Məhkəmə qərarları › İş №e-2(005)-483/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-483/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-483/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka əmlakına yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka əmlakına yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 694,72 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8978,46 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 135.8 manat məbləğində pulun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 2, 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 80000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 694,72 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8978,46 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 135,8 manatın İddiaçı BOKT ASC-yə ödənilməsinə, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka premeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00057-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 8300 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Mert (Çirka) Samira Vaqif qızının mülkiyyətində olan ünvan 2, 3 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ÇİXARİŞ Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tariхli 2022/00057-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 80000 AZN məbləğində müəyyən edilmişdir. 08 may 2024-cü il tarixinə kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 694,72 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8978,46 ABŞ dolları məbləğində borc yaranmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimədən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Daha sonra İddiaçı BOKT ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1. Cavabdeh kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3000,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11283,94 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 147,60 (135,8+11,80) manat məbləğində pulun tutulması; 2. Tələbin Cavabdeh mülkiyyətində olan ünvan 2, 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 80000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 11283.94,94 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 147,60 manatın İddiaçı BOKT ASC-yə ödənilməsi; 3. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş lakin, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə EMİS vasitəsi ilə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka əmlakına yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə “əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 04 Mart 2022-ci il tarixli, 2022/00057-01 nömrəli krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24% оlmaqla 60 ay müddətinə, 8300 ABŞ məbləğində kredit verilmişdir. Müqavilənin 1.4-cü maddəsində müəyyən edilmişdir ki, kredit 04 Mart 2022-ci il tarixli, 2022/00057-01 nömrəli kreditin restrukturizasiyası məqsədi üçün verilir. - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00057-01 İP saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, ünvanda yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş , mənzilin ümumi dəyəri 80.000 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/00057-01 saylı kredit müqaviləsi üzrə 08 may 2024-cü il tarixinə olan borcu kreditə görə 6530,84 ABŞ dolları, faiz borcu 694,72 ABŞ dolları, dəbbə 1752,90 ABŞ dolları, cəmi 8978,46 ABŞ dolları olaraq müyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli 9-10010 saylı ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 6.502.56 ABŞ dolları, faiz borcu üzrə 624,25 ABŞ dolları, xx.xx.2025-ci il tarixinə isə əsas borc üzrə 6.502,56 ABŞ dolları, faiz üzrə 1.838,06 ABŞ dolları olaraq borcu müəyyən olunub. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ƏEM-İ 61-25 nömrəli ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, ünvanda yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzilin bazar dəyəri 210,000 manat, likvid dəyəri isə 190,000 manat təşkil etmişdir. - İddiaçı BOKT ASC -nin Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin 04 Mart 2022-ci il tarixli 2022/00057-01 saylı kredit müqaviləsindən irəli gələn 6530,84 ABŞ Dolları məbləğində əsas borc, 694,72 ABŞ Dolları məbləğində faiz borcu, 1752,90 ABŞ Dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 8978,46 ABŞ Dolları məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi tələb olunmuşdur. - Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resteri tərəfindən çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 61.8 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 3027 nömrəli reyestr kitabının 282710 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 04 Mart 2022-ci il tarixli, 2022/00057-01 nömrəli Krеdit Müqaviləsinə əsasən İddiaçı BOKT ASC borcalan Cavabdeh 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 8.300 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi ipoteka qoyan Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00057-01 İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus əmlak ilə təmin edilmişdir. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh tutulmasını, tutmanın cavabdeh ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, borc (kredit) müqaviləsinin bağlanması və İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə, illik 24 faiz olmaqla 8.300 ABŞ dolları məbləğində kredit verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, hesabdan çıxarış, həmçinin maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Belə ki, ekspert rəyini mötəbər sübut kimi götürərək məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 6530,84 ABŞ dolları əsas borcun geri qaytarılmasını tələb etməkdə qismən haqlıdır. Ekspert rəyinə əsaslanaraq əsas borc hissəsində ödənilməli olan məbləğ xx.xx.2024-cü il tarixə hesablanmış 6502,56 ABŞ dolları miqdarında təmin edilməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, iddiaçı tərəfindən tələb edilən 3000,20 ABŞ dolları faiz borcu hissəsində də iddia qismən təmin edilərək, ekspert rəyinə uyğun olaraq xx.xx.2024-cü il tarixə hesablanmış 624,25 ABŞ dolları faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cərimə borcu ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462 və 467-ci maddələrinə uyğun olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb olunan cərimə borcu (1752,90 ABŞ dolları) tənasübsüz surətdə yüksək olduğundan iddiaçının cərimə borcu hissəsində tələbi də qismən təmin edilməli, Cavabdeh 325 ABŞ dolları dəbbə pulu (cərimə) tutulmalıdır. İddianın, Cavabdeh məxsus mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və kreditorun tələbinin satılmış əmlak hesabına ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 Mart 2022-ci il tarixli, 2022/00057-01 nömrəli Krеdit Müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2022/00057-01 İP saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, ünvanda yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzil İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cu maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlardan biri də ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsidir. İş materiallarından göründüyü kimi, borclu müqavilənin şərtlərinə əməl etməyərək öhdəliyin icrasını 90 təqvim günündən artıq müddətə pozmuşdur. Bu səbəbdən ipoteka saxlayanın tələbini ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq əmlakın açıq bazar və ya hərrac vasitəsilə satılması razılaşdırılmışdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ipteka predmetinin ilkin satış qiyməti 80.000 manat göstərilsə də, qanunvericilikdə, mübahisə olduqda ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi imkanının nəzərdə tutulduğunu nəzərə alaraq, həmçinin gələcəkdə əsassız məhkəmə mübahisələrinin qarşısının alınması məqsədilə əmlakın məhkəmə tərəfindən qiymətləndirilməsini zəruri hesab etmişdir. Yuxarıda sadalanan normalara əsasən və "xxxx" MMC tərəfindən ipoteka predmetinin likvid dəyərinin 190.000 manat həcmində qiymətləndirildiyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, ipoteka predmetinin, yəni ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, ünvanda yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzilin ilkin satış qiyməti 190.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6502,56 ABŞ dolları əsas borc, 624,25 ABŞ dolları faiz borcu, 325 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7.451,81 ABŞ dolları məbləğində pul ödəniş günü manatla ekvivalenti və ödənilmiş dövlət rüsumuna görə 147,60 manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, ünvanda yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 190.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait Cavabdeh qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə 6502,56 ABŞ dolları əsas borc, 624,25 ABŞ dolları faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 325 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 7.451,81 ABŞ dolları borc ödəniş günü dolların manata məzənnəsi ilə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,60 manat dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, ünvan 2 ünvanında yerləşən 61,8 kv.metr ümumi sahədən ibarət olan 3 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 190.000 manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlak açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 350 manat Cavabdeh tutulsun, "xxxx" MMC-nə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar