Məhkəmə qərarları › İş №e-2(005)-584/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-584/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-584/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ilə İddiaçı ASC arasında Depozit seyfinin icarəyə verilməsinə dair N 044/8873909/102/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilə əsasında cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaranmış 360 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə İddiaçı ASC arasında Depozit seyfinin icarəyə verilməsinə dair N 044/8873909/102/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə Bank 044 saylı depozit seyfini cavabdehə icarəyə verməyi, cavabdeh isə banka icarə haqqını və digər ödənişləri ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə haqqı 30 manat təşkil etmişdir. Müqavilənin 6.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə qalır.Cavabdeh tərəfindən 3 ay istifadəyə görə 90 manat və müqavilənin 5.2-ci maddəsində nəzərdə tutulan saxlanc məbləği kimi 100 manat pul vəsaiti ödəmişdir. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh müqavilə üzrə yaranmış borcu ödəməkdən imtina etməsi səbəbindən, xx.xx.2024-cü il tarixdə banka yaxınlaşaraq, seyfin açarlarını əməkdaşın masasınının üzərinə qoyaraq, bankı tərk etmişdir. Bundan sonra bank məsul əməkdaşları tərəfindən seyfin açılmasına dair qərar qəbul edilmiş və seyf açılmışdır. Cavabdeh müqavilə qüvvədə olduğu müddətdə ödəniş etmədiyi üçün, cavabdehin müqavilə üzrə 360 manat borcu yaranmışdır.Qeyd edilənləri nəzərə alaraq, Bank tərəfindən məhkəməyə müraciət edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 044/8873909/102/2023 saylı, xx.xx.2023-ci il tarixli depozit seyfinin icarəyə verilməsinə dair müqavilədən görünür ki, Cavabdeh İddiaçı ASC-yə məxsus 044 nömrəli depozit seyfini icarəyə vermişdir. İddiaçı tərəfindən verilmiş depozit seyfi cavabdeh tərəfindən istifadə edilmişdir. - xx.xx.2023-cü il tarixli,TT**********659190 nömrəli orderdən görünür ki, Cavabdeh,044 nömrəli depozoit seyfinin,xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər 044/8873909/102/2023 saylı müqavilə üzrə 3 aylıq xidmət haqqının və 100 manat saxlanc üçün banka ödəniş etmişdir. -xx.xx.2024-cü il tarixli Kapital Bank ASC-in Mərkəzi filialının Bakı şəhəri,Nəsimi rayonu,Bülbül prospekti 60 ünvanına yerləşən depozit seyflərinin açılması haqqında aktdan görünür ki, seyf müştəri tərəfindən təqdim edilmiş açarla açılmışdır. İçəri boşdur,açar və qıfıl kassaya təhvil verilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin depozit seyfinin icarə müqaviləsi olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-in 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə müqavilə üzrə borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində borc məbləği 360 manat tələb edilir. İş materiallarından olan müqavilədən də görünür ki, aylıq icarə haqqı 30 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında müqavilə 24 avqust 2023-cü il tarixdə bağlanmış, müqavilə üzrə saxlanca məbləği qismində 300 manat, müqavilə üzrə 90 manat məbləğində pul ödənilmiş, daha sonra ödənişlər həyata keçirilməmişdir. Beləliklə cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və tam icra edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin qaytarılmasını tələb etdiyindən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 360 manat pul vəsaitinin və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış manat) manat pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar