Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-61/2025 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 177.615,6 manat, faiz borcu üzrə 44.022,59 manat və cərimə borcu üzrə 0,04 manat olmaqla, cəmi 221.638,23 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda məhkəməyə müraciət üçün ödənilmiş 467,42 manat dövlət rüsumu və 0,70 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metrdən ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən mənzil almaq üçün Cavabdeh3 illik 8 faiz olmaqla, 240 ay müddətinə 189.000 manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 43-xx-xx-2016-TN-BP nömrəli, xx.xx.2016-ci tarixli Kredit müqaviləsinin təminatı kimi elə eyni tarixdə yəni, xx.xx.2016-cı ildə ayrı-ayrılıqda X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə bank arasında 43-xx-xx-2016-TN-BP nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Daha sonrasında Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2021-ci il tarixli, 43-xx-xx-2016-TN-BP nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr ibarət yaşayış sahəsi (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301- 093061) ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən tərəflərə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəflərindən ümumilikdə 46,45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehlərin əsas borc üzrə 177.615,6 manat, faiz borcu üzrə 44.022,59 manat və cərimə borcu üzrə 0,04 manat olmaqla, cəmi 221.638,23 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə tərəflərə xx.xx.2023cü il tarixində Cavabdeh3 və X3 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə 6-2-22/2- 22108/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 467,42 manat dövlət rüsumu və 0,70 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 43-xx-xx-2016- TN-BP nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 177.615,6 manat, faiz borcu üzrə 42.482,2 manat olmaqla, cəmi 220.097,8 manat kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda məhkəməyə müraciət üçün ödənilmiş 467,42 manat dövlət rüsumu və 0,70 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metrdən ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 43-xx-xx-2016- TN-BP nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 178.139,59 manat, faiz borcu üzrə 42.180,79 manat olmaqla, cəmi 220.320,38 manat kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda məhkəməyə müraciət üçün ödənilmiş 510,32 manat dövlət rüsumu və 1,10 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metrdən ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 43-xx-xx-2016- TN-BP nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 178.139,59 manat, faiz borcu üzrə 45.239,73 manat olmaqla, cəmi 223.379,32 manat kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda məhkəməyə müraciət üçün ödənilmiş 513,38 manat dövlət rüsumu və 1,90 manat bank xidmət haqqının, əlavə olaraq məhkəməəştəəşünaslıq ekspertizasının dəyəri olan 250 manat məbləğində xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metrdən ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 43-xx-xx-2016- TN-BP nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 178.139,59 manat, faiz borcu üzrə pretenziya məktubunun göndərilmə tarixinə qədər (illik 8%) 26.836,78 manat və pretenziya məktubunun göndərilmə tarixindən sonra (illik 5%) 22.242,47 manat olmaqla, 49.079,25 manat, cəmi 227.218,84 manat kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda məhkəməyə müraciət üçün ödənilmiş 517,52 manat dövlət rüsumu və 2,30 manat bank xidmət haqqının, əlavə olaraq məhkəmə-əştəəşünaslıq ekspertizasının dəyəri olan 250 manat məbləğində xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metrdən ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301- 093061) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci tarixdə verilmiş ərizəni müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirmişdir ki, ipoteka predmetinin qiymətləndirilməsi barədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və “X5 Mərkəzi” MMC-nin verdikləri rəylər üzrə qoyulmuş qiymətlə razıdırlar. Cavabdeh tərəfindən verilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə isə razı deyildirlər, həmin rəydə qoyulmuş qiymət süni şəkildə şişirdilmiş qiymətdir. Məhkəmədən dəqiqləşdirilmiş iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin (nümayəndələrinin) iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinin surətindən görünür ki, ASC Cavabdeh3 Cavabdeh1 MTK ilə arasında imzalanmış xx.xx.2016-cı il tarixli ABB YM-5 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 240 ay müddətinə illik 8 faiz hesablanmaqla geri qaytarılması nəzərdə tutulan 189.000 manat kredit verilməsini öhdəsinə götürmüşdür. Kredit üzrə öhdəliklərin təminatı ipoteka və zaminlik müqavilələri olmuşdur. - "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə zamin X6 arasında bağlanmış 43xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsinə öhdəsinə götürmüşdür. - "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə zamin Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsinə öhdəsinə götürmüşdür. - İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan-borc alan Cavabdeh3 arasında bağlanan xx.xx.2021-ci il tarixli 43-xx-xx-2016-TN-BP nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 Yeni qaydalarla: AZ1078 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr ibarət yaşayış sahəsi (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti olan əmlak ipoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, xidmət haqları (komissiyalar), ipoteka saxlayana dəymiş zərər və bu müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir. - "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş borca dair malliyə arayışının surətindən görünür ki, Cavabdeh3 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 177.615,60 manat əsas, illik 8% hesablanmaqla 26.836,78 manat faiz, illik 5% hesablanmaqla 18.402,95, cəmi 222.855,33 manat borcu vardır. - "xxxx" ASC tərəfindən göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit borcu ödənilmədiyi üçün Cavabdeh3 məxsus ipoteka predmetinə tutma yönəldilməsi barədə borclular xəbərdar edilmişdir. - "xxxx" ASC tərəfindən göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X6 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdirlər. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinin bazar dəyəri xx.xx.2025-ci il tarixə 318.000 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/404 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 43-xx-xx- 2016-TN-BP saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) və xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə): əsas borc üzrə: 178.139,59 manat; faiz borcu üzrə: 43.795,76 manat; xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə: 178.139,59 manat; faiz borcu üzrə: 48.269,05 manat; Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/89xx-xx/8918 nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 256.680,00 manat (124,0 kv.mx2070 manat) manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 231.012,00 manat (256680,00 manat-10%) məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. - “X5 Mərkəzi” MMC-nin YDQM № 119-161/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinin qiymətlədirmə tarixinə bazar dəyəri 302.000 manat, likvid dəyəri 286.000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 250 manat "xxxx" ASC tərəfindən MMC-nin hesabına ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5252 nömrəli xx.xx.2026-cı il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 43-xx-xx-2016-TN-BP saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2023-cü il tarixə (1-ci sualda soruşulan tarixə) və xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə: 178.139,59 manat; faiz borcu üzrə: 44.191,63 manat; xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə: 178.139,59 manat; faiz borcu üzrə: 44.191,63 manat; əldən çıxmış fayda borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmaqla: 18.580,95 manat Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh3 Cavabdeh1 MTK ilə arasında imzalanmış xx.xx.2016-cı il tarixli ABB YM-5 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 240 ay müddətinə illik 8 faiz hesablanmaqla geri qaytarılması nəzərdə tutulan 189.000 manat kredit verilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Bankla cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X6 arasında zaminlik müqavilələri, həmçinin Bankla Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün zamin durmağı öhdələrinə götürmüşdürlər. Həmçinin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2- ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü ci maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı bank tərəfindən borcalan-Cavabdeh3 240 ay müddətinə, illik 8 faiz olmaqla 189.000 manat məbləğində kredit verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi və təqdim edilmiş işin digər sənədləri, həmçinin cavabdehin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh-borcalan isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh3 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsiri pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqavilələrinə əsasən, əsas və faiz borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbi üzrə cavabdehdən 178.139,59 manat əsas, 26.836,78 manat illik 8 faiz (müqavilə ilə nəzərdə tutulmuş) hesablanmaqla yaranmış faiz və 22.242,47 manat illik 5 faiz (gecikdirilmiş) hesablanmaqla yaranmış faiz borcunun ödənilməsini tələb edir (tələb dəqiqləşdirilmişdir). Əsas borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5252 nömrəli xx.xx.2026-cı il tarixli ekspert rəyi ilə əsas borcun məbləğinin xx.xx.2025-ci il tarixinə 178.139,59 manat olduğu müəyyən edilmişdir. Həmçinin iddia tələbindən də göründüyü kimi, iddiaçı əsas borc üzrə 178.139,59 manat tələb edir. Odur ki, məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Kredit müqaviləsi üzrə illik 8 faiz hesablanmaqla müəyyən edilən faiz borcunun məbləğinə gəlincə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddiaçı cavabdehlərə göndərdiyi pretenziya məktubunun tarixinə, yəni xx.xx.2023-cü il tarixə yaranmış müqavilə üzrə müəyyən edilmiş faiz borcunun ödənilməsini tələb edir. Eyni tarixə ekspert rəyi ilə faiz borcunun məbləği isə 44.191.63 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Məhkəmə kredit müqaviləsi üzrə faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Belə ki, ekspert rəyində göstərilən məbləğ (44.191,63 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla, iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini 26.836,78 manat həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə illik 8 faiz olmaqla hesablanan faiz borcu iddia tələbində göstərilən həddə, yəni 26.836,78 manat məbləğində müəyyən edilməlidir. İddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 22.242,47 manat pulun cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5252 nömrəli xx.xx.2026-cı il tarixli eksper rəyində qeyd edilən faiz borcunun məbləği xx.xx.2025-ci il tarixə 18.580,95 manat müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2026-cı il tarixdə verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində illik 5 faizlə hesablanmış faiz məbləğini 22.242,47 manat məbləğində tutulmasını xahiş etmişdir. Nəzərə alsaq ki, iddiaçının illik 5 faiz hesablanmaqla borc tələb etməsi cavabdehin borcunu gecikdirdiyi hər hansı vaxtla məhdud deyildir, bütün gecikdirilmiş vaxtı özündə ehtiva edir, bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, iddia tələbin uyğun olaraq cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 22.242,47 manat məbləğində pul tutulmalıdır. Həmçinin iddiaçı qeyd olunan borc məbləğlərinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit və zaminlik müqavilələri xx.xx.2016-cı il tarixdə 240 ay müddətinə bağlanmış, yəni müqavilələr üzrə öhdəliklərin son yerinə yetirilmə müddəti xx.xx.2036-cı il tarixi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından və iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədiyindən hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 müştərək qaydada yönəlməlidir. Həmçinin iş üzrə tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinə yönəldilərək hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra "xxxx" ASC-nə olan kredit borcunun ödənilməsi tələbi vardır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.4-cü maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq ipoteka münasibətini müəyyən etmişdir. İpoteka müqaviləsinə görə ipoteka qoyan əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, ipoteka saxlayan isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka ilə təmin edilmiş öhdəlik üzrə ipoteka saxlayanın hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən təminat alsın. Hazırki iş üzrə bank və Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən, bank borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tutma, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və borc mənzilin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməlidir. Cavabdeh1 MTK-nın nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün məznilin təkrar qiymətləndirilməsinin keçirilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı ipoteka qoyanla ipoteka saxlayanın arasında mübahisə olduğundan və cavabdeh mənzilin bazar dəyərinin müəyyən edilməsi məqsədilə yazılı ərizə ilə məhkəməyə müraciət etdiyindən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb olunmuş və “X5 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mənzilin bazar dəyəri ilkin satış qiyməti 302.000 manat, likvid dəyəri isə 286.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadının 11-12-ci bəndlərində qeyd edilir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazardəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. (11-ci bənd) Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir (12-ci bənd). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərini ehtiva edir. Tərəflər arasında bağlanmış 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinin dəyəri 216.000 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin bağlanılmasından 10 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində ölkə ərazisində daşınmaz əmlak bazarında qiymət artımının olması inkarolunmazdır. Hazırkı halda, yuxarıda qeyd olunan mütəxəssis rəyini şübhə altına salacaq əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsinin likvid dəyəri – ilkin satış qiyməti 286.000 manat həddində müəyyən olunmalı və həmin mənzil açıq hərracdan satılaraq, iddiaçının pul tələblərinin təmin edilməsi həmin əmlakdan əldə edilən pul vəsaitinə yönəldilməlidir. Bununla yanaşı məhkəmə AR MM-nin 319.6-cı maddəsinə əsasən hesab edir ki, əgər ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ ipoteka verənə, yəni cavabdehə qaytarılmalıdır. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərin ödənilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Ona görə ki, borcun ödənilməsinin yalnız ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti ilə məhdudlaşdırmaq, satışdan əldə edilən pulun borcu əhatə etmədiyi halda, qətnamənin tam şəkildə icra edilməsini çətinləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehlərin məhkəmə xərclərindən azad olması halı müəyyən olunmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 517,52 manat, 2,30 manat bank xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 46,45 manat, iddiaçı tərəfindən qiymətləndirmə ekspertizası üçün “X5 Mərkəzi” MMC-nin xeyrinə ödənilmiş 250 manat məbləğində pulun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, bu tələb üzrə tutma da ipoteka predmetinə yönəlməli, eyni zamanda cavabdehlərdən müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 43-xx-xx-2016-TN-BP nömrəli xx.xx.2016-cı il tarixli kredit və zaminlik müqavilələri üzrə 178.139,59 manat əsas, 26.836,78 manat faiz, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 22.242,47 manat faiz borcu olmaqla, cəmi 227.218,84 manat kredit borcu, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 517,52 manat, 2,30 manat bank xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 46,45 manat, iddiaçı tərəfindən qiymətləndirmə ekspertizası üçün “X5 Mərkəzi” MMC-nin xeyrinə ödənilmiş 250 manat məbləğində pulun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 (yeni qaydalarla: AZ1078 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.metr olan yaşayış sahəsiniə (Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) yönəldilməli, mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 286.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 43-xxxx-2016-TN-BP nömrəli, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 178139,59 manat, faiz borcu üzrə pretenziya məktubunun göndərilmə tarixinə qədər (illik 8%) 26836,78 manat və pretenziya məktubunun göndərilmə tarixindən sonra gecikdirilmiş vaxt üçün (illik 5%) 22242,47 manat olmaqla, cəmi 227.218,84 (iki yüz iyirmi yeddi min iki yüz on səkkiz manat səksən dörd qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsum və xidmət haqqı, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 519,82 (beş yüz on doqquz manat səksən iki qəpik) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi ödənilmiş 250 (iki yüz əlli) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 Yeni qaydalarla: AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73, M19, m2 ünvanında yerləşən ümumi sahəsi 124 kv.m ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********73-05301-093061) yönəldilsin. Əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 286.000 (iki yüz səksən altı min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İpoteka predmetinin satışından əldə edilən vəsait ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ ipoteka predmetinin mülkiyyətçisi Cavabdeh3 qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-61/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-61/2025
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver