Məhkəmə qərarları › İş №e-2(005)-570/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-570/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-570/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun və faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 6.565,68 manat, faiz borcu üzrə 125,51 manat, hesablanmış dəbbə borcu isə 1.600 manat olmaqla, ümumilikdə 8.291,19 manat kredit borcu həmçinin, ödənilmiş 102.92 manat məbləğində dövlət rüsumunun cəmi 8.394,11 manat məbləğin Cavabdeh “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 6.565,68 manat, faiz borcu 125,51 manat, hesablanmış dəbbə borcu isə 1.600 manat olmaqla, ümumilikdə 8.291,19 manat kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 129/SM-23 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faizlə hesablanır. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddiaçı tərəf ilə arasında bağlanan 07 mart 2023-cü il tarixli, 129/SM-23 saylı kredit müqaviləsini, həmin müqaviləyə əsasən tərtib olunmuş ödəniş qrafikini, 23 aprel 2024-cü il tarixli və 23 avqust 2024-cü il tarixli “Kredit borcunun ödənilməsi” barədə bildirişləri, həmçinin 27 sentyabr 2024-cü il tarixinə tərtib olunmuş maliyyə arayışını iddia ərizəsinə əlavə etmişdir. Təqdim olunan sənədlərlə bağlı qeyd olunur ki, iddiaçı tərəf Azərbaycan Respublikası CM-nin 294-cü (sübutların saxtalaşdırılması) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinin tələblərini pozmuşdur. Belə ki, o, vəzifəli şəxs olaraq rəsmi sənədlərdə tamah məqsədi ilə onların həqiqi məzmununu təhrif edib öz mənafeyinə uyğun sübutları saxtalaşdıraraq iddia ərizəsi tərtib etmiş və həmin sənədləri iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Həmin pozuntuları Məhkəmənin diqqətinə çatdırır: 1. Cavabdehlə "xxxx" BOKT MMC ilə arasında bağlanmış 07 mart 2023-cü il tarixli, 129/SM-23 saylı kredit müqaviləsinin 19.1-ci bəndində qeyd olunmuşdur ki, Tərəflərin qarşılıqlı razılığı əsasında Müqavilə şəklində bu Müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Həmin bəndə uyğun olaraq Tərəflər arasında 23 noyabr 2023-cü il tarixli, 129/SM-23 saylı kredit müqaviləsinə 01 №-li Əlavə imzalanmışdır. Göründüyü kimi qarşı tərəf vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla həmin əlavəni məhkəməyə təqdim etməyərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmış. (xx.xx.2023-cü il tarixli Müqaviləyə Əlavə etiraza əlavə olunmuşdur) 2. Həmin Əlavəyə əsasən, 07 mart 2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinin 4.5-ci bəndində dəyişiklik olunaraq kreditin bitmə tarixi 23 noyabr 2026-cı il tarixinə dəyişdirilmiş və bunun əsasında yeni ödəniş cədvəli tərtib olunmuşdur. Göründüyü kimi qarşı tərəf təkrarən vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla X2ni məhkəməyə təqdim etməyərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmış. (yeni ödəniş cədvəli etiraza əlavə olunmuşdur) X2 üzrə 23 dekabr 2023-cü il tarixdən başlayaraq 23 noyabr 2026-cı il tarixədək hər ay 292,07 manat ümumi məbləğin ödənilməsi müəyyən olunmuşdur və cavabdeh həmin tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi günə kimi hər ay ödəniş etmişdir. 3. İş materiallarına əlavə olunan 23 aprel 2024-cü il tarixli “kredit borcunun ödənilməsi” barədə bildirişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 129/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəlik icra olunmadığı üçün onun 7.513,48 manat məbləğində borcu yaranmış, borcu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır, həmçinin 23 avqust 2024-cü il tarixli “kredit borcunun ödənilməsi” barədə bildirişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 129/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəlik icra olunmadığı üçün cavabdehin 6699,65 manat məbləğində borcu yaranmış, borcu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır. Göründüyü kimi qarşı tərəf təkrarən vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla tərəflər arasında bağlanmış əlavə müqaviləni və yeni ödəniş cədvəlini gizlədərək hər iki bildirişdə qeyd olunanları nəzərə almadan, saxta bildirişlər hazırlayaraq mənim ünvanıma göndərmiş və həmin bildirişləri sübut kimi məhkəməyə təqdim edərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmış. 4. İş materiallarına əlavə olunan maliyyə arayışına əsasən, 07 mart 2023-cü il tarixli, 129/SM-23 nömrəli “Kredit Müqaviləsi” üzrə onun "xxxx" BOKT MMC-i qarşısında 27 sentyabr 2024-cü il tarixinə kredit borcunun qalıq hissəsi 6565,68 manat, qrafik üzrə hesablanmış 125.51 manat faiz borcu və 1.600 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 8291,19 manat borcu mövcuddur. Göründüyü kimi qarşı tərəf təkrarən vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla tərəflər arasında bağlanmış əlavə müqaviləni və yeni ödəniş cədvəlini gizlədərək, saxta maliyyə arayışı tərtib edib, sübut kimi məhkəməyə təqdim edərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmışdır. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını və iddiaçı tərəfin əməllərində cinayətin əlamətləri aşkara olunduğu üçün bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 6565,68 manat, faiz borcu isə 482,64 manat, hesablanmış dəbbə borcu isə 1.600 manat olmaqla ümumilikdə 8.648,32 manat kredit borcu həmçinin, ödənilmiş 102.92 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8.751,24 manat məbləğin Cavabdeh tutularaq "X3 Olmayan Kredit Təşkilatı" MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, “X3 Olmayan Kredit Təşkilatı” MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 20% ilə 10.000 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 6.565,68 manat məbləğində əsas borc, 482,64 manat faiz borcu və 1.600 manat dəbbə pulu olmaqla, ümumilikdə 8.648,32 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh 7513,48 manat borc məbləğini 10 gün müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh 6699,65 manat borc məbləğinin 10 gün müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əlavə 01 abunə müqaviləsindən görünür ki, Cavabdeh (AA serialı ******* nömrəli xx-xx- 2022 -ci il tarixdə ASAN 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi) xx-xx-2023-ci il tarixli 129/SM-23 saylı kredit müqaviləsin 4.5 bəndində dəyişiklik olunaraq kreditin bitmə tarixi xx.xx.2026-cı il tarixinə dəyişdirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 9/684 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli 129/SM-23 saylı kredit müqaviləsinin və xx.xx.2023-ci il tarixli 129/SM-23 saylı kredit müqaviləsinə əlavə 01-in şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə “X3 Olmayan Kredit Təşkilatı” MMC-nə olan əsas borcu 7.426,67 manat, faiz borcu 70,16 manat, xx.xx.2024cü il tarixə banka olan əsas borcu 6.583,12 manat, faiz borcu üzrə 76,80 manat və xx.xx.2025-ci il tarixə əsas borc üzrə 6.583,12 manat və faiz borcu 833,86 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçının iddia tələbi üzrə borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin iddiaçıya olan borcunu əks etdirən sübutları, habelə mötəbər sübut olan ekspertin rəyini əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Belə ki, xx.xx.2024-cü il tarixli iddiaçı tərəfindən cavabdehə göndərilmiş kredit borcunun ödənilməsi barədə bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcun ödənilməsini, habelə banka olan bütün borcun 10 gün müddətində ödənilməsini xahiş edir. Belə olanda məhkəmə qeyd edir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə xx.xx.2024-cü il (bildirişdə qeyd olunan) tarixdən birtərəfli qaydada xitam verilmişdir. Çünki iddiaçı cavabdehə qeyd olunan tarixədək bütün borcun ödənilməsini təklif etmiş, lakin məlum olduğu kimi həmin tarixdə borc cavabdeh tərəfindən ödənilməmiş, beləliklə də onlar arasındakı öhdəlik münasibətlərinə xitam verilmişdir. Belə olan halda məhkəmə ekspertin rəyində cavabdehin xx.xx.2024-cü il tarixə olan faiz borcunu əsas götürüb hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 70,16 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Məhkəmə, iddia tələbində qeyd cərimə məbləğinin əsas borca münasibətdə mütənasib olmadığından, cərimənin tutulması hissəsində tələb qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə cərimə borcu olaraq 450 manat məbləğində pul vəsaiti ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 102,92 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6.565,68 manat əsas, 70,16 manat faiz və 450 manat dəbbə pulu olmaqla cəmi 7.085,84 və 102,92 manat dövlət rüsumu “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar