Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4899/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 4731 manat əsas borc, 1132,49 manat məbləğində faiz borcu və 425,79 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat, ümumilkdə 6319,28 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kreditor "xxxx" MMC ilə cavabdeh X5 arasında 03.03.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən cavabdeh X3 15 ay müddətinə 36 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmiş və cavabdeh X5 qeyd edilən müqavilə üzrə aldığı pul məbləğinin və ona hesablanmış faiz borcunun ödəniş cədvəlində göstərilən qaydada vaxtında hesablanmış faiz məbləği ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi "xxxx" MMC ilə Cavabdeh1 arasında 03.03.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Kredit müqaviləsində göstərilən öhdəlik üzrə kredit alan X5 "xxxx" MMC qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdələrinə götürmüşlər. Cavabdeh X5 03.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, həmin kredit müqaviləsi üzrə müəyyən məbləğdə ödənişlər etsə də, sonradan heç bir ödəniş etməmiş, onun "xxxx" MMC-yə 4731 manat əsas borcu, 1132,49 manat məbləğində faiz borcu və 425,79 manat məbləğində cərimə borcu qalmışdır. Cavabdehlərə həmin borcun qaytarılması barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, cavabdehlər götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmiş, bu üzdən iddiaçı "xxxx" MMC borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X5 bildirmişdir ki, kredit borcunu pandemiya ilə əlaqədar ödəyə bilməmişdir. Həmçinin işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını, təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; 04.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" MMC 03.03.2020-ci il tarixli kredir müqaviləsi üzrə əsas borcu 4731 manat, faiz borcu 1132,49, cərimə borcu 425,79 manat təşkil edir. 17.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə 10 günü ərzində ödənilməsi tam yerinə yetirilmədiyi halda borcun tam bağlanması məqsədilə məhkəmə instansiyalarına müraciət ediləcəyi bildirilmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəsibov X4 rayonu, Düz-Qışlaq kəndində qeydiyyatdadır. 03.03.2020-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 00385 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 03.03.2020-ci il tarixli, RX/00385 nömrəli kredit müqaviləsində göstərilən öhdəlik üzrə kredit alan X5 "xxxx" MMC qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdələrinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi cavabdehlər tərəfindən müqavilə üzrə öhdəlik tam yerinə yetirilməmişdir. Məhkəmə əsas borc məbləğinə iddianın baxılması hədlərində qiymət verərərək əsas borc 4731 manat və faiz borcu 1132,49 manat məbləğlərin cavabdehlərdən tutulmasını məqbul hesab edir. Ekspert rəyində göstərilən faiz borc məbləği iddiaçının iddia ərizəsində göstərdiyi borc məbləğindən az olduğu üçün ekspertiza rəyi üzrə tələb olunan faiz borcu məbləğinə dair tələb hissəsində iddia əsassızdır. Məhkəmə cərimənin tutulmasına münasibətdə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, cərimə məbləği əsas və faiz borcuna mütənasib olmadığından azaldılmalı və 50 manata endirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə 4731 manat məbləğində əsas kredit borcu, 1132,49 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5913,49 manat məbləğində kredit borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər X6 oğlundan və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4731 manat, faiz borcu üzrə 1132,49, cərimə borcu üzrə 50 manat olmaqla, cəmi 5913,49 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumundan 28,20 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X6 oğlundan və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4731 manat, faiz borcu üzrə 1132,49, cərimə borcu üzrə 50 manat olmaqla, cəmi 5913,49 (beş min doqquz yüz on üç manat 49 qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumundan 28,20 (iyirmi səkkiz manat 20 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-4899/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4899/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver