Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-501/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi; vəkil xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.850 (doqquz min səkkiz yüz əlli) manat əsas borc, 500 (beş yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərc, cəmi 10.367,25 (on min üç yüz altmış yeddi manat iyirmi beş qəpik) manat, ödənilmiş 121,1 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2021-ci ilin yaz ayları vaxtı sosial şəbəkədə tanış olmuşlar. Bir müddət keçdikdən sonra aralarında olan münasibətlər daha da artmış, təxmini 2021-ci ilin sentyabr ayından sonra və qış aylarında artıq sevgili olmuşlar. Cavabdeh nümayəndəsi olduğu İddiaçı 2021-ci ilin payız aylarından 2023-cü ilin yay aylarına kimi ümumilikdə 9850 manat pul almışdır. Həmin pulun 1850 manatını əlbəəl hissə-hissə almış, qalanını isə İddiaçı məxsus “ABB”yə aid “Tamkart” hesabından çıxarış etməklə əldə etmişdir. Cavabdeh qısa müddətdə aldığı pulun və ABB”yə aid kart hesabından pulun çıxarılmasına görə əlavə olunan faizlərin də ödənilməsinə söz versə də, lakin ödəməmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə Cavabdeh əməlləri barədə şikayət ərizəsi yazılmışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən ərizədə göstərilən xüsusatlar üzrə araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Cavabdeh Polis bölməsində izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşadığını, 2021-ci ilin may ayından sosial şəbəkə üzərindən İddiaçı ilə tanış olduğunu, 2 ay müddətində Nərmin adlı şəxslə telefon vasitəsi ilə danışdığını, daha sonra sonuncu ilə görüşdüyünü, beləliklə münasibətlərinin yarandığını və sevgili olduqlarını, sevgili olduqdan sonra ona pul lazım olduğu üçün Nərmindən borca pul istədiyini, Nərminin pulu ona verdiyini və sonradan aldığı borcları geri qaytardığını, son vaxtlar maddi vəziyyətinin pisləşməsi səbəbindən Nərmindən aldığı pulları geri qaytara bilmədiyini, İddiaçı “Tamkart”ından ona 8 000 (səkkiz) min manat, ayrı-ayrı vaxtlarda əlbəəl 1 800 (min səkkiz yüz) manat pul verdiyini, lakin sonradan həmin borcu qaytara bilmədiyini və Nərminlə münasibətlərinin pozulduğunu, sonradan əlaqələrinin tamamilə kəsildiyini və İddiaçı ümumilikdə 9 800 (doqquz min səkkiz yüz) manat borcunu geri qaytaracağını göstərmişdir. Lakin hal-hazıradək Cavabdeh nə borcunu qaytarmış, nə də “ABB”-yə məxsus “Tamkartın” üzərinə yığılmış faizləri. İddiaçı məcbur olaraq hər ay əsas pulun üzərinə əlavə olunmuş faiz borcları da ödəmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçının tələbi haqlıdır və əsaslıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vəkil xərcinin ödənilməsinə dair qəbzdə adı keçən X1 iddiaçının anasıdır. İddiaçı bu zaman ölkə xaricində olduğu üçün, müqavilə anası ilə bağlanmışdır. Buna dair sənədlər iş materiallarına əlavə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, polis idarəsində yazdığı izahatında da qeyd etmişdir ki, bütün ödənişləri etməyə hazırdır. 2 ay ərzində iddiaçı ilə ona görə əlaqə saxlamamışdır ki, polis idarəsində iddiaçını narahat etdiyini bildirmişlər. İzahatında isə bildirmişdir ki, bundan sonra kimisə narahat etməyəcəkdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Cəmil adlı şəxs tərəfindən aldadılması nəticəsində ona 9850 manat maddi ziyan vurdğunu bildirərək Yasamal RPİ-yə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh Polis bölməsində izahat verərək, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşadığını, 2021-ci ilin may ayından sosial şəbəkə üzərindən İddiaçı ilə tanış olduğunu, 2 ay müddətində Nərmin adlı şəxslə telefon vasitəsi ilə danışdığını, daha sonra sonuncu ilə görüşdüyünü, beləliklə münasibətlərinin yarandığını və sevgili olduqlarını, sevgili olduqdan sonra ona pul lazım olduğu üçün Nərmindən borca pul istədiyini, Nərminin pulu ona verdiyini və sonradan aldığı borcları geri qaytardığını, son vaxtlar maddi vəziyyətinin pisləşməsi səbəbindən Nərmindən aldığı pulları geri qaytara bilmədiyini, İddiaçı “Tamkart”ından ona 8 000 (səkkiz) min manat, ayrı-ayrı vaxtlarda əlbəəl 1 800 (min səkkiz yüz) manat pul verdiyini, lakin sonradan həmin borcu qaytara bilmədiyini və Nərminlə münasibətlərinin pozulduğunu, sonradan əlaqələrinin tamamilə kəsildiyini və İddiaçı ümumilikdə 9 800 (doqquz min səkkiz yüz) manat borcunu geri qaytaracağını göstərmişdir. - Həmin Qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin payız aylarından 2023-cü ilin yay aylarına kimi öz şəxsi məqsədləri üçün İddiaçı bir neçə dəfəyə olmaqla ayrı-ayrı vaxtlarda ümumilikdə 9850 manat borc pul almış, lakin aldığı pulları geri qaytarmamışdır. - 28 avqust 2023-cü il tarixli 111 №-li qəbzdən görünür ki, 4971 saylı müqaviləyə əsasən vəkil xidmət haqqı kimi “Femida” vəkil bürosuna 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -AR-İİİ 136483 №-li İddiaçı tərəfindən Vəkil verilmiş etibarnamədən görünür ki, etibarnamə reyestrdə 7E-3607 nömrə ilə qeyd edilmiş, 17.25 manat haqq tutulmuşdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşma əsasında İddiaçı tərəfindən Cavabdeh şəxsi məqsədləri üçün ümumilikdə 9850 (doqquz min səkkiz yüz əlli) manat borc verilmişdir. İddiaçı pulun qaytarılması məqsədilə əvvəlcə Cavabdeh, bundan sonra Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət etmişdir. Polis bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin payız aylarından 2023-cü ilin yay aylarına kimi öz şəxsi məqsədləri üçün İddiaçı bir neçə dəfəyə olmaqla ayrı-ayrı vaxtlarda ümumilikdə 9850 manat borc pul almış, lakin aldığı pulları geri qaytarmamışdır. Bununla belə, qeyd edilən hallar mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ödədiyi 9850 manat məbləğində pulun Cavabdeh öz xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehdən 9850 manat pul məbləğinin alınması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh İddiaçı ümumilikdə 9850 (doqquz min səkkiz yüz əlli) manat borc alması, həmin məbləği borcverənə qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya 9850 (doqquz min səkkiz yüz əlli) manat məbləğində borcunun qalması cavabdehin məhkəmə iclasında olan izahatı, habelə iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərarı ilə sübut olunur. Qeyd edilənlər İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və buna görə də təmin edilməli, Cavabdeh 9850 (doqquz min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin İddiaçı vəkilin göstərdiyi hüquqi yardıma görə 500 (beş yüz) manat və etibarnamə alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat qaydasında çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İddiaçı məhkəmədə “Femida” vəkil bürosunun vəkili tərəfindən təmsil olunmuşdur. İddiaçı tərəfindən cəkil xidmətlərinin dəyəri ilə bağlı mədaxil qəbzi təqdim edilmişdir. Qəbzdən görünür ki, 4917 saylı müqavilə üzrə hüquqi yardımın göstərilməsi üçün “Femida” vəkil bürosuna 500 (beş yüz) manat məbləğdə ödəniş edilmişdir. Bununla yanaşı İddiaçı tərəfindən məhkəmə prosesləri zamanı nümayəndə səlahiyyətlərinin yerinə yetirilməsi məqsədilə Vəkil etibarnamə verilmiş, həmin etibarnamə üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat haqq tutulmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 500 (beş yüz) manat pul məbləğini, 9.850 (doqquz min səkkiz yüz əlli) manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə də iddia tələbinin təmin olunmasını mümkün sayır. Həmçinin məhkəmə araşdırması zamanı tərəflər arasında hazırki mübahisənin həlli kimi məbləğin hissə-hissə ödənilməsinə dair barışıq sazişi tərtib olunmuş, lakin cavabdeh barışıq sazişi üzrə şərtləri əməl etmədiyindən, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal da (iddia tələbində göstərilən pul məbləğinin cavabdeh tərəfindən hissə-hissə iddiaçıya ödənilməsi barədə barışıq sazişinin bağlanması), cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 121,10 (yüz iyirmi bir manat on qəpik) manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9.850 (doqquz min səkkiz yüz əlli) manat əsas borc, hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi kimi 517,25 (beş yüz on yeddi manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,1 (yüz iyirmi bir manat on qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9.850 (doqquz min səkkiz yüz əlli) manat əsas borc, hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi kimi 517,25 (beş yüz on yeddi manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,1 (yüz iyirmi bir manat on qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-501/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-501/2024
06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver