Məhkəmə qərarları › İş №e-2(005)-5508/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5508/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5508/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı İB-in Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 199,40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 229,20 (iki yüz iyirmi doqquz manat 40 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 15.10.2019-cu il tarixli AKX-0167180/10-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz” İB abonentə mənzil təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00330 nömrəli abonent kodu verilmiş, həmin mənzil təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X1”nın tələblərinə əməl etmək) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etməklə təbii qazı talamışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1nın pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində 03.02.2020-ci il tarixində ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş müvafiq aktdan müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı 0019844 nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. 17.12.2019-cu il tarixli MSK - 29/1710-03090 nömrəli laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının üzərində olan iki zavod qurğuşun plombundan heç biri yerində aşkar olunmamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri hesablanaraq 216 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan hal-hazırda cavabdehin faktiki itirilmiş təbii qazın dəyəri olaraq ödənilməmiş 199,40 manat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo və GAZREP üzrə ümumi 199,40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 15.10.2019- cu il tarixli AKX-0167180/10-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış həmin müqavilə əsasında "Azəriqaz” İB abonentə mənzil təbii qazla təchiz etmişdir. Həmin müqavilə əsasında "Azəriqaz” İB abonentə mənzil təbii qazla təchiz etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, "Təbii X1nın pozulması haqqında” 03.02.2020-ci il tarixində ******* nömrəli akt tərtib edilmişdir. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo və GAZREP əsasında ümumi 199,40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat təşkil etdiyini bildirərək, həmin məbləğin ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi qaz ilə təmin etdiyi və bununla bağlı xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşularaq qanunsuz təbii qazdan istifadəyə görə vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş, “X1”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materialları ilə sübuta yetir ki, 03.02.2020-ci il tarixində ******* nömrəli akt əsasında cavabdehin mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı 0019844 nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. 17.12.2019-cu il tarixli MSK - 29/1710-03090 nömrəli laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının üzərində olan iki zavod qurğuşun plombundan heç biri yerində aşkar olunmamışdır. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo və GAZREP üzrə ümumi 199,40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat təşkil etməkdədir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 199,40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 229,20 (iki yüz iyirmi doqquz manat 40 qəpik) manat pul tutularaq iddiaçı "Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar