Məhkəmə qərarları › İş №e-2(005)-557/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-557/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-557/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satıldıqdan sonra həmin ünvanda yaşayan şəxslərin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satıldıqdan sonra həmin ünvanda yaşayan şəxslərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onunla birgə borcalan Cavabdeh2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 91928,80 manat əsas borc, 1851,81 manat faiz borcu olmaqla, cəmi 93780,61 manat məbləğində kredit borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 371,34 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan və X1 prospekti, ev 41, mənzil 32 ünvanında 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 54.3 kv.m, yaşayış sahəsi 43.2 kv.m, yardımçı sahəsi 11.1 kv.m olan mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına "xxxx" ASC-yə olan kredit borcu və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəflər arasında barışıq sazişinin bağlandığını qeyd edərək, həmin barışıq sazişini məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bankla aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hazırda tərəflər mübahisəni məhkəmədən kənar öz aralarında həll edərək məhkəmə araşdırmalarını aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi ilə tamamlamaq qərarına gəlmişlər. Tərəflər, yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu bəndlər ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər: 1) xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 sazişin bağlanması anına “Banka”a olan borcu 88836,01 manat məbləğində əsas borc, 190,01 manat məbləğində faiz borcu, cəmi 89026,02 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 371,34 manat məbləğində dövlət rüsumundan ibarətdir. 2) xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli Kredit müqaviləsinin təminatı olan xx.xx.2018-ci il tarixli, 11/769/AİF saylı Alqı-Satqı və ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan (mülkiyyətçi) X1 prospekti, Ev 41, Mənzil 32 ünvanında 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 54.3 kv.m, yaşayış sahəsi 43.2 kv.m, yardımçı sahəsi 11.1 kv.m olan mənzilin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 180000 manat müəyyən edilsin. 3) Borclular xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli kredit müqaviləsi üzrə banka aylıq ödənişdən əlavə olaraq 5000 manat məbləğində pul vəsaitini və 371,34 ödənilmiş dövlət rüsumunu ödəməyi öhdələrinə götürürlər. 4) Sazişin 4-cü bəndində qeyd edilən məbləğ ödənildikdən sonra qalıq borc məbləğini borclular xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə (ödəniş qrafiki) göstərilmiş qaydada və müddətlərdə banka ödəməyi öhdələrinə götürürlər. 5) Borclular Sazişin 5-ci bəndində nəzərdə tutulan qaydada qrafik üzrə vaxtında və lazımi qaydada ardıcıl 6 ay ərzində ödənişləri həyata keçirdiyi təqdirdə, bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müştərilərin borc məbləğinin yenidən maliyyələşdirilməsi üçün müraciət edəcəkdir. 6) Sazişin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş ödənişlərin Borclular tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi həmin bəndlərin tələblərinin pozulması kimi hesab edilsin, həmin tarixə olan qalıq borc sazişin 3-cü bəndində göstərilən və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin və həmin əmlak sazişin 3-cü bəndində razılaşdırılmış ilkin satış qiyməti ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-43-cü maddələrinə uyğun olaraq açıq hərracda satışa çıxarılsın. Satışdan əldə olunmuş vəsait borcluların banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin, ipoteka predmentinin satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə tutulsun. 7) Sazişin 7-ci bəndinə uyğun olaraq əmlak satıldıqdan sonra borclular və həmin ünvanda qeydiyyatda olan və yaşayan şəxslər əmlakdan qeyd-şərtsiz çıxacaqlarını öhdələrinə götürürlər. Bu bəndin tələblərinin yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görülməsini və bununla bağlı yarana biləcək xərclərin ödənilməsini mülkiyyətçi öz öhdəsinə götürür. 8) Sazişin 3-cü bəndində qeyd edilən əmlakın təsadüfü məhv olması riski və idarə olunası ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyır. 9) Borclular saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. 10) Sazişin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 11) Saziş Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-557/2024 saylı mülki işin icraatına xitam verilməsi üçün əsasdır və sazişin məhkəmənin müvafiq qərardadı ilə təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 12) Saziş borcluların bu sazişdə qeyd edilən öhdəliklərinin icrasınadək qüvvədə sayılır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satıldıqdan sonra həmin ünvanda yaşayan şəxslərin çıxarılması tələbinə dair mülki iş üzrə İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 sazişin bağlanması anına “Banka”a olan borcu 88836,01 manat məbləğində əsas borc, 190,01 manat məbləğində faiz borcu, cəmi 89026,02 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 371,34 manat məbləğində dövlət rüsumundan ibarətdir. 2) xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli Kredit müqaviləsinin təminatı olan xx.xx.2018-ci il tarixli, 11/769/AİF saylı Alqı-Satqı və ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan (mülkiyyətçi) X1 prospekti, Ev 41, Mənzil 32 ünvanında 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 54.3 kv.m, yaşayış sahəsi 43.2 kv.m, yardımçı sahəsi 11.1 kv.m olan mənzilin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 180000 manat müəyyən edilsin. 3) Borclular xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli kredit müqaviləsi üzrə banka aylıq ödənişdən əlavə olaraq 5000 manat məbləğində pul vəsaitini və 371,34 ödənilmiş dövlət rüsumunu ödəməyi öhdələrinə götürürlər. 4) Sazişin 4-cü bəndində qeyd edilən məbləğ ödənildikdən sonra qalıq borc məbləğini borclular xx.xx.2018-ci il tarixli, 11/769/AİF nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə (ödəniş qrafiki) göstərilmiş qaydada və müddətlərdə banka ödəməyi öhdələrinə götürürlər. 5) Borclular Sazişin 5-ci bəndində nəzərdə tutulan qaydada qrafik üzrə vaxtında və lazımi qaydada ardıcıl 6 ay ərzində ödənişləri həyata keçirdiyi təqdirdə, bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müştərilərin borc məbləğinin yenidən maliyyələşdirilməsi üçün müraciət edəcəkdir. 6) Sazişin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş ödənişlərin Borclular tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi həmin bəndlərin tələblərinin pozulması kimi hesab edilsin, həmin tarixə olan qalıq borc sazişin 3-cü bəndində göstərilən və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin və həmin əmlak sazişin 3-cü bəndində razılaşdırılmış ilkin satış qiyməti ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-43-cü maddələrinə uyğun olaraq açıq hərracda satışa çıxarılsın. Satışdan əldə olunmuş vəsait borcluların banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin, ipoteka predmentinin satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə tutulsun. 7) Sazişin 7-ci bəndinə uyğun olaraq əmlak satıldıqdan sonra borclular və həmin ünvanda qeydiyyatda olan və yaşayan şəxslər əmlakdan qeyd-şərtsiz çıxacaqlarını öhdələrinə götürürlər. Bu bəndin tələblərinin yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görülməsini və bununla bağlı yarana biləcək xərclərin ödənilməsini mülkiyyətçi öz öhdəsinə götürür. 8) Sazişin 3-cü bəndində qeyd edilən əmlakın təsadüfü məhv olması riski və idarə olunası ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyır. 9) Borclular saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. 10) Sazişin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 11) Saziş Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-557/2024 saylı mülki işin icraatına xitam verilməsi üçün əsasdır və sazişin məhkəmənin müvafiq qərardadı ilə təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 12) Saziş borcluların bu sazişdə qeyd edilən öhdəliklərinin icrasınadək qüvvədə sayılır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satıldıqdan sonra həmin ünvanda yaşayan şəxslərin çıxarılması tələbinə dair 2(005)-557/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar