Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-515/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 AZN əsas; 202.22 AZN faiz; cəmi 1446.79 AZN borcun, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 5296.16 AZN əsas; 476.71 AZN faiz; cəmi 5772.87AZN borcun ümumilikdə 7219.66 AZN borcun və ödənilmiş 92.2 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24.71 faiz dərəcəsi ilə 2600 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı Kredit müqaviləsinə əsasən ona illik 25% dərəcəsi ilə 4400 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 AZN əsas, 202.22 AZN faiz, cəmi 1446.79 AZN borcu, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 5296.16 AZN əsas; 476.71 AZN faiz;cəmi 5772.87 AZN borcu yaranmışdır. Ümumilikdə 7219.66 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinə dəyişiklik ərizəsi təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 AZN əsas; 202.22 AZN faiz; cəmi 1446.79 AZN borcu, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 4437.19 AZN əsas; cəmi 4437.19 AZN borcu yaranmışdır. Ümumilikdə 5883.98 AZN məbləğində borcun və ödənilmiş 92.2 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla belə Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ölkə xaricinə köçməyi ilə bağlı olaraq maddi çətinlikləri yaranmış və İddiaçı ASC-dən aldığı borcun ödənilməsində müəyyən çətinliklər yaranmışdır. Ancaq hal-hazırda borcu hissəli şəkildə ödəmə imkanı var və xx.xx.2024-cü il tarixdə 1335 (bir min üç yüz otuz beş) manat ödənişi köçürmə vasitəsilə kredit borcuna ödəmişdir. Eyni zamanda bildirir ki, qeyd etdiyi borc məbləği ödənildikdən sonra göstərilən qalıq məbləğinin üzərinə 480 manat faiz borcu bank tərəfindən əlavə edilmişdir. 2024-cü il mart ayının sonuna kimi borc öhdəliyini tam ödəyəcəyini işə baxış prosesi zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 4400 manat məbləğində, BBUM3767720A299 nömrəli müqavilə ilə Birkart verilməsini xahiş etmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı birkart umico kredit müqaviləsinə əsasən sonuncuya illik 25 faiz dərəcəsi ilə 4400 AZN məbləğində kredit verilmişdir. Kredit xəttindən son istifadə tarixi xx.xx.2024-cü ildir. Bu Müqaviləyə görə Bank Müştəriyə “Birkart Umico” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. - Cavabdeh tərəfindən ünvanlanmış ərizədən görünür ki, Cavabdeh gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 2600.0 manat məbləğində, 36 ay müddətinə GTKR3967581A299 nömrəli müqavilə ilə nəgd kredit verilməsini xahiş etmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24.71 faiz dərəcəsi ilə 2600 AZN məbləğində gündəlik tələbat krediti verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, kredit Müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştərinin istəyinə əsasən cari hesaba köçürülən vəsait onun verdiyi ərizə əsasında xidmət haqları (1.1.6-cı yarımbənd üzrə) tutulmaq şərtilə Müştərinin Bankda olan müvafiq kart hesab(lar)ına köçürülə bilər. Tərəflər razılaşır ki, Müştərinin bu Müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün Müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir. - xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı Kredit müqaviləsinə əlavə - ödəniş qrafikindən görünür ki, Cavabdeh verilən kreditin məbləği 2600, faiz dərəcəsi 24,71%, müddəti 36 aydır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 AZN əsas; 202.22 AZN faiz; cəmi 1446.79 AZN borcu, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 5296.16 AZN əsas; 476.71 AZN faiz; cəmi 5772.87 AZN borcu yaranmışdır. Ümumilikdə 7219.66 AZN borcu vardır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 AZN əsas; 202.22 AZN faiz; cəmi 1446.79 AZN borcu, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 4437.19 AZN əsas; cəmi 4437.19 AZN borcu yaranmışdır. Ümumilikdə 5883.98 AZN borcu vardır. - İddiaçı ASC Bank tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, cavabdehdən borcun 5 təqvim günü ərzində ödənilməsi tələb olunmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında Cavabdeh 36 ay müddətinə illik 24.71 faiz dərəcəsi ilə 2600 AZN məbləğində, illik 25 faiz dərəcəsi ilə 4400 manat məbləğində kredit verilməsinə dair xx.xx.2021-ci il tarixli GTKR3967581A299 və xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı Kredit müqavilələri imzalanmışdır. Müqavilələr üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, Cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən kredit borcu üzrə 1335,68 (min üç yüz otuz beş manat altmış səkkiz qəpik) manat ödəniş edilmişdir. Bu səbəbdən iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, idida tələbini həmin həddə - 7219.66 (yeddi min iki yüz on doqquz manatdan altmış altı qəpik) manatdan 5883.98 (beş min səkkiz yüz səksən üç manat doxsan səkkiz qəpik) manatadək azaltmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 (min iki yüz qırx dörd manat əlli yeddi qəpik) manat əsas, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 4437,19 (dörd min dörd yüz otuz yeddi manat on doqquz qəpik) manat məbləğində əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqavilələri üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı Kredit müqaviləsinə əsasən kreditin illik faizi 24.71 %, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı Kredit müqaviləsinə əsasən illik faizi 25 % müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən Cavabdeh tərəfindən müqavilələr üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda Cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər hesablanmış faiz borcunu da ödəməlidir. Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 202.22 manat faiz, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 476.71 manat faiz borcu olmuşdur. Cavabdeh tərəfindən edilmiş ödəniş onun xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsinə yönəlmişdir. Nəticədə həmin müqavilə üzrə cavabdehin faiz borcu silinmiş, yalnız 4437.19 (dörd min dörd yüz otuz yeddi manat on doqquz qəpik) manat məbləğində əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 202.22 (iki yüz iki manat iyirmi iki qəpik) manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 92,2 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244.57 (min iki yüz qırx dörd manat əlli yeddi qəpik) manat əsas; 202.22 (iki yüz iki manat iyirmi iki qəpik) manat faiz, cəmi 1446.79 (min dörd yüz qırx altı manat yetmiş doqquz qəpik) manat, xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 4437.19 (dörd min dörd yüz otuz yeddi manat on doqquz qəpik) manat əsas, ümumilikdə 5883.98 (beş min səkkiz yüz səksən üç manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 92,2 (doxsan iki manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR3967581A299 saylı kredit müqaviləsinə əsasən 1244,57 (min iki yüz qırx dörd manat əlli yeddi qəpik) manat əsas, 202,22 (iki yüz iki manat iyirmi iki qəpik) manat faiz; cəmi 1446,79 (min dörd yüz qırx altı manat yetmiş doqquz qəpik) manat; xx.xx.2021-ci il tarixli BBUM3767720A299 saylı kredit kartına dair müqaviləyə əsasən 4437,19 (dörd min dörd yüz otuz yeddi manat on doqquz qəpik) manat əsas, ümumilikdə 5883,98 (beş min səkkiz yüz səksən üç manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 92,2 (doxsan iki manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-515/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-515/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver