Məhkəmə qərarları › İş №e-2(005)-597/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-597/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-597/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (açar sözlər: kredit borcunun mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, 373.27 manat əsas, 134.28 manat faiz borcu olmaqla, ümumilikdə 507.55 manat məbləğində pul vəsaitin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 27 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 850 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2021-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, X5 xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 373.27 manat əsas, 134.28 manat fazi borcu olmaqla, cəmi 507.55 manat borcu qalmışdır. Cavabdeh Əliyev X4 Rəna Həbib qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 507.55 manat olduğundan, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbində qeyd olunan borcu qəbul etdiyini bildirdi. III. İşin faktiki halları: İş materiallarında olan: - "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 27 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 850 manat məbləğində nağd kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə əsasən Borc verən Borc alana 27 (iyirmi yeddi) ay müddətində (xx-xx-2021 tarixədək) 850 AZN (səkkiz yüz əlli manat 0 qəpik) məbləğində, kreditdən istifadəyə görə İllik 27% (iyirmi yeddi) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1,2ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür, - xx.xx.2018-ci il tarixli BPM**********93 saylı məxaric orderindən görünür ki, X7 850 manat məbləğində kredit vəsaitini bankdan – Asan 1 şöbəsindən təhvil almışdır. - Maliyyə arayışından görünür ki, X5 xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixədək nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 373.27 manat əsas, 134.28 manat fazi borcu olmaqla, cəmi 507.55 manat borcu qalmışdır. - AZ-İİ seriyalı 075750 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2034/2023 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X6 xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və qanun üzrə vərəsəsi Cavabdeh (qeydiyyatda olduğu ünvan: Baki Şəhəri, Nərimanov Rayonu, Xətai Prospekti, ev 5, mənzil 69b) xx.xx.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Baki Şəhəri, Nərimanov Rayonu, Xətai Prospekti, ev 5 ünvanında yerləşən yaşayış sahəsi 36.5 kv.m olan 2 otaqlı 69b nömrəli mənzildən ibarətdir. - "xxxx" ASC tərəfindən X5 vərəsəsi Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 27 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 850 manat məbləğində nağd kredit verilmişdir. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, borclu kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq X7 müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Onun banka əsas və faiz borcu qalmışdır. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, onun vərəsəsi - Cavabdehdır. Cavabdeh xx.xx.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə cavabdehə bildiriş ünvanlanmış, lakin müqavilələr üzrə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. X3 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Belə ki, kredit müqavilələri üzrə ödənişlər müqavilədə müəyyən edilmiş müddətdə və qaydada banka ödənilməmişdir. Bununla da müqavilənin şərtləri X1 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 558.1 -ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixində vəfat etmiş X5 qanun üzrə vərəsəsi Cavabdehdur. Ona xx.xx.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Baki Şəhəri, Nərimanov Rayonu, Xətai Prospekti, ev 5 ünvanında yerləşən yaşayış sahəsi 36.5 kv.m olan 2 otaqlı 69b nömrəli mənzildən ibarətdir. X5 qanun üzrə vərəsəsi olan Cavabdeh mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə X2nın vəfatı ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələei ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən, 373,27 (üç yüz yetmiş üç manat iyirmi yeddi qəpik) manat əsas, 134,28 (yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 507,55 (beş yüz yeddi manat əlli beş qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən, 373,27 (üç yüz yetmiş üç manat iyirmi yeddi qəpik) manat əsas, 134,28 (yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 507,55 (beş yüz yeddi manat əlli beş qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar