Məhkəmə qərarları › İş №e-2(005)-5024/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5024/2023

29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5024/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı Cavabdeh2 və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı su çəninin sökülməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı su çəninin sökülməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsinə əsasən iki tələb: 1)Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 80/1 saylı evin 6-cı və 8-ci mənzillərin arasında olan pilləkən sahəsində yerləşdirilmiş su çəninin sökülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması (qiymətləndirilməyən tələb) və 2) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1000 manat məbləğində maddi zərərin ödənilməsi (qiymətləndirilən tələb) barədə qətnamə qəbul edilməsix xahiş edilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsinin verilməsi üçün isə 30 manat rüsum ödənilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməməsi səbəbindən ərizənin geri qaytarılması qərarına gəlir. Eyni zamanda qeyd edilməlidir ki, iddia ərizəsi Nümayəndə tərəfindən elektron imza vasitəsilə imzalanaraq, “elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçının qanuni nümayəndəsi kimi qeyd edilsə də, bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266- 269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı su çəninin sökülməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar