Məhkəmə qərarları › İş №e-2(005)-507/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-507/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-507/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” X1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 vurulmuş 5178 (beş min yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 5208.40 (beş min iki yüz səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC əlavə cavabdeh qismində cəlb edilərək, Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 vurulmuş 6678 (altı min altı yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 5178 (beş min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin 3500 (üç min beş yüz) manat hissəsi Ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-dən, 1678 (bir min altı yüz yetmiş səkkiz) manat hissəsi isə Cavabdeh1, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının isə mütanasib qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala yolunda, etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler” minik markalı, 10-XM-l 10 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 məxsus olan 2 ədəd Qalvanizə olunmuş “H-12 metrlik elektrostatik” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisələrinə 6678 (altı min altı yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, AP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2018-ci il tarixli, TP ******* saylı X6 haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən “Jeep Wrangler” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh2” Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Bu səbəbdən Cavabdeh2 tərəfindən Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 bank hesabına 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamız qanuni və əsaslı sayaraq hesab edirik ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 məxsus ədəd Qalvanizə olunmuş “H-12 metrlik elektrostatik” tipli işıq dirəyinin sıradan çıxması nəticəsində 6678 (altı min altı yüz yetmiş səkkiz) manat məbləğində vurulmuş maddi ziyanın 5178 (beş min yüz yetmiş səkkiz) manat hissəsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X3 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” X1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddia tələbinin oğluna münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında AP seriyalı ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixində saat 03:00-radələrində “Jeep Wrangler” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Qala yolunda sürücü yorğun olduğu halda ani halda tərəfindən yuxuya gedib idarəetməni itirib yolda işıq dirəyinə dəymişdir. Nəticədə İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanı törətmişdir. Xəzər rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2018-ci tarixli qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan, Xəzər TİR-da əsas vəsaitlərin ləğv edilməsi haqqında xx.xx.2018-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Qala-Pirallahı yolu xx.xx.2018-ci il tarixdə “Jeep Wrangler” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil müəssisəyə məxsus qalvaniz dirəyini vurmuşdur. İş materiallarında olan, Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolunda “Jeep Wrangler” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla vurulmuş dirəyin bərpasına sərf olunana xərclərin smetasının təsdiq olunmuş surətindən görünür ki, bərpa işləri üçün cəmi 6678 manat vəsait xərclənmişdir. İş materiallarında olan, xx.xx.2017-ci il tarixli İcbari Sığorta Müqaviləsinə Dair Məlumata əsasən, Cavabdeh1 məxsus “Jeep Wrangler” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı Cavabdeh2 ASC tərəfindən sığortalanmışdır və əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. İcbari sığorta müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli,xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən “xxxx” X1 hesabına ümumilikdə 1500 manat ödəniş edilmişdir. İş materiallarında olan 2017-ci il tarixli aktın surətinə əsasən biz aşağıda imza edənlər, bir tərəfdən “xxxx” ASC-nin mühəndisi İsayev A, iş icraçısı İsayev A digər tərəfdən “xxxx” EŞM-nin baş mühəndisi Babayev M., baş mühəndisi Babayev M., baş mühasib Əliyev F, Texniki istismar xidmətinin rəisi Zeynalov K., Xəzər TİR-nun rəisi Zeynalzadə A. Bu aktıı ona görə tərtib edirik ki, Qala-Pirallahı yeni avtomobil yolunun işıqlanması üzfrə sistemini əvəzsiz olaraq birinci tərəf “xxxx” EŞM-nin balansına təhvil verir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixində saat 03:00-radələrində “Jeep Wrangler” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Qala yolunda sürücü yorğun olduğu halda ani halda tərəfindən yuxuya gedib idarəetməni itirib yolda işıq dirəyinə dəymişdir. Nəticədə iddiaçıya 6678 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “Jeep Wrangler” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulacaq zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. Sığorta şirkəti tərəfindən “xxxx” X1 hesabına 1500 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən; 3.1.2-ci maddə - sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. 6.1-ci maddə - icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrınə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddə - mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı ıstismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.4-cü maddə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. 13.1-ci maddə - icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 15.1-ci maddə - icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.2-ci maddə - zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3.1-ci maddə - əmlaka dəyən zərərin məbləği, zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəriindən ibarətdir. 20.3-cü maddə - əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 56.1.2-ci maddə - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə baş vermiş sığorta hadisəsi üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta məbləğləri 5000 manat həddində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçıya isə sığorta şirkəti tərəfindən 1500 manat məbləğində sığorta ödənişi verilmişdir. Bununla belə məhkəmə hesab edir ki, iş materiallarında olan 2017-ci il tarixli təhvil aktına və Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolunda vurulmuş dirəyin bərpasına sərf olunmuş xərclərin smetasına əsaslanaraq hesab edir ki, iddiaçı ona vurulmuş 6678 manat məbləğində maddi ziyanı tələb etməkdə haqlıdır. Odur ki,iddiaçı nəqliyyat vasitəsinin məruz qaldığı real zərərin 6678 manat təşkil etdiyini bildirərək, həmin məbləğdən 1500 manat iddiaçının bank hesabına ödənilməsini nəzərə alınmaqla, hazırda dəymiş maddi ziyanın 3500 manat hissəsinin sığortaçıdan, 1678 manat hissəsini isə Cavabdeh1 tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi "nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalı olmuşdur, həmin müqavilə üzrə üçüncü şəxslərin əmlakına 5000 manat həddində yetirilən zərəri sığortaçı tərəfindən qarşılamalı olduğundan, o cümlədən də hazırda iddiaçının tələbi həmin məbləği aşdığından, iddiaçı sığortalı nəqliyyat vasitəsinin sahibinə və sığorta şirkətinə qarşı iddia irəli sürməkdə haqlıdır. Bu səbəbdən də iddia hər iki cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdeh Ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-dən təmin edilmiş iddia tələbinə münasib olaraq 20,60 manat, Cavabdeh1 isə 9,80 manat olmaqla iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-dən 3500 (üç min beş yüz) manat və Cavabdeh1 1678 (bir min altı yüz yetmiş səkkiz) manat olmaqla cəmi 5178 manat pul vəsaiti Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 xeyrinə ödənilsin. Ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-dən 20,60 manat və Cavabdeh1 9,80 manat dövlət rüsumu və bank xidməti haqqı tutularaq Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar