Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-571/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (açar sözlər: kredit borcunun mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, 1188.99 manat əsas borc və xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart borcu üzrə Banka ödənilməmiş -476.39 manat əsas borc, 4.35 manat faiz borcu olmaqla, ümumilikdə 1669.73 manat məbləğində pul vəsaitin, həmçinin ödənilmiş 63 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 12 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə cavabdeh X12 var oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsinə əsasən, X5 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X4 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2023-cü il tarixdə, 2V/142 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, X4 xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş – 1188.99 manat əsas borc borcu qalmışdır. Eyni zamanda, X4 xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart borcu üzrə Banka ödənilməmiş -476.39 manat əsas borc, 4.35 manat faiz borcu olmaqla, cəmi 480.74 manat borcu qalmışdır. Cavabdeh X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1669.73 manat olduğundan, 63 manat dövlət rüsumu və 0.80 manat bank xidməti haqqı ödənilmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qanun üzrə vərəsə özüdür. Dəfələrlə banka müraciət edərək, yoldaşına kredit verməmələrini xahiş etmişdir. Yoldaşı içki xəstəsi olub və dəfələrlə bu barədə məlumat vermişdir. Yoldaşı onlara demədən bankdan pul götürmüşdür. Özü hal-hzırda işləmir, təqaüd almır. Maddi imkanı olmadığına görə qeyd olunan borcu ödəyə bilməyəcəkdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - "xxxx" ASC ilə X12 var oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsinə əsasən, X5 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti ayrılmışdır. - Maliyyə arayışından görünür ki, X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək 1897,17 manat istifadə olunmuş, ödənilmiş əsas borc 1420,78 manat, ödənilmiş faizlər 2,69 manat, ödənilməmiş əsas borc 476,39 manat, ödənilməmiş faiz 4,35 manat, cərmi kredit üzrə borc 480,74 manatdır. - xx.xx.2022-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən X5 12 ay müddətinə illik 16% olmaqla şəxsi istehlak məqsədləri üçün 2000 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixli 211RCNS220900001 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixədək 2000 manat istifadə olunmuş, ödənilmiş əsas borc 811,01 manat, ödənilmiş faizlər 97,66 manat, ödənilmiş cərimə faizi 0 manat, ödənilməmiş əsas borc 1188,99 manatdır. - AZ-İİ seriyalı 280164 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 22 fevral 2023-cü il tarixli reyestrdə 2V-107 № ilə qeyd edilmiş və 16 mart 2023-cü il tarixli reyestrdə 2V-142 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. - "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 12 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində nağd kredit, xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsinə əsasən, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilələr üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, borclu kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq X7 müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Onun banka əsas və faiz borcu qalmışdır. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi - arvadı Cavabdehdır. O mirasdan tam hissədə pay almışdır. İddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə cavabdehə bildiriş ünvanlanmış, lakin müqavilələr üzrə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. X3 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Belə ki, kredit müqavilələri üzrə ödənişlər müqavilədə müəyyən edilmiş müddətdə və qaydada banka ödənilməmişdir. Bununla da müqavilənin şərtləri borcalan tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 558.1 -ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etmiş X4 vərəsəsi arvadı, hazırki iş üzrə Cavabdehdır. Cavabdeh - 22 fevral 2023-cü il tarixli reyestrdə 2V-107 № ilə qeyd edilmiş və 16 mart 2023-cü il tarixli reyestrdə 2V-142 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən miras əmlakdan tam hissədə pay almışdır. X4 qanun üzrə vərəsəsi olan Cavabdeh mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqavilələri üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə X2nun vəfatı ilə onun müqavilələr üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 36,70 manat hissəsi (iddia tələbinin həcmi nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən, 1188,99 (min yüz səksən səkkiz manat doxsan doqquz qəpik) manat əsas borc və xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, 476,39 (dörd yüz yetmiş altı manat otuz doqquz qəpik) manat əsas borc, 4,35 (dörd manat otuz beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1669,73 (min altı yüz altmış doqquz manat yetmiş qəpik) manat və ödənilmiş 36,70 (otuz altı manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən, 1188,99 (min yüz səksən səkkiz manat doxsan doqquz qəpik) manat əsas borc və xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, 476,39 (dörd yüz yetmiş altı manat otuz doqquz qəpik) manat əsas borc, 4,35 (dörd manat otuz beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1669,73 (min altı yüz altmış doqquz manat yetmiş qəpik) manat və ödənilmiş 36,70 (otuz altı manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-571/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-571/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver