Məhkəmə qərarları › İş №e-2(005)-491/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-491/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-491/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X15 Kredit Təşkilatı” MMC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X15 Kredit Təşkilatı” MMC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 9 saylı Notariat ofisi tərəfindən 8İ-1734 № ilə qeyd edilib reyestrlə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 9 saylı dövlət notariat ofisinin xüsusi notariusu X6 tərəfindən İddiaçı məxsus olan daşınmaz əmlak barəsində qaydada icra qeydi aparılmışdır: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsinə və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan ünvan 1 ünvanda qeydiyyatda olan X9 (AA2582248, xx.xx.2020-Asan 5) “Kəpəz" BOKT” MMC-dən xx.xx.2021-ci il tarixli 2021/00852 və xx.xx.2021-ci il tarixli 2021/00863 nömrəli kredit müqaviləsi üzrə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə 11.000 manat məbləğində və 5.000 manat məbləğində götürdüyü kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən kredit üzrə ümumi 24.243,19 məbləğində (əsas borc 15.623,51, faiz borcu 4.103,18 və dəbbə pulu 4.516,50) borcun, ipoteka saxlayan AZ1078, Baki şəhəri, ünvan 2 ünvanında yerləşən "xxxx" BOKT MMCnin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı (AZE 0*******, xx.xx.2011, Sabunçu RPİ) məxsus olan ünvan 3 ünvanında yerləşən 92,4 kv.metr ümumi sahəsindən ibarət, giriş -10, 1209 nömrəli mənzilə yönəldilsin, ipoteka predmetinin razılaşdırılmış dəyəri 90.000 manat olmaqla ev hərracda satılsın, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın, həmin icra qeydi üçün ödənilən - 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat məbləğ borcludan tutulsun. Qeyd olunan icra qeydi aparılan zaman iddiaçıya heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Həm onun həm də X16ın adında hal-hazırda istifadə etdiyi mobil nömrələr olmasına baxmayaraq, nə Kəpəz BOKT tərəfindən, nə də notarius tərəfindən ona rəsmi məlumat verilməmişdir. Bu hal və notarius bildirişin ona çatdırılmasından əmin olmadığı təqdirdə qərəzli olaraq icra qeydi aparmışdır. Qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə real mübahisə olmuşdur. Belə ki, Kredit müqaviləsi üzrə faiz və cərimələr düzgün hesablanmamışdır. X16 xx.xx.2021-ci il tarixli 2021/00852 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 11.000 manat, xx.xx.2021-ci il tarixli 2021/00863 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 5.000 manat pul borc götürmüşdür. Amma faktiki olaraq oğluna həmin anda kredit verilməsi qanunvericiliyin tələblərinə əsasən, qeyri-qanuni olmuşdur. Belə ki, oğlunun kredit müqaviləsi bağlanan zaman digər banklarda uzun müddətli gecikməsi olmuşdur ki, Mərkəzi Bankın tələblərinə uyğun olaraq, kredit tarixçəsi mənfi olan həmin kateqoriya müştərilərə kredit verilməsi qanunsuzdur. Real olaraq, həmin kredit məbləğlərinin verilməsi müqabilində oğlundan külli miqdarda rüşvət tələb olunmuşdur, həmçinin, faiz və komissiyalar oğlunun vəziyyətini ağır vəziyyətə salacaq şəkildə yüksək olmuşdur. Həmin rüşvət tələbi və digər qanuna zidd əməlləri təsdiq edən səs yazıları və digər sübutlar Azərbaycan Respublikası Prokurorluğuna təqdim olunmuşdur və iş hal-hazırda Yasamal rayon Prokurorluğunda araşdırılmadadır. Bundan başqa icra qeydində məbləğə açıq aşkar uyğun olmayan faiz və dəbbə pulu hesablanmışdır. Həmin faiz və dəbbə pulunun müqavilə şərtlərinə uyğun hesablanmasına əmin olmaq notariusun səlahiyyətində deyil və notarius heç vaxt əmin ola bilməz ki, faiz və cərimənin hesablanması hissəsində mübahisəli hal yoxdur. Həmin hissədə məbləğin düzgün hesablanması yalnız mühasibatlıq sahəsində ekspertiza və ya mütəxəssis rəyi əsasında dəqiq məlum ola bilərdi. Kredit müqaviləsinin ilkin 9 ayında oğlu tərəfindən aylıq ödəniş cədvəlinə uyğun olaraq, 700 manat toplam 6.300 manata yaxın pul vəsaiti ödənilmişdir ki, icra qeydi verilən zaman da notarius bu hissəni araşdırmaq səlahiyyətində olmamışdır. Bundan başqa tərəflər ipoteka predmeti olan mənzilin dəyəri də heç bir qiymətləndirilmə rəyi olmadan vizual olaraq 90.000 manata qiymətləndirilmişdir. Qeyd edir ki, 2022-ci il tarixində icra qeydi verilən zaman əmlakın real bazar qiyməti yerləşdiyi zona üzrə 140-150 min manat, hazırkı dövrdə isə 175-200 min manat dəyərində qiymətləndirilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, icra qeydi ilə bağlı iddiaçıya ümumiyyətlə məlumat verilməmişdir. İpoteka predmeti kifayət qədər aşağı qiyməti qiymətləndirilmişdir. 20 mindən çox kredit borcu üzrə dəyəri hazırda 185.000 manat olan mənzil satılmışdır. 2022-2023-cü illər üzrə isə mənzilin dəyəri 124.000 manat təşkil etmişdir. Mənzil qat-qat aşağı qiymətə satılmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə sual-cavab zamanı isə bildirmişdir ki, mənzil satıldıqdan sonra qalan məbləğin iddiaçı tərəfindən qəbul edilib-edilməməsi barədə məlumatı yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X10 bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, X9, yəni borcalan tərəfindən bu tələb əvvəllər müxtəlif məhkəmə instansiyalarında qaldırılmış, lakin hər dəfə məhkəmələr tərəfindən rədd edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia ilkin olaraq təmin edilsə də, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə bu qətnamə ləğv edilmiş və iddia rədd olunmuşdur. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyasının qətnaməsi qüvvədə saxlanılmışdır. Həmçinin Yasamal Rayon Məhkəməsinin 28 avqust 2024 və Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərarlarında da eyni hüquqi məsələ üzrə iddiaçının tələbləri təmin olunmamışdır. Bütün bu məhkəmə aktları qüvvəyə minmiş və hüquqi nəticələr doğurmuş sənədlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində nə mübahisələndirilə, nə də yenidən sübut edilə bilər. Belə olan halda, iddiaçının eyni tələb üzrə yenidən iddia qaldırması prosessual hüquq normalarına tam ziddir və hüquqi nəticə doğurmamalıdır. Bundan əlavə, mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, 8İ-1734 reyestr nömrəli icra qeydi, Bakı şəhəri 9 saylı Notariat Ofisinin notariusu tərəfindən Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 41 və 76-cı maddələrinə və qüvvədə olan ipoteka müqavilələrinə əsasən aparılmışdır. Həmin ipoteka müqavilələri — xx.xx.2021-ci il tarixli, 3M/516 reyestr nömrəli əsas ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M/607 reyestr nömrəli sonrakı ipoteka müqaviləsi – tərəflər arasında qarşılıqlı razılıq əsasında notarial qaydada təsdiq olunmuş, hüquqi cəhətdən etibarlı sənədlərdir. Bu sənədlərə əsasən əmlak üzərində ipoteka hüququ rəsmiləşdirilmiş və borcun icra olunmaması halında notarius tərəfindən ipoteka predmetinə yönəldilən icra qeydi qanuni şəkildə aparılmışdır. İddiaçı tərəfindən iddianı əsaslandırmaq üçün təqdim olunmuş "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2025- ci il tarixli, AS 06-325/25 saylı qiymətləndirmə rəyinə isə ciddi etirazları var. Həmin qiymətləndirmə rəyində əmlaka yerində baxış keçirilməmiş, qiymətləndirmə yalnız iddiaçının təqdim etdiyi sənədlər və fotoşəkillər əsasında həyata keçirilmişdir. Bu, X1 (İVS 102 – İnvestigations and Compliance) pozulması deməkdir. Standartlara əsasən, qiymətləndirici obyektə mütləq şəkildə yerində baxış keçirməli, əmlakın texniki vəziyyəti, yerləşməsi və real bazar şəraiti ilə bağlı araşdırma aparmalıdır. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən isə qiymətləndirmə müstəqil, obyektiv və əsaslandırılmış olmalıdır. Fiziki baxış olmadan, yalnız birtərəfli məlumatlar əsasında aparılmış qiymətləndirmə subyektiv və qeyri-obyektivdir. Bundan başqa, qiymətləndirmə rəyində əmlakın sahibi kimi İddiaçı adı göstərilmişdir. Halbuki, hüquqi sənədlərlə sübut olunduğu kimi, həmin daşınmaz əmlak hazırda "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Bu isə qiymətləndirici tərəfindən faktların təhrif edildiyini, qiymətləndirmənin birtərəfli və iddiaçının sifarişi əsasında həyata keçirildiyini göstərir. Belə bir rəyin hüquqi və sübut dəyəri yoxdur və məhkəməyə obyektiv qiymətləndirmə aparmaqda yardımçı ola bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarının nəzərə alınması xahiş olunur. Həmin qərara əsasən, notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı, qanunvericilikdə müddət göstərilmədiyi hallarda isə bu işlərə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. İddiaçı tərəfindən bu müddət də pozulmuşdur. Odur ki, təqdim edilən iddia prosessual baxımdan da qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, hazırda mübahisə predmeti olan əmlak "xxxx" BOKT MMC-nin balansındadır və bu, müvafiq hüquqi və maliyyə sənədləri ilə sübuta yetirilmişdir. İddiaçının bu əmlak üzərində hüquq iddia etməsi hüquqi əsasdan məhrum olmaqla yanaşı, əvvəlki məhkəmə qərarları ilə də tam təkzib olunmuşdur. İddiaçının bu mərhələdə təkrar olaraq yeni sübut kimi birtərəfli və etibarsız qiymətləndirmə rəyi təqdim etməsi və yenidən “icra qeydinin ləğv edilməsi”ni tələb etməsi, işin süni şəkildə uzadılmasına və məhkəmə prosesinin əsas məğzindən yayındırılmasına xidmət edir. Bu isə hüquqi sabitlik, qətnamələrin qəti olması və məhkəmələrin iş yükünün səmərəli təşkili prinsiplərinə ziddir. Yuxarıda qeyd olunan hüquqi əsaslara, qüvvədə olan məhkəmə qərarlarına və təqdim olunmuş sübutların təhlilinə əsaslanaraq bildirir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb hüquqi və sübut baxımından əsassızdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - Borcverən “X15 Kredit Təşkilatı” MMC ilə borcalan X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00852 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcverən 36 ay müddətinə illik 32 faiz hesablanmaqla 11.000 manat məbləğində kredit pul vəsaitini borcalana vermişdir. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 27 aprel 2021-ci il tarixli 2021/00852-İP nömrəli ipoteka müqaviləsinə əsasən X9 bü müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq ünvan 4 ünvanında yerləşən 1209 nömrəli mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlakın real bazar dəyəri xx.xx.2021-ci il tarixə 90.000 manat məbləğində qiymətləndirilmişdir. - Borcverən “X15 Kredit Təşkilatı” MMC ilə borcalan X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00863 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcverən 36 ay müddətinə illik 32 faiz hesablanmaqla 5.000 manat məbləğində kredit pul vəsaitini borcalana vermişdir. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 27 aprel 2021-ci il tarixli 2021/00863-İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən X9 bü müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq ünvan 4 ünvanında yerləşən 1209 nömrəli mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlakın real bazar dəyəri xx.xx.2021-ci il tarixə 90.000 manat məbləğində qiymətləndirilmişdir. - Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin surətindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsinə və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan ünvan 1 ünvanda qeydiyyatda olan X9 (AA2582248, xx.xx.2020-Asan 5) "xxxx" BOKT” MMC-dən xx.xx.2021-ci il tarixli 2021/00852 və xx.xx.2021-ci il tarixli 2021/00863 nömrəli kredit müqaviləsi üzrə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə 11.000 manat məbləğində və 5.000 manat məbləğində götürdüyü kredit və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən kredit üzrə ümumi 24.243,19 məbləğində (əsas borc 15.623,51, faiz borcu 4.103,18 və dəbbə pulu 4.516,50) borc, ipoteka saxlayan AZ1078, Baki şəhəri, ünvan 2 ünvanında yerləşən "xxxx" BOKT MMCnin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı (AZE 0*******, xx.xx.2011, Sabunçu RPİ) məxsus olan ünvan 3 ünvanında yerləşən 92,4 kv.metr ümumi sahəsindən ibarət, giriş 10, 1209 nömrəli mənzilə yönəldilmiş, ipoteka predmetinin razılaşdırılmış dəyəri 90.000 manat olmaqla ev hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən - 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat məbləğin borcludan tutulması müəyyən edilmişdir. - "xxxx" MMC-nin qiymətləndirmə barədə AS 06-325/25 nömrəli xx.xx.2025-ci il tarixli hesabatının surətindən görünür ki, ünvan 3, giriş 10 yeni qaydalarla: AZ 1070, ünvan 6 ünvanında yerləşən m7 saylı, 3 otaqlı mənzilin 2022-ci il tarixinə qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış ədalətli bazar dəyəri 124.300 manat təşkil edir. - "xxxx" MMC-nin qiymətləndirmə barədə 01/BD nömrəli xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş hesabatından görünür ki, ünvan 6 ünvanında yerləşən m7 saylı, 92,40 kv.metr ümumi sahəsi olan, 3 otaqlı mənzilin 2022-ci il üzrə bazar dəyəri 90.000-98.000 manat, 2025-ci il üzrə bazar dəyəri 180.000-185.000 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4024/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)- 314/2023 nömrəli qətnaməsindən üçüncü şəxs üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)- 314/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, X7 Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamənin 23-34-cü bəndlərindən həmçinin görünür ki, 23. İddiaçı iddia ərizəsi icra qeydinin qanunsuz aparıldığını bildirmiş, ləğv edilməsini xahiş edərək, tələbini icra qeydlərini qanunda və müqavilədə nəzərdə tutulmuş şərtlərin tələblərinə zidd olması ilə əsaslandırmış, göstərmişdir ki, müqavilənin əsas şərtlərindən biri borcun qaytarılmadığı halda borc verən tərəfindən məhkəmədə iddia qaldırılması olmuşdur. 24. İddiaçı “İcra haqqında” Qanunun 8.3-cü maddəsi və “İpoteka haqqında” Qanunun 36, 37 və 39-cu maddələrinin şərtlərinin pozulduğunu göstərmişdir. 25. İşin halları baxımında araşdırılma aparılarkən müəyyən olunur ki, "xxxx" BOKT MMC tərəfindən icra qeydinin verilməsi barədə prosedurlara əməl edilmişdir, icra qeydinin ləğv olunması üçün əsaslar müəyyən olunmur. 26. İddiaçı müqaviləyə əsasən borc qaytarılmadığı halda məhkəməyə müraciət edilməli olmasını qeyd etsə də, müqavilələrin 2.3.5-ci bəndindən görünür ki, borc alanın öhdəliklərini pozması borc verənin borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa mürəciət etmək imkanını təsbit etmişdir. 27. İddiaçının “İcra haqqında” Qanunun 8.3-cü maddəsinin tələblərinin pozulmasına istinad etməsi də əsassızdır. Çünki, hazırkı mübahisənin predmeti icra qeydinin düzgün aparılmamasıdır və icra mərhələsi sonrakı mərhələ olmaqla, icra prosedurunda hər hansı pozuntu olması, icra sənədi sayılan icra qeydinin ləğvi üçün əsas deyildir. 28. İddiaçının tələbkar tərəfindən icra qeydinin aparılması barədə bildirişin ona çatdırılmaması barədə mövqeyi və birinci instansiya məhkəməsinin bu hala istinad etməklə iddianı təmin etməsi də əsaslı olmamışdır. 29. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Göründüyü kimi, icra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırılması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir və hazırkı halda da tələbkar bu tələbə əməl etməklə bildirişi borclunun ünvanına göndərmiş və həmin ünvanda da bildiriş qəbul olunmuşdur. 30. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslandığı hallardan biri ondan ibarət olmuşdur ki, “... cavabdeh "xxxx" BOKT ASC bildirişlərin borc alanın əmisi tərəfindən təhvil alınması ilə kifayətlənmiş, iddiaçının icra qeydi barədə məlumatsız olmasını, bildirişin formal olaraq çatdırılmasını nəzərə almamışdır. Halbuki, iddiaçının əmisi ilə münasibətlərinin gərgin olması, əminin ümumiyyətlə ailə üzvü hesab edilməməsi halına, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, sifarişli poçt göndərişlərinin ünvançıya, ünvançı olmadığı halda isə yetkinlik yaşına çatmış ailə üzvünə təhvil verilməsi ilə bağlı imperativ normaya əhəmiyyət verməmişdir.”

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunduğu kimi, qanunvericilikdə icra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir. Digər tərəfdən bildiriş borclunun yaxın eyni soyaddan olan yaxın qohumuna təqdim olunmuş, yəni, çatdırılmışdır. Qətnamədə qeyd olunduğu kimi, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı İddiaçı ilə münasibətlərinin gərgin olması, aralarında münasibətlərin olmamaması çatdırılma ilə bağlı pozuntu kimi qiymətləndirilə bilməz. Çünki, nə "xxxx" BOKT MMC, nə də notarius bu haldan məlumatsız olmuşlar və qanunvericilik bu barədə məlumatlı olmaları ilə bağlı onların üzərinə imperativ olaraq bir öhdəlik qoymur. 32. Bundan başqa, icra qeydi 21 fevral 2023-cü il tarixdə aparılsa da, qətnamədə istinad olunan Sabunçu rayon Polis idarəsinin Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı İddiaçı barəsində şikayəti ilə bağlı araşdırma aparılması barədə məktub 11 yanvar 2023-cü il tarixdə göndərilmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı İddiaçı barəsində olan şikayətinin bildirişin çatdırılmaması faktının təsdiq edilməsi məqsədini daşıması istisna olunmur. 33. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinə əsas kimi göstərilmiş digər hal ondan ibarət olmuşdur ki, “... bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq göstərilməli olduğu halda, hazırkı bildirişdə belə bir hal əks edilməmişdir.” Məhkəmənin bununla bağlı gəldiyi qənaət də əsassızdır. Çünki, iş materiallarının 108-ci vərəqəsində olan bildirişin giriş hissəsində “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında yönləndirilməsinə dair” olduğu göstərilmiş, sonuncu – 7-ci abzasında qeyd olunmuşdur ki, “... kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda bu bildiriş Sizə göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacaqdır.” 34. Birinci instansiya məhkəməsinin icra qeydinin borclunun olduğu yer üzrə aparılmalı olduğu halda göstərişə də əhəmiyyət verilmədiyi, borclunun olduğu yer Sabunçu rayonu, Maştağa qəsəbəsi olduğu halda, icra qeydinin 9 saylı notariat ofisi tərəfindən aparılması ilə bağlı gəldiyi qənaət də əsassızdır. Belə ki, borclunun yaşayış yeri Bakı şəhəri olduğundan notarial hərəkət onun yaşayış yeri üzrə Bakı şəhərində yerləşən notariat ofisi tərəfindən aparılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4024/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/392 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 2021/00852 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X7 iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə olan əsas və faiz borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; xx.xx.2022-ci il (maliyyə arayışı verilən tarixə): əsas borc üzrə - 10.623,52 manat faiz borcu üzrə - 1.990,56 manat xx.xx.2022-ci il (icra qeydinin tələb olunduğutarixə): əsas borc üzrə - 10.623,52 manat faiz borcu üzrə - 1.1707,75 manat xx.xx.2025-ci il (ekspert rəyinin verildiyi tarixə): əsas borc üzrə - 0,00 manat faiz borcu üzrə - 5.411,98 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 2021/00863 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X7 iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə olan əsas və faiz borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; xx.xx.2022-ci il (maliyyə arayışı verilən tarixə): əsas borc üzrə - 5.000 manat faiz borcu üzrə - 968,89 manat xx.xx.2022-ci il (icra qeydinin tələb olunduğutarixə): əsas borc üzrə - 5.000 manat faiz borcu üzrə - 1.071,11 manat İş materiallarından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, “X15 Kredit Təşkilatı” MMC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00863 saylı kredit müqaviləsinə borclu tərəfindən xx.xx.2022-ci il tarixində 7.786,34 manat ödəniş etməsi müəyyən edilir. Tərtib edilmiş cədvəl məlumatından göründüyü kimi, borclu tərəfindən ödənilmiş 7.786,34 manat məbləğində əsas və faiz borclarını şıxdıqdan sonra 646,34 manat məbləğində “X15 Kredit Təşkilatı” MMC-nə artıq ödəniş olması müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı oğlu X9 27 aprel 2021-ci il tarixli, 2021/00852 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMCdən 11000 manat, 21 may 2021-ci il tarixli 2021/00863 nömrəli kredit müqaviləsinə əsasən isə 5000 manat məbləğdə kredit götürmüşdür. İddiaçı həmin müqavilələr üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 1209 nömrəli mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" BOKT MMC tərəfindən ipoteka predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, 21 fevral 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi ilə 27 aprel 2021-ci il tarixli 3M/516 reyestr nömrəli ipoteka müqaviləsi və 21 may 2021-ci il tarixli 3M/607 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən X7 "xxxx" BOKT MMC-yə olan borcunun ona məxsus olan ünvan 4 ünvanında yerləşən 1209 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat pulun X3 tutulması qərara alınmışdır. Hazırda iddiaçı Əliabbas Cavadov iddiasını üç halla əsaslandırır: birincisi ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin ona çatdırılmaması, ikincisi ipoteka predmetinin düzgün qiymətləndirilməməsi, üçüncüsü isə oğlunun ümumiyyətlə kredit götürmək iqtidarında olmamasının MMC tərəfindən nəzərə alınmaması. Məhkəmə iddiaçının iddiasının əsasının birinci halı ilə bağlı qeyd edir ki, həmin halla bağlı iddiaçının oğlu Qasım Cavadovun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində baxılmış iş üzrə 2(103)-4024/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qiymət verilmiş və müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC tərəfindən icra qeydinin verilməsi barədə prosedurlara əməl edilmişdir. Məhkəmə hesab edir ki, digər mülki məhkəmə prosesi çərçivəsində artıq qanuni qüvvəsini almış məhkəmə qərararı ilə müəyyən edilmiş faktlara yenidən hazırkı məhkəmə prosesi çərçivəsində qiymət verilməsinə lüzum yoxdur. Belə ki, icra qeydinin verilməsi proseduru artıq yoxlanılıb, məhkəmə bununla bağlı mövqeyini bildirib və icra qeydinin verilməsi zamanı pozuntuya yol verilməsi müəyyən edilməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaçının iddiasının ikinci dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı bildirir ki, ipoteka predmeti olan mənzil dəyərindən qat-qat aşağı, 90.000 manat məbləğində qiymətləndirilmişdir. Halbuki, tərəflər arasında bağlanmış hər iki kredit müqaviləsində əmlakın dəyəri müqavilə bağlanan tarixə 90.000 manat məbləğində müəyyən edilmiş və razılaşdırılmışdır. İcra qeydi verilən zaman isə ipoteka predmetinin ilkin satış qiymətinə dair hər hansı qeyd aparılmamışdır. Bununla bağlı iş materiallarına əlavə edilməmiş və MMC-nin etiraz ərizəsində qeyd etdiyi kimi iddiaçı ilə MMC arasında sonrakı ipoteka müqavilələri bağlanmışdır ki, bu da bir daha deməyə əsas verir ki, iddiaçı qiymətləndirmənin dəyəri ilə bağlı məlumatlı olmuş və buna dair müqaviləni öz iradə ifadəsinə uyğun olaraq bağlamışdır. Digər tərəfdən, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirici "xxxx" MMC-nin verdiyi qiymətləndirmə hesabatı ilə də ipoteka predmetinin ica qeydi verilən vaxta qiyməti 90.000-98.000 manat aralığında qiymətləndirilmişdir. Bundan başqa, iddiaçının qeyd edilən halları icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İddiaçının iddiasının üçüncü halı ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının kredit əldə etmək iqtidarında olmaması hazırda araşdırılan işin halları ilə bağlı olmamaqla, icra qeydinin ləğvi üçün əsas sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış aparılmış mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizasının hesabına keçirilməlilidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X15 Kredit Təşkilatı” MMC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar