Məhkəmə qərarları › İş №e-2(005)-5495/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5495/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5495/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 903,70 (doqquz yüz üç manat, 70 qəpik) manat məbləğində vəsaitin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli M0974/23 “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh “Hyundai İ40” markalı, 10HH121 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində, “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Nərimanov rayon DYPŞ-nin qərarı ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5115 (beş min yüz on beş) manat məbləğində müəyyən edilmiş, təqsirkar qarşı tərəf olduğu üçün sığorta ödənişinə azadolma məbləği tətbiq edilməmişdir. Həmin məbləğ təmir müəssisəsinə tam həcmdə Cəmiyyət tərəfindən ödənilmişdir. Həmin məbləğdən 4211,30 manat təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, ödənilmiş sığorta ödənişindən qalan məbləğ 903,70 (doqquz yüz üç manat, 70 qəpik) manat məbləğ Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. O, hazırki iş üzrə “cavabdeh” qismində elektron sistemə əlavə edilmiş, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, ona qarşı etiraz və s. münasibət bildirmək imkanına malik olmuşdur. Lakin Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, həmçinin cavabdehin ərizəsinə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (forma 4) görünür ki, Cavabdeh “Hyundai İ40” markalı, 10HH121 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon ərazisində, “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. - xx.xx.2023-cü il tarixli M0974/23 “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsindən görünür ki, “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. - Nərimanov rayon DYPŞ-nin TP ******* №-li qərarı ilə Cavabdeh AR İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - “Kepa Avtoservis” tərəfindən xx.xx.2023-cü il tarixli, 1010 №-li qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində, “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilmiş 5115 (beş min yüz on beş) manat məbləğində zərər müəyyən edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, MCL-585/23 saylı sığorta ödənişi aktına əsasən“Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5115 (beş min yüz on beş) manat məbləğində sığorta ödənişini zərərçəkənə ödəmişdir. - AA******* saylı şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, **********93 №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları iş materialları ilə müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-yə məxsus olan “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli M0974/23 “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh “Hyundai İ40” markalı, 10HH121 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində, “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Cavabdeh barəsində Nərimanov rayon DYPŞ-nin TP ******* №-li qərarı ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə (ara məsafəsi qaydalarının pozulması) təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. “Hyundai İ20” markalı, 77AG926 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5115 (beş min yüz on beş) manat məbləğində müəyyən edilmiş, təqsirkar qarşı tərəf olduğu üçün sığorta ödənişinə azadolma məbləği tətbiq edilməmişdir. Həmin məbləğ təmir müəssisəsinə tam həcmdə iddiaçı şirkət tərəfindən ödənilmişdir. Həmin məbləğdən 4211,30 manat təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə yuxarıda istinad olunan hüquq normalarını hazırki iddia ərizəsinə tətbiq edərək belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edildiyindən, onun yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması sübuta yetirildiyindən (ara məsafəsi qaydalarını pozduğundan; İXM 327.1-ci maddəsi) həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Cavabdeh iddia tələbindən məlumatlı olmasına baxmayaraq (Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. O, hazırki iş üzrə “cavabdeh” qismində elektron sistemə əlavə edilmiş, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, ona qarşı etiraz və s. münasibət bildirmək imkanına malik olmuşdur) onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, vurulmuş zərərin məbləğinə dair sübut və s. məhkəməyə daxil olmamışdır. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırda iddiaçı ödənilmiş sığorta ödənişindən geriyə qalan 903,70 (doqquz yüz üç manat, 70 qəpik) manat məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulmasını tələb etməkdə haqlı olmuşdur. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh subroqasiya qaydasında 903,70 (doqquz yüz üç manat, 70 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 903,70 (doqquz yüz üç manat, 70 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar