Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5055/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat məbləğində əsas bоrc və 30 manat faiz borcu, 87 manat komissiya və 363 manat cərimə оlmaqla, cəmi 1080 (bir min səksən manat) manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olaraq, müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, EMİS-dən əldə edilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixdə ölmüşdür. İddiaçı BOKT MMC tərəfindən iddia ərizəsi məhkəməyə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən, cavabdeh artıq ölmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, hal-hazırda iddia tələbinə məhkəmədə baxılması qeyri-mümkün olduğundan, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq Cavabdeh xx.xx.2024-cü il tarixdə ölməsinə baxmayaraq, iddiaçı bank olmayan kredit təşkilatı Cavabdeh iş üzrə “cavabdeh” qismində göstərmiş və kredit üzrə yaranmış borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə iddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi halda, iddia tələbi Cavabdeh qarşı yönəlmiş və qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, MMC hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı MMC-nin məhkəməyə müraciət etməmişdən əvvəl ölməsi faktı məhkəmə araşdırması zamanı təsdiq edildiyindən, həmin iddia tələbi üzrə başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələr iddiaçıya izah edilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah olunmalıdır ki, iddiaçı hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldıra bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 261.0.7, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh ölməsi faktı təsdiq edildiyindən həmin iddia tələbinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,80 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddiaçı hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-5055/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5055/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver