Məhkəmə qərarları › İş №e-2(005)-4811/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4811/2024

22.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4811/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.036,6 manat məbləğində vurmuş olduğu ziyanın tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2018-ci ildə cavabdehlə şifahi müqavilə bağlamışdır. Bu müqavilə əsasında cavabdeh ona məxsus Xəzər r-nu, Buzovna qəs, 798C saylı sahədə 1 mərtəbəli ev tikməli idi. Ona görə o cavabdehə 14700 manat pul ödəmişdir. Lakin, evi təmir etmək istərkən müəyyən etdi ki, cavabdeh X1 tərəfindən keyfiyyətsiz materialdan istifadə olunmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Ziyanın məbləğini ölçmək üçün Caspian Valuation qiymətləndirmə şirkətinə müraciət etdi, onların mütəxəssisləri tərəfindən xx.xx.2024-cü ildə CVN/S 03-070/24 saylı rəy tərtib olunmuş və həmin rəydə ona dəymiş ziyanın məbləği 10.036.6 manat müəyyən olunmuşdur. Ona görə də həmin məbləği cavabdehdən tələb edir. Onu da əlavə etmək istəyir ki, o Qarabağ döyüşlərində iştirak etmiş, müharibə veteranıdır, yoldaşı Vaqiyə xanım da İ qrup əlildir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi təmin edilməmişdir. Aydın olur ki, iddiaçının hazırki iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən hazırda pulun məbləği fərqli şəkildə qeyd edilsə də, tərəflər arasında yaranan mübahisənin predmetinin eyni olduğu aydın şəkildə müəyyən edilir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı maddi ziyan ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. QƏRARA ALDİ İddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar