Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4822/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6150.98 manat məbləğində kredit borcu, 698.02 manat məbləğində faiz borcu və 219.19 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7068 (yeddi min altmış səkkiz) manat 19 (on doqquz) qəpik məbləğində borcun və ödənilmiş 90.68 (doxsan manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işin ərazi aidiyyatı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi deyil, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsidir. Bu səbəbdən mülki iş adiyyatı üzrə göndərilməlidir. Belə ki, mülki iş üzrə cavabdeh barəsində “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi tərəflərin qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə verilməmişdir. Buna görə də, mülki iş aidiyyatı üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4822/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4822/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver