Məhkəmə qərarları › İş №e-2(005)-4929/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4929/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4929/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232 №-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 400,00 (dörd yüz manat, sıfır qəpik) manat, faiz borcu üzrə 100,00 (bir yüz manat, sıfır qəpik) manat olmaqla, ümumilikdə 500,00 (beş yüz manat, sıfır qəpik) manat tamkredit borcu və ödənilmiş 30.00 (otuz manat, sıfır qəpik) manat dövlət rüsumu tutularaq BankOlmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2012-ci il tarixli, 25-12/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 24 (iyirmi dörd) faizlə ilk 6 (altı) ayı yalnız faiz ödəmək şərti ilə 5000 (beş min manat, sıfır qəpik) manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 noyabr 2019-cu il tarixli, 232 №li Restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 14 noyabr 2019-cu il tarixinə olan 3526,84 (üç min beş yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeharasında bağlanılmılş 14 noyabr 2019-cu il tarixli, 232 №-li restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixində 3126,84 (üç min bir yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232№-li restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeharasında bağlanılmılş 14 noyabr 2019-cu il tarixli, 232№-li kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, Restrukturizasiya muqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Hal hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232№-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 400,00 (dörd yüz manat, sıfır qəpik) manat, faiz borcu üzrə 100,00 (bir yüz manat, sıfır qəpik) manat olmaqla, ümumilikdə 500,00 (beş yüz manat, sıfır qəpik) manat məbləğində kredit borcu mövcuddur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, pulu özü üçün götürməmişdir. Pulu başqası götürüb xərcləmişdir. Həmin şəxslər isə həmin borcu ödəmir. Bu səbəbdən borc öz üzərinə qalır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: -Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, 232 №-li Restrukturizasiya kredit müqaviləsinə əsasən, 14 noyabr 2019-cu il tarixinə olan 3526,84 (üç min beş yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. - Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli Fİ/A/25/029 saylı maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ünvan 1 ünvanında daimi qeydiyyatda olan Cavabdeh arasında 14 noyabr 2019-cu İl tarixli, 232Ns-ll kredit (Restrukturizasiya) müqaviləsi bağlanılmışdır. Bank Olmayan Kredit Təşkilatı "Finans İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanılmış 14 noyəbr 2019-cu il tarixli, 232 №-li kredit (Restrukturizasiyə) müqaviləsi üzrə 27 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 400,00 (dörd yüz manat, sıfır qəpik) manat, faiz borcu üzrə 100,00 (bir yüz manat sıfır qəpik) manat olmaqla, ümumilikdə 500,00 (beş yüz manat, sıfır qəpik) manat məbləğində kredit borcu mövcuddur, axırıncı ödəniş xx.xx.2023-cü il tarixində 3126,84 (üç min bir yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində olub, bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232 №-li kredit müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və bütün ödənişlər Kreditora tam olaraq ödənilənədək qüvvədə qalır, Hal-hazırda Cavabdeh arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232 №-li Restrukturizäsiya kredit müqaviləsi üzrə 27 oktyabr iİ tarixinə günün əvvəlinə əsas borc üzrə 400,00 (dörd yüz manat sıfır qəpik) manat, faiz borcu üzrə 100,00 (bir yüz manat sıfır qəpik) manat olmaqla, ümumilikdə 500,00 (beş yüz manat, sıfır qəpik) manat məbləğində kredit borcu mövcuddur, axırıncı ödəniş xx.xx.2023-cü il tarixində 3126,84 (üç min bir yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində olub. -xx.xx.2025-ci il tarixli ödənişlər üzrə çıxarışdan göünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan borc 500 manatdır. - Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 11 iyun 2025-ci il tarixli məktubdan görünür ki, 14 noyabr 2019-cu il tarixli, 232 №-li müqavilə üzrə borcun 5 iş günü müddətində bağlanması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehin 14 noyabr 2019-cu il tarixinə olan 3526,84 manat məbləğində mövcud kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilməsinə dair müqavilə imzalanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdeh onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq 400 AZN əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş illik 1 % faiz dərəcəsinə görə hesablanan 100 AZN faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditin illik faiz dərəcəsi 1 % müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, aylıq ödənişləri etməmişdir. Belə olan halda Cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 100 manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232 №-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 oktyabr 2025-ci il tarixinə 400 (dörd yüz) manat əsas borc, 100 (yüz) manat faiz borcu olmaqla, cəmi 500 (beş yüz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 14 noyabr 2019-cu il tarixli, 232 №-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 oktyabr 2025-ci il tarixinə 400 (dörd yüz) manat əsas borc, 100 (yüz) manat faiz borcu olmaqla, cəmi 500 (beş yüz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar