Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5383/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-LO-*** dövlət qeydiyyat nişanlı, “Toyota CH-R” markalı nəqliyyat vasitəsinə dəymiş 12387 manat zərərin, göstərilmiş hüquqi yardıma görə 320 manat məbləğində pul vəsaitinin və ödənilmiş 129 manat dövlət rüsumunun Cavabdeh və gecikdirilmiş icbari sığorta ödənişinə münasibətdə 200 manat maddi ziyanın cavabdeh "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə 7E-10508 nömrəli etibarnamə ilə X1 olduğu **-LO-*** dövlət qeydiyyat nişanlı, “Toyota CH-R” markalı avtomobillə yol kənarında durarkən, Cavabdeh idarə etdiyi **-XX-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı avtomobil qəfil və qaydalara zidd manevr etməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi avtomobillə onun avtomobilini vurmuşdur. Həmin hadisə nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sol hissəsi əzilmiş və bu barədə Bakı Şəhər Dövlət Yol Polis idarəsi tərəfindən xx.xx.2025-ci il tarixində tərtib edilmiş arayışda da qeydiyyat aparılmışdır. Eyni zamanda cavabdeh barəsində İXP ******* № protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. **-LO-*** dövlət qeydiyyat nişanlı, “Toyota CH-R” markalı avtomobil dəymiş zərərin qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC-yə təqdim edilmişdir. Aparılmış texniki baxış və diaqnostika nəticəsində müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ciddi zərər dəyib. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş qiymətləndirmə aktından da məlum olur ki, avtomobilin ön sol qranat, ön sol saffa, ön sol stupitsa, ön sol datçik, ön sağ amartizator + yastıq, ön sağ çaşka +şaravoy, travers, 2 təkər və s. hissələri yeni ehtiyat hissələri ilə əvəz edilməli, eyni zamanda dəmirçi, rəngsaz, mühərrik və çilingər işləri görülməlidir. Qiymətləndirmə aktında nəqliyyat vasitəsinin bərpası üçün tələb olunan xərclər ümumilikdə 17387 manat göstərilmişdir. Cavabdeh üzərinə düşən 12387 manat pul məbləğini tam ödəyəcəyinə dair vədlər verərək onu əmin etmiş, lakin bu barədə verdiyi vədlərə baxmayaraq bugünə kimi heçbir ödəniş etməmişdir. Əlavə olaraq icbari sığorta tərəfindən dəymiş zərərin 5000 manatı ödənilmiş, lakin edilən ödənişin gecikdirilməsi nəticəsində əlavə ziyan meydana gəlmişdir. Ödənişin gecikməsi ona əlavə maliyyə çətinlikləri yaratmış və nəticədə, ona əlavə olaraq 200 manat məbləğində ziyan dəymişdir. Məhz sığorta ödənişi vaxtında həyata keçirilmədiyi üçün avtomobilin təmirinin gecikməsi, onun həm şəxsi, həm də iş fəaliyyətində uzun müddət ərzində avtomobildən istifadəsiz qalmasına səbəb olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, aralarında barışıq əldə edildiyindən, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh təqdim edilmiş barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə tərəflər arasında xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Cavabdeh iddia tələbinin ona aid olan hissəsindən 6000 manat ödəməyi öhdəsinə götürür. Həmin məbləğin 2000 manatını bu barışıq sazişi imzalanıb məhkəməyə təqdim edilən gün xx.xx.2026-cı il tarixində ödəyir, qalan 4000 manat isə xx.xx.2026-cı il tarixində 1000 manat, xx.xx.2026-cı il tarixində 1500 manat, xx.xx.2026-cı il tarixində isə 1500 manat olmaqla ödəməyi öhdəsinə götürür.
2. İddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsinə dair iddia tələbindən imtina edir və bəyan edir ki, Cavabdeh qarşı iddia tələbi olmayacaqdır.
3. Cavabdeh bu sazişin 1-ci bəndində üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi halda iddia tələbində göstərilmiş 12387 manat zərərin və hüquqi yardıma görə göstərilmiş 320 manat məbləğində pul vəsaitinin və ödənilmiş 129 manat dövlət rüsumunun birdəfəlik ödənilməsi tələb olunacaqdır.
4. Tərəflər barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən 129 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2026-cı il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinin tələbləri izah olunmalıdır. Həmçinin iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh iddia tələbinin ona aid olan hissəsindən 6000 manat ödəməyi öhdəsinə götürür. Həmin məbləğin 2000 manatını bu barışıq sazişi imzalanıb məhkəməyə təqdim edilən gün xx.xx.2026-cı il tarixində ödəyir, qalan 4000 manat isə xx.xx.2026-cı il tarixində 1000 manat, xx.xx.2026-cı il tarixində 1500 manat, xx.xx.2026-cı il tarixində isə 1500 manat olmaqla ödəməyi öhdəsinə götürür.
2. İddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsinə dair iddia tələbindən imtina edir və bəyan edir ki, Cavabdeh qarşı iddia tələbi olmayacaqdır.
3. Cavabdeh bu sazişin 1-ci bəndində üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi halda iddia tələbində göstərilmiş 12387 manat zərərin və hüquqi yardıma görə göstərilmiş 320 manat məbləğində pul vəsaitinin və ödənilmiş 129 manat dövlət rüsumunun birdəfəlik ödənilməsi tələb olunacaqdır.
4. Tərəflər barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.
Hakim Nərgiz Tağıyeva