Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4867/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC ilə FERROTEX MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 05/H-21 saylı kredit xətti müqaviləsinə əsasən FERROTEX MMCnin banka o2la6n71 650 USD (iki milyon altı yüz yetmiş bir min altı yüz əlli dollar) əsas, 13 664.79 USD (on üç min altı yüz altmış dörd dollar yetmiş doqquz sent) faiz, 723 570.65 USD (yeddi yüz iyirmi üç min beş yüz yetmiş dollar altmış beş sent) cərimə borcu olmaqla, cəmi borcu 3 408 885.44 USD (üç milyon dörd yüz səkkiz min səkkiz yüz səksən beş dollar qırx dörd sent) məbləğindəcəmi borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 321 AZN (üç yüz iyirmi bir manat) məbləğində rüsumun və ödənilmiş 3 687.55 AZN (üç min altı yüz səksən yeddi manat əlli beş qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (FERROTEX MMC (borcalan), Cavabdeh1 (ipotekaqoyan), Cavabdeh3 (ipotekaqoyan)) tutularaq TuranBank ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı ş. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi 53D ünvanında yerləşən 2.4918 ha torpaq sahəsi və Bakı ş. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi 53 D ünvanında, 2.4918 ha torpaq sahəsində yerləşən, 1218.9 k.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (Əmlak kompleksi kimi müəssisənin tərkibi ilə birlikdə),Cavabdeh1 məxsus Bakı ş. Binəqədi rayonu, Binəqədi şossesi, Baksol ərazisi,1-ci küçə, 1-ci döngə 4 ünvanında istifadədə olan 0.9592 ha torpaq sahəsində yerləşən 9 407.7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (tikililər və qurğularla birlikdə) və Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0.037 ha sahədən ibarət digər təyinatlı torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi; xx.xx.2021-ci il tarixli, 05/H-21 saylı kredit xətti müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (FERROTEX MMC(borcalan), Cavabdeh1 (ipotekaqoyan), Cavabdeh3Mustafa qızı (ipotekaqoyan)) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, mülki iş kommersiya mübahisələrinə aid olduğu üçün işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi icraata qaəbul olunanadək onun geri qaytarılmasına dair ərizə daxil olduğundan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmalıdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz üzrə 3687.55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da onun tərəfindən təqdim edilmiş bank rekvizitləri üzrə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə (qəbz № **********) ödənilmiş 3687.55 (üç min altı yüz səksən yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4867/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4867/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver