Məhkəmə qərarları › İş №e-2(005)-5138/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5138/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5138/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,03.09.2021- ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış 30.8 əsas, 4.6 manat cərimə, cəmi 35.4 manat, 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 557.9 əsas, 83.6 manat cərimə, cəmi 641.5 manat, 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 391.9 əsas, 58.7 manat cərimə, cəmi 450.6 manat, ümumilikdə 1127.5 manat borcun və 31.28 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı '‘Samsung” markalı şüşə qoruyucuya və telefon qabına görə 18 ay ödəniş cədvəli üzrə hər 2 manat olmaqla cəmi 36.75 manat, 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ REDMİ NOTE 9” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 38 manat olmaqla cəmi 671.91 manat 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung Al 15” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 27 manat olmaqla cəmi 472.85 manat, ümumilikdə hər üç müqavilə üzrə 1181.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 03.09.2020ci il tarixli müqavilələr üzrə 30.11.2020-ci il tarixində 134 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 980.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 1469 manat təşkil edir.Cavabdehin müqaviiə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1469 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 146.9 manat "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Şüşə qoruyucuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 2 manat olmaqla cəmi 36.75 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh “X2 9” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 38 manat olmaqla cəmi 671.91 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh “Samsung A115” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 27 manat olmaqla cəmi 472,85 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh 17.09.2021-ci il tarixə əsas borc üzrə 30.80 manat, cərimə borcu üzrə 46 manat, cəmi 76,80 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh 17.09.2021-ci il tarixə əsas borc üzrə 557,90 manat, cərimə borcu üzrə 836 manat, cəmi 1393,90 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh 17.09.2021-ci il tarixə əsas borc üzrə 391,90 manat, cərimə borcu üzrə 587 manat, cəmi 978,90 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvalanmış xəbərdarləq məktubunun surətindən göründüyü kimi Cavabdeh üç müqavilə üzrə ümumilikdə 2449,60 (iki min dörd yüz qırx doqquz manat, altmış qəpik) manat borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş 07 oktyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 31,28 (otuz bir manat, iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Şüşə qoruyucuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 2 manat olmaqla cəmi 36.75 manat ödəməyi öhdəsinə götürmüşdür. 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh “X2 9” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 38 manat olmaqla cəmi 671.91 manat ödəməyi öhdəsinə götürmüşdür. 03.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh “Samsung A115” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 27 manat olmaqla cəmi 472,85 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 03.09.2020-ci il tarixli müqavilələr üzrə 30.11.2020-ci il tarixində 134 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 980.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03.09.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış 30,80 manat əsas, 4.6 manat cərimə, cəmi 35.4 manat, 03.09.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 557,9 manat əsas, 83,6 manat cərimə, cəmi 641,5 manat, 03.09.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 391,9 manat əsas, 58,7 manat cərimə, cəmi 450,6 manat, ümumilikdə 1127,5 (bir min bir yüz iyirmi yeddi manat, əlli qəpik) manat borc və 31,28 (otuz bir manat iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar