Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5817/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı X2 cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən bağlanmış onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evin pəncərəsinin açılması və tikinti qaydalarına əməl edərək ara məsafəsi saxlamaqla mövcud divarla paralel divarın çəkilməsu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(005)- 1519/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(005)-1519/2021 nömrəli qətnaməsindən görünür ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə üzrə iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-5817/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5817/2021
09.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver