Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-575/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə 109.000 manat əsas və iş üzrə ödənilmiş 399 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda 1 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin qiymətinin müəyyən edilməsi və həmin əmlaklar açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışında əldə vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 109.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə X3 oğlu arasında bağlanmış 180/R müqavilələ əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 1 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 1 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 146/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə cəmi borcu 109.000 manat təşkil edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin ötürülməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etməyərək ilkin olaraq bildirirlər ki, qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh hər-hansı bir məbləğdə pul vəsaiti verilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş15 dekabr 2011-ci il tarixli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit Borcalana ünvan 1 ünvanında yerləşən binanın A blokunda 1 saylı mənzilin alınması üçün verilmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair iddiası əsassız olduğundan və iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mövcud olan ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Cavabdehə 109.000 manat məbləğində pul vəsaitinin verilməsi qeyd edilsə də, ona heç bir pul vəsaiti verilməmişdir. Cavabdeh pulu götürməmiş və bankın əməkdaşlarından ona valideynləri ilə məsləhətləşməsi üçün vaxt verilməsini xahiş etmiş, valideynlərinin məsləhəti ilə pulu götürməkdən banka imtina etsə də, bank bugünkü gündə pulun əslində alınması barədə əsassız iddia qaldırmışdır. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 146 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 15% оlmaqla 180 ay müddətinə, 109.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, kredit borcalana ünvan 2 ünvanında yerləşən binanın A blokunda 1 saylı mənzilin alınmasına verilir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mənzilin ümumi dəyəri 109.000 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2011-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 109.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-dən qəbul etmişdir. - LPO İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2011-ci il tarixli “kredit borcunun ödənilməsinə dair” xəbərdarlıq bildirişlərdən görünür ki, borcludan 3 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu cəmi 109.000 manat təşkil edir. - Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzilin dövlət reyeterindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdehnın cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3170/2021 saylı qərardadından verilmiş şikayət ərizəsinin təmin edilməməsi və şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3529/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3170/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Qərardan həmçinin görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3170/2021 saylı qərardadı ilə məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (bundan sonra – bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda 1 saylı mənzilin cavabdeh tərəfindən alınmasına görə sonuncuya lazımı pul vəsaitinin verilməsi məqsədi ilə borc münasibətləri yaranmış, nətiəcədə xx.xx.2011-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin borcun qaytarılmasının təminatı olaraq sözügedən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və yenə nəticədə tərəflər arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldıraraq, mübahisələndirilən müqavilələrdəki imzaların onun tərəfindən icra edilmədiyini, müqavilədə qeyd olunan 109000 manat kredit vəsaitini almadığını, kassa məxaric orderində olan imzanın ona məxsus olmadığını əsas gətirmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı bank bildirir ki, cavabdeh keçən uzun müddət ərzində kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Cavabdeh tərəf isə bildirir ki, o, borc vəsaitini ümumiyyətlə bankdan əldə etməmişdir. Məhkəmə öncə cavabdehin “pul vəsaitinin bankdan götürülməməsi” barədə dediklərinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. İş materiallarında olan kassa məxaric orderindən müəyyən edilir ki, cavabdeh xx.xx.2011-ci il tarixdə bankdan pul vəsaitini əldə etməsinə dair sənəd imzalamışdır. Həmçinin cavabdeh daha əvvəl kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, həmin məhkəmə araşdırılması zamanı müqavilələrdə və kassa məxaric orderində olan imzaların cavabdeh tərəfindən icra edilməsi aparılmış məhkəmə ekspertizası nəticəsində müəyyən edilmiş və iddia təmin edilməmişdir.Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən irəli sürülən “bankdan pul vəsaitinin götürmədiyinə” dair halların sübut edilməsi yükü cavabdehin üzərində olduğu halda, həmin hallar məhkəmə araşdırılması zamanı heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası qaydası”nın 8.1-ci maddəsinə əsasən, kassadan nağd pulun verilməsi “Kassa məxaric orderi” və ya “Pul çeki”, digər qiymətlilərin məxarici isə “Digər qiymətlilərin balansdankənar məxaric orderi” əsasında həyata keçirilir. Göründüyü kimi, kassadan nağd pulların verilməsi kassa məxaric orderi ilə sənədləşdirilir. Bu zaman kassa məxaric orderini vəsaiti alan şəxs və kassir imzaladıqdan sonra əməliyyat bitmiş hesab olunur. Məhkəmə iddianın “xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə 109.000 manat əsas borcun cavabdehdən tutulması”na dair tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.Məhkəmə iş üzrə mötəbər sübut olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8659 saylı ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. 745.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iş üzrə toplanılmış sübutları araşdıraraq qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, kredit müqaviləsi üzrə 109.000 manat əsas borc cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının “kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi” ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, belə tələb irəli sürməkdə iddiaçı haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140- cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Belə ki, 146/1 saylı xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Lakin hazırda göründüyü kimi ünvan 3 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə kredit borcunun ödənilməsinin təminatı kimi tutmanın həmin mənzilə yönəldilməsini xahiş edir və iddia tələbini bu hissədə qanunvericiliyin ipoteka haqqında müddəalarına əsaslanmaqla irəli sürür. Göründüyü kim, iddiaçı hazırda mənzilə dair hər hansı rəsmiləşdirilmə olmadan (ipoteka müqaviləsi olmadan), çıxarış alınmadan müvafiq müddəaya əsaslanmaqla, tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, ipoteka müqaviləsi özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, bu məqsədlə ipoteka müqaviləsinin bağlanması və əmlakın yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi və kreditin ödənilməsi cədvəlinin surətindən görünür ki, müqavilənin müddətinin bitmə tarixi xx.xx.2026-cı il tarixidir. Bu səbəbdən də iddia müddətinin ötməsi barədə cavabdehin ərizəsi əsassızdır. Məhkəmə həmçinin iddia ərizəsinin verilməsi üçün köçürülmüş 399 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixli 146 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 109.000 (bir yüz doqquz min) manat borc və 399 manat (üç yüz doxsan doqquz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-575/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-575/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver