində mülkiyyət hüququ Cavabdeh1 keçmişdir. Belə ki, qüvvədə olan MM-nin 135.1-ci maddəsinə əsasən pullar və və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən isə, təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Qanunvericiliyin müvafiq nomalarının təhlilindən aydın olur ki, pul vəsaitləri daşınar əşya kateqoriyasına aiddirlər və daşınar əşyaya sahiblik edən haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Yəni, borc predmeti olan pul məbləği iddiaçı tərəfindn Cavabdeh1 təhvil verilən an, artıq həmin cavabdehin mülkiyyyətinə keçmiş olur. Və sonradan pul məbləğinin digər cavabdehə ötürülməsi, iddiaçı ilə cavabdeh X2 arasında borc münasibətlərinin yaranmasına gətirib çıxarmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi iki tərəfli əqddir və mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Konsensual əqddən fərqli olaraq, real əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflərin sazişi ilə yanaşı həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanması üçün tərəflərin sazişi kifayət etmir, bununla yanaşı pul və ya əşya qarşı tərəfə verilməlidir. Məsələn, borc müqaviləsi üzrə borc verən pulu və ya digər əşyanı borc alana verir, borcalan isə müəyyən edilmiş vaxtda həmin pulu vəəşyanı eyni ilə borc verənə qaytarmasını öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçı məhkəməyə Cavabdeh1 ona borcu olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmiş, lakin Cavabdeh1 iddiaya etirazın əsası kimi göstərdiyi heç bir halı sübut edə bilməmişdir. Digər cavabdeh X2 İddiaçı borc pul götürməsi sübut olunmamışdır. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, sübutetmə institutu xüsusi əhəmiyyət kəsb edir. Tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan cavabdehin etirazlarının əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia 9000 ABŞ dolları pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-xi il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Həmin hüquqi mövqeyi əsas götürən məhkəmə hsab edir ki, hazırki mülki iş üzrə 9000 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə manatla Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 450 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında olan yazılı müqavilədə borc məbləğinin hansı müddət ərzində qaytarılmalı olması barədə konkret şərt nəzərdə tutulmadığından, bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 139 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 9000 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar