Məhkəmə qərarları › İş №e-2(005)-4929/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4929/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4929/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh və X1 qarşı “kredit tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 27.07.2020-ci il tarixli, 105256 saylı kredit kartı müqaviləsi üzrə 06.09.2021-ci il tarixə əsas kredit kart borcu üzrə 334,21 manat, faiz borcu 22,18 manat, cərimə borcu 30,22 manat olmaqla, ümumilkdə 386,61 manat borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 27.07.2020-ci il tarixli, 105256 saylı kredit kart müqaviləsinə əsasən borcluya 24% hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. 27.07.2020-ci il tarixli, 105256 saylı kredit kartı müqaviləsinin 7.3-cü bəndinə görə, toplam ödənilən məbləğ minimum ödənilməli olan məbləğdən çox olarsa, lakin borc tam ödənilmədiyi halda əsas borcun ödənilməyən hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin tam ödənildiyi, lakin əsas borcun qalan hissəsi ödənilmədiyi halda ödənilməyən əsas borc məbləğinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin əskik ödənildiyi və ya ödənilmədiyi halda əsas borcun minimum ödəniş məbləğindən artıq olan hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin ödənilməyən hissəsinə isə bu müqavilənin 7.10-cu maddəsində qeyd edilən aylıq cərimə faizi hesablanacaqdır. Cari kredit üzrə aylıq nominal faiz dərəcəsi 2 %, illik nominal faiz dərəcəsi 24 % və kreditin rəsmiləşdirilməsi, illik xidmət haqqları, sığorta, qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi illik 24 %, aylıq cərimə faiz dərəcəsi 3 % təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdeh 06.09.2021-ci il tarixinə əsas borcu 334,21 manat, faiz borcu 22,18 manat, cərimə borcu 30,22 manat təşkil edir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh 06.09.2021-ci il tarixə 27.07.2020-ci il tarixli, 105256 saylı kredit kartı müqaviləsi üzrə "xxxx" ASC olan borcunun məbləği əsas kredit borcu üzrə 334,21 manat, faiz borcu 22,18 manat, cərimə borcu 30,22 manat olmaqla, borcun cəmi məbləği 386,61 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh əsas borc üzrə 334,21 manat, faiz borcuna görə 22,18 manat, cərimə borcuna görə 30,22 manat, cəmi 386,61 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər iddia tələbinə münasibət bildirməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında 27.07.2020-ci il tarixli kredit kartı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcluya 24% hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. 27.07.2020-ci il tarixli, 105256 saylı kredit kartı müqaviləsinin 7.3-cü bəndinə görə, toplam ödənilən məbləğ minimum ödənilməli olan məbləğdən çox olarsa, lakin borc tam ödənilmədiyi halda əsas borcun ödənilməyən hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin tam ödənildiyi, lakin əsas borcun qalan hissəsi ödənilmədiyi halda ödənilməyən əsas borc məbləğinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin əskik ödənildiyi və ya ödənilmədiyi halda əsas borcun minimum ödəniş məbləğindən artıq olan hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin ödənilməyən hissəsinə isə bu müqavilənin 7.10-cu maddəsində qeyd edilən aylıq cərimə faizi hesablanacaqdır. Cari kredit üzrə aylıq nominal faiz dərəcəsi 2 %, illik nominal faiz dərəcəsi 24 % və kreditin rəsmiləşdirilməsi, illik xidmət haqqları, sığorta, qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi illik 24 %, aylıq cərimə faiz dərəcəsi 3 % təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdeh 06.09.2021-ci il tarixinə əsas borcu 334,21 manat, faiz borcu 22,18 manat, cərimə borcu 30,22 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb,o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 334,21 manat, faiz borcuna görə 22,18 manat, cərimə borcuna görə 30,22 manat, cəmi 386,61 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 334,21 manat əsas, 22,18 manat faiz, 30,22 manat cərimə borcu olmaqla, cəmi 386,61 (üç yüz səksən altı manat 61 qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar