Məhkəmə qərarları › İş №e-2(005)-529/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-529/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-529/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-yə olan xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı Kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas borcu, 1401 manat faiz borcu, 349 manat cərimə borcu olmaqla, cəmi 8750 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 107.50 manat dövlət rüsumunun tutulması, tutmanın həmin kreditin təminatı kimi "xxxx" ASC-yə girov qoyulan 3 ədəd 750 əyarlı 18.57 qram çəkili üzük, 1 cüt 750 əyarlı 6.19 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı boyunbağı, 2 cüt 585 əyarlı 17.33 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı 4.33 qram çəkili üzük, 1 ədəd 875 əyarlı 7.12 qram çəkili 10-luq, 1 ədəd 875 əyarlı 4.44 qram çəkili 5-lik qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına götürülmüş kreditlərin əsas, faiz və cərimə borclarının ödənilməsinə, həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsaitin kreditlərin əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində PKLMB-0886 saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqavilələrinin təminatları olaraq "xxxx" ASC ilə Cavabdeh arasında, xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı girov müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı girov müqavilələrinin predmetləri müvafiq təhvil-təslim aktları ilə qeyd edilmiş:3 ədəd 750 əyarlı 18.57 qram çəkili üzük, 1 cüt 750 əyarlı 6.19 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı boyunbağı, 2 cüt 585 əyarlı 17.33 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı 4.33 qram çəkili üzük, 1 ədəd 875 əyarlı 7.12 qram çəkili 10-luq, 1 ədəd 875 əyarlı 4.44 qram çəkili 5-lik olan qızıl-zinət əşyaları təşkiletmişdir. xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı girov müqavilələrinin 7.1.1-ci bəndinə əsasən Girovla təmin edilən öhdəlik(lər) “Girov qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə "xxxx" ASC-nin girov predmetinə tutmanın yönəldilməsi hüququ var. Eyni zamanda tərəflər arasında bağlanmış müvafiq kredit və girov müqavilələri ilə yanaşı, girov təminatı olaraq təqdim edilimş qızıl əşyalarının girov qoyanın özünə məxsus olması, kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilmədiyi halda kredit verənin tələbi girov qoyulan əmlaka yönəldəcəyini, bununla bağlı hər hansı etiraz və iddiası olmayacağına dair kredit götürən-girov qoyan tərəfindən müvafiq ərizələr də təqdim edilmişdir. Girov qoyan Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, kredit müqaviləsinin 4-cü bəndinin bir sıra alt bəndini, həmçinin 4.4.3 bəndini mütəmadi olaraq pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi, əks halda ödənişin təmin olunması girov müqaviləsində göstərilən qızılzinət əşyalarına yönəldiləcəyi, həmin girov predmetlərinin satılması hesabına götürmüş olduğu kreditin ödənilməsi (bağlanması) barədə Cavabdeh edilən yazılı və şifahi xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Cavabdehdən öhdəliklərinin yerinə yetirməsi istiqamətində məhkəməyə qədər pretenziya qaydasında işin həll edilməsi ilə bağlı iddiaçı tərəfindən bütün qanuni və prosessual hərəkətlərə, cəhdlərinə baxmayaraq cavabdeh yenə də müqavilə üzrə öhdəliklərini yerinə yetirmək istəmir. Belə ki, qeyd edilən sonuncu xəbərdarlığı (bildirişi) rəsmi qaydada aldıqdan sonra cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir niyyət bildirişi olmamış, bununla bağlı hər hansı məlumat daxil olmamışdır. Cavabdeh "xxxx" ASC-yə PKLMB-0886 saylı Kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas borcu, manat faiz borcu, 349 manat cərimə borcu olmaqla, cəmi 8750 manatdan ibarətdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi, götürdüyü kredit borcunu qaytarması ilə bağlı bütün xəbərdarlıq və bildirişlərə baxmayaraq bu günədək müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi, borcu ödəmədiyi səbəbindən hesab edir ki, hazırki işə məhkəmə qaydasında baxılmalı, Cavabdehnun "xxxx" ASC-dən götürdüyü kreditin ödənilməsinin təmin edilməsi üçün tələb həmin kreditin təminatı kimi cavabdeh tərəfindən "xxxx" ASC-yə girov qoyulan qızıl-zinət əşyalarına yönəldilməli, girovda olan həmin qızıl-zinət əşyalarıaçıq hərracda satılmaqla cavabdehin "xxxx" ASC-yə olan kredit borcunun bağlanılması təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda, iddiaçı tərəf elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Kreditor "xxxx" ASC və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 20% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 7000 manat kredit (borc pul məbləği) verməyi, Cavabdeh isə kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Girov saxlayan "xxxx" ASC və girov qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı girov müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat olaraq müqaviləyə 1 saylı əlavədə, malların girovuna dair aktda qeyd edilən əşyaları "xxxx" ASCnin xeyrinə girov qoymuşdur. xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı girov müqaviləsinə 1 saylı əlavədən, malların girovuna dair aktdan görünür ki, müqavilə üzrə Cavabdeh tərəfindən girov qoyulan əşyalar aşağıdakılardır : 3 ədəd 750 əyarlı 18.57 qram çəkili üzük, 1 cüt 750 əyarlı 6.19 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı boyunbağı, 2 cüt 585 əyarlı 17.33 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı 4.33 qram çəkili üzük, 1 ədəd 875 əyarlı 7.12 qram çəkili 10-luq, 1 ədəd 875 əyarlı 4.44 qram çəkili 5-lik olan qızıl-zinət əşyaları. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməsini 10 gün müddətində gecikdirdiyi halda girov qoyduğu qızıl-zinət əşyalarının heç bir tələb irəli sürülmədən akspetsiz qaydada "xxxx" ASC-yə verilməsinə, girov predmeti təşkil edən həmin əşyaların "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmədən satılaraq borcun əvəzinin ödənilməsinə razılığını bildirmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək müqavilə üzrə ödənişlər edilmədiyi halda kreditin təminatı kimi qızıl-zinət əşyalarına tutuma yönəldilərək kredit borcundan silinəcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə ödənilməmiş 7000 manat əsas borc, 1401 manat faiz borcu, 349 manat cərimə borcu olmaqla cəmi 8750 manat borcu vardır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Kreditor "xxxx" ASC və borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 20% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Girov saxlayan "xxxx" ASC və girov qoyan Cavabdeh arasında bağlanmış girov müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat olaraq müqaviləyə 1 saylı əlavədə, malların girovuna dair aktda qeyd edilən əşyaları "xxxx" ASC-nin xeyrinə girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə borcunu vaxtında ödəməmiş, bununla da tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərini pozmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tələb olunan əsas, faiz və cərimə borcunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iclaslarda iştirak etməmiş, iddiaya hər hansı etirazını bildirməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə tələblərinin pozulması sübuta yetirildiyindən iddia əsas və faiz borcun tutulması hissəsində qanunidir və bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış borca tutumanın girov predmetinə yönəldilməsi, bu əmlakların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ kredit borcunu ödəməyə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulması hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin : 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü – bu Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır; 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir; 4.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. 4.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu xüsusi yüklülüyə daxildir. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı kimi əmlakını iddiaçının xeyrinə girov ilə yüklü etdiyindən, lakin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən Azərbaycan Respublikası Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov predmeti olan əmlaklara tutma yönəldilməsi üçün əsaslar yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə 7000 manat əsas borc, 1401 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 8501 manat pul Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı, Kredit müqaviləsi üzrə tutma xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə Cavabdeh təminatı kimi "xxxx" ASC-yə girov qoyulan 3 ədəd 750 əyarlı 18.57 qram çəkili üzük, 1 cüt 750 əyarlı 6.19 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı boyunbağı, 2 cüt 585 əyarlı 17.33 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı 4.33 qram çəkili üzük, 1 ədəd 875 əyarlı 7.12 qram çəkili 10-luq, 1 ədəd 875 əyarlı 4.44 qram çəkili 5-lik qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu ödənilməli, Həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait Cavabdeh xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə uyğun 104,3 manat pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 107,50 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 104,3 manat pul cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə 7000 manat əsas borc, 1401 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 8501 manat pul Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Kredit müqaviləsi üzrə tutma xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə Cavabdeh təminatı kimi "xxxx" ASC-yə girov qoyulan 3 ədəd 750 əyarlı 18.57 qram çəkili üzük, 1 cüt 750 əyarlı 6.19 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı boyunbağı, 2 cüt 585 əyarlı 17.33 qram çəkili sırğa, 1 ədəd 585 əyarlı 4.33 qram çəkili üzük, 1 ədəd 875 əyarlı 7.12 qram çəkili 10-luq, 1 ədəd 875 əyarlı 4.44 qram çəkili 5-lik qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli PKLMB- 0886 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu ödənilsin. Həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait Cavabdeh xx.xx.2022-ci il tarixli PKLMB-0886 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə uyğun 104,3 manat pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar