Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-533/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, KFP-032/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixə olan 367 (üç yüz altmış yeddi) manat məbləğində əsas borcun, 11.65 (on bir manat altmış beş qəpik) manat məbləğində faiz borcunun və 643.19 (altı yüz qırx üç manat on doqquz qəpik) manat məbləğində dəbbə pulunun, ümumilikdə 643.19 (altı yüz qırx üç manat on doqquz qəpik) manat məbləğində pulun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, bildirmişdir ki, iş üzrə iddia ərizəsinin əsaslandırılma hissəsində, kredit borcunun məbləğinə aid Maliyyə arayışı və hesabdan çıxarışda "xxxx" MMC ilə cavabdeh-borcalan Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, KFP-032/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 367 manat məbləğində əsas borcun, 11.65 manat məbləğində faiz borcunun və 265.24 manat məbləğində dəbbə pulunun, ümumilikdə 643.19 manat məbləğində borcun olması göstərilmişdir. Lakin iddia ərizəsinin “xahiş” hissəsində texniki səhv olaraq 265,24 manat məbləğində dəbbə pulu tələbi əvəzinə 643,19 manat dəbbə pulu göstərilməklə ümumilikdə 643.19 manat məbləğində borcun olması qeyd edilmişdir. Qeyd olunan səhvi aradan qaldıraraq, iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixə olan 367 (üç yüz altmış yeddi) manat məbləğində əsas borcun, 11.65 (on bir manat, altmış beş qəpik) manat məbləğində faiz borcunun və 265.24 (iki yüz altmış beş manat, iyirmi dörd qəpik) manat məbləğində dəbbə pulunun, ümumilikdə 643.19 (altı yüz qırx üç manat, on doqquz qəpik) manat məbləğində pulun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq "xxxx" MMC-nin Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, KFP-032/2019 saylı güzəşti kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən aldığı 1100 ABŞ Dolları məbləğində kredit borcunun ödənilməmiş 367 manat kredit borcu qalığından istifadə 5 il müddətinə, illik 1 faiz ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən hər günə illik 0.1 % hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə dövlət hesabına restrukturizasiya edilmişdir. Cavabdehlə güzəştli kredit müqaviləsi bağlanandan sonra borcunun ödənilməsi tələbi ilə ünvanına dəfələrlə bildirişlər göndərilsə də, heç bir ödəniş etməmişdir, dövlətin etdiyi güzəştli öhdəliyin icrasından qərəzli yayınmışdır. Bu iddia tələbi əsasında 05 noyabr 2022-ci il tarixə verilən borc tələbi üzrə 367 manat əsas borcu, 11.95 manat faiz borcu və 264.64 manat dəbbə pulu ümumilikdə 643.19 manat ödənilməmiş kredit borcu vardır. Məlum olduğu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq borcalanların mənafeləri üçün dövlət vəsaiti hesabına mühüm güzəştli tədbiri qarşılığında cavabdeh kredit borcu üzrə heç bir ödəniş etməməklə öhdəliyin icrasından qərəzli yayınırlar. Əvvəlki iclaslarda çıxış edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddia tələbinin “dəbbə pulu (penya)” hissəsi ilə razılaşmayaraq, bu hissəyə münasibətdə rədd edilməlidir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı "xxxx" MMC lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KFP-032/2019 nömrəli Kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən aldığı 3000 ABŞ Dolları məbləğində kredit borcunun ödənilməmiş 367 manat kredit borcu qalığından istifadə 5 il müddətinə, illik 1 faiz ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən hər günə illik 0.1 % hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə dövlət hesabına restrukturizasiya edilmişdir; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə olan 367 (üç yüz altmış yeddi) manat məbləğində əsas borcun, 11.65 (on bir manat altmış beş qəpik) manat məbləğində faiz borcunun və 643.19 (altı yüz qırx üç manat on doqquz qəpik) manat məbləğində dəbbə pulunun, ümumilikdə 643.19 (altı yüz qırx üç manat on doqquz qəpik) manat məbləğində borcu yaranmışdır; "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30.40 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, KFP-032/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən aldığınız 3000 ABŞ Dolları kreditin borc qalığının manat ekvivalenti ilə 397 manat məbləğində ödənilməmiş kredit qalığından istifadə 5 il müddətinə illik 1 % ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0,1% hesabı ilə dəbbə (penya) ödəniş şərtləri ilə restrukturizasiya edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən məbləği müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəmək şərti ilə cavabdehə verilmişdir. Həmin müqavilədə, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin şərtləri qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 367 (üç yüz altmış yeddi) manat məbləğində əsas borcun, 11.65 (on bir manat, altmış beş qəpik) manat məbləğində faiz borcunun iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 265.24 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 265.24 məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 20 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 367 (üç yüz altmış yeddi) manat məbləğində əsas borc, 11.65 (on bir manat, altmış beş qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində dəbbə pulu, ümumilikdə 398.65 (üç yüz doxsan səkkiz manat altmış beş qəpik) manat, habelə 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 367 (üç yüz altmış yeddi) manat məbləğində əsas borc, 11.65 (on bir manat, altmış beş qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində dəbbə pulu, ümumilikdə 398.65 (üç yüz doxsan səkkiz manat altmış beş qəpik) manat və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-533/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-533/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver