Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-616/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-4235/2022 nömrəli qətnaməsilə Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində 1305 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment Cavabdeh Bayramova (Məmmədova) Zümrüd Teymur qızının xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hal-Hazırda İddiaçı aliment kimi 340.08 manat məbləğində aliment alır. Sözügedən aliment məbləği uşaqların ehtiyaclarının təmin edilməsində kifayət etmir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “Aliment tələbinin artırılması” tələbinə dair 2(005)-4560/2023 nömrəli mülki iş üzrə birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, tərəflər arasında nikah pozulan zaman cavabdehin iki iş yerinin olması və hər iş yeri üzrə əmək haqqının təxminən 1000 manat ətrafında olması səbəbindən aliment onun qazancının 1/3 hissəsi kimi tutulmuşdur. Lakin bir müddət sonra cavabdeh bir iş yerindən çıxmışdır. Belə olan halda onun bir iş yeri üzrə əmək haqqından 1/3 hissədə tutma uşaqların saxlanılması üçün qətiyyən yetərli deyil. Həmçinin uşaqlardan biri xəstəlikdən əziyyət çəkir. Onun müayinə və müalicəsinə çəkilən xərcləri iddiaçı tam qarşılaya bilmir. Qeyd olunan səbəblərdən uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması zəruridir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4235/2022 saylı qətnaməsindən müəyyən olunur ki:
1. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində 1305 N-İi qeydlə rəsmiləşdirilən nikahın pozulması, həmin nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı himayəsində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın təmin edilməsi, Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində 1305 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması; xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh Bayramova (Məmmədova) Zümrüd Teymur qızının xeyrinə tutulması; Aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
Tərəflər xx.xx.2012-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh Bayramova (Məmmədova) Zümrüd Teymur qızının xeyrinə tutulması qət edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Tərəflərin nikahı məhkəmə qaydasında pozulan zaman cavabdehdən onun qazancının və (və ya) digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Əsas olaraq cavabdehin iş yerlərindən birindən çıxması səbəbindən onun qazancının bir hissəsi kimi tutulan alimentin uşaqların saxlanılması üçün yetərli olmadığı və uşaqlardan birinin daimi müayinə və müalicələrə ehtiyacı olması səbəbindən özünün qazancının da yetərsiz olduğunu bildirmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən uşağın saxlanılmasında iştirak etməyən valideynin daimi iş yeri və müntəzəm qazancı olduğu halda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment şəxsin qazancının müəyyən hissəsi miqdarında tutulur. Bu qaydadan istisnalar Ailə Məcəlləsində öz əksini tapmışdır. Belə ki, Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4235/2022 saylı qətnaməsi ilə alimentin cavabdehin qazancının müəyyən hissəsi kimi tutulması qət olunarkən ona əsaslanan hallardan biri olaraq da qeyd edilmişdir ki, “Cavabdeh Alyans Hüquq şirkətində direktor vəzifəsində çalışır, 1150 manat məbləğində maaş alır. Eyni zamanda Nirvana MMC-də direktor vəzifəsində çalışmaqla 1112 manat məbləğində maaş alır”. Aydın olur ki, uşaqların saxlanılması üçün aliment hər ay cavabdehdən minimum 754 manat miqdarında tutulurdu. Lakin hazırda cavabdeh "xxxx" MMC-də işləmir. Yəni cavabdehin yalnız bir iş yeri vardır və bu iş yeri üzrə aylıq əmək haqqı 1150 manat təşkil edir. Belə olan halda cavabdehdən uşaqların saxlanılması üçün aylıq aliment ~383,33 manat miqdarında tutulur. Bu məbləğ isə qətnamə qəbul olunan zaman tutulması qət olunan aliment məbləğindən əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Məhkəmə hazırda cavabdehdən onun qazancının 1/3 hissəsi kimi hesablanaraq tutulan aliment məbləğini nəzərdən keçirərək bu məbləğin uşaqların saxlanılması üçün yetərli olmadığı qənaətinə gəlir. Belə ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yəni iki uşaq üçün minimumj yaşayış xərci cəmi 470 manat müəyyən edilmişdir. Hazırda isə uşaqlar üçün aliment ~383,33 manat məbləğində tutulur. Eyni zamanda cavabdehin gəlirlərində yaranan bu qəfil dəyişiklik uşaqların yaşam səviyyəsinin mənfiyə doğru qəfil dəyişməsinə səbəb olur. Bu səbəbdən də iddiaçı alimentin sabit pul məbləğində təyin edilməsini xahiş edir. Bu tələbin qanuni əsası Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, uşaqların hazırda hesablanan aliment məbləğinin əvvəlki məbləğdən əhəmiyyətli dərəcədə aşağı olması səbəbindən əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması üçün alimentin tutulması qaydası dəyişdirilərək, aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə tutulmalı olan sabit aliment məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün 2024-cü il üçün yaşayış minimumu əsas götürülməklə aliment hər ay hər uşaq üçün 235 manat müəyyən edilməlidir. Qeyd edilənlənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4235/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4235/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda və qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aytən Novruzova