Məhkəmə qərarları › İş №e-2(005)-621/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-621/2023

02.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-621/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X31 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK və X12 hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün (Binanın eskiz layihəsi, MTKnın ümumi yığıncağının protokolundan çıxarış, maliyyə arayışı və binanın istismara qəbul edilməsinə dair aktın surəti) sənədlərin verilməsi cavabdehlərdən Cavabdeh2 MTK-ya həvalə edilməsi; ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinin boşaldırlaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxardılaraq, qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin həmin idarənin mühim işlər üzrə müstəntiqi vəzifəsini icra edən, 2-ci dərəcəli hüquqşünas Elnur Rüstəmovun vəsatəti əsasında ********* saylı cinayət işi üzrə əmlak üzərinə həbs qoyulması barədə təqdimatla Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi rayon Məhkəməsinin 5(001)-358/2019 saylı 16 may 2019-cu il tarixli qərarı ilə təqdimat təmin edilərək daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə həmin əmlaklardan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı 16 mart 2020-ci il tarixli Hökmü ilə mülki iddiaların təmin edilməsi üçün sadalanan əmlakların üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmış və həmin əmlaklara xüsusi müsadirə tətbiq edilmişdir. X7 Bakı Apelyasiya Məhkəməsində baxılmış və məhkəmənin 09 fevral 2021-ci il tarixli 1(103)-51/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı 16 mart 2020-ci il tarixli Hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Ali Məhkəmənin 2(103)-1231/2021 saylı xx.xx.2021 tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin 09 fevral 2021-ci il tarixli 1(103)-51/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xüsusi müsadirə tətbiq edilmiş ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) 2.08.2022-ci il tarixdə hərrac vasitəsi ilə İddiaçı satılmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmişdir. Tərəfindən verilmiş ərizəyə Binəqədi rayon Məhkəməsində baxılmış, məhkəmənin 7(001)-733/2022 saylı qərarı ilə əmlaka mülkiyət hüququnu təsdiq edən şəhadənnamənin alınması məqsədi ilə əmlak üzərinə Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı 16 may 2019-cu il tarixli qərarı ilə qoyulmuş həbs götürülmüşdür. Hazırda əmlaka mülkiyyət hüququnun qeydə alınması və əmlaka sahiblik etmək üçün Cavabdeh2 MTK tərəfindən əmlakın yerləşdiyi ünvan 3 ünvanında olan binaya protokoldan çıxarış, maliyyə arayışı, binanın eskiz layihəsi və binanın istismara qəbul edilməsinə dair akt qərəzli olaraq təqdim edilmir. Eyni zamanda digər Cavabdeh1 əmlakın üzərindən həb götürüldükdən sonra faktiki olaraq iddiaçıya məxsus əmlakı digər şəxsə kirayə verərək onun sahiblik hüququnu məhdudlaşdırmışdır. Eyni zamanda hər 2 cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilməsində maneələr yaradılmağa davam edir. Belə ki, əmlak boşaldılmır və hazırda cavabdehlərin istifadəsindədir. Bu da qanunla onun illərdir pozulmuş hüquqlarını pozmaqda davam edir və eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qərarlarının həyata keçirilməsinə ciddi və qərəzli maneə yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “X4” "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli 164/22 saylı Hərrac Yekunları barədə Protokolunun surətindən görünür ki, Bakı ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci tarixli icra vərəqəsi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 997310062/22-15-12 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 30 kv metr olan 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi 101100 manat ilkin hərracda satış qiymətilə tələbkar (qalib alıcı) İddiaçı satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinməsi və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, ..... Cinayət işi üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilməsi.... Cinayət işi üzrə zərərçəkmiş şəxslər .....İddiaçı 92.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər ...ödənilməsi, ..... Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş ......faktiki olaraq Elmira Şirinovanın özünə məxsus olmaqla.............. Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin.... üzərinə qoyulmuş həbsin saxlanılması. .... Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elmira Şirinovanın üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirənin tətbiq olunması hökm olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 1231/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, maraqlarına toxunan şəxs X5 nümayəndəsi vəkil X25 tərəfindən verilmiş kassasiya şikayəti, maraqlarına toxunan şəxs X8 və X3 nümayəndəsi vəkil X11 tərəfindən verilmiş kassasiya şikayəti, Cavabdeh1, X9, X14 nümayəndəsi vəkil X10 tərəfindən verilmiş kassasiya şikayəti, X2, X6, X18, X15 və X1 nümayəndəsi vəkil X21 tərəfindən verilmiş kassasiya şikayəti, maraqlarına toxunan şəxs X16 tərəfindən verilmiş kassasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən, İddiaçı 92.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərərin ödənilməsi, Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş faktiki olaraq Elmira Şirinovanın özünə məxsus olmaqla, Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs saxlanılmışdır, təqsirləndirilən şəxs Elmira Şirinovanın üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunmuşdur. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 30 kv metr olan 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli 164/22 saylı Hərrac Yekunları barədə Protokoluna əsasən İddiaçı satılmışdır. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, əmlaka mülkiyyət hüququnun qeydə alınması və əmlaka sahiblik etmək üçün Cavabdeh2 MTK tərəfindən əmlakın yerləşdiyi ünvan 3 ünvanında olan binaya protokoldan çıxarış, maliyyə arayışı, binanın eskiz layihəsi və binanın istismara qəbul edilməsinə dair akt əldə edə bilmir, habelə digər Cavabdeh1 əmlakın üzərindən həbs götürüldükdən sonra faktiki olaraq iddiaçıya məxsus əmlakı digər şəxsə kirayə verərək onun sahiblik hüququnu məhdudlaşdırıb. Eyni zamanda hər iki cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilməsində maneələr yaradılmağa davam edir. Belə ki, əmlak boşaldılmır və hazırda cavabdehlərin istifadəsindədir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 30 kv metr olan 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini İddiaçı qalib alıcı olaraq hərrac vasitəsilə əldə etdiyindən onun qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququ gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddiaçı cavabdeh tərəfin hərrac nəticəsində əldə etdiyi qeyri-yaşayış sahəsinə dair “Binanın eskiz layihəsi, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış, maliyyə arayışı və binanın istismara qəbul edilməsinə dair aktın surəti”nin ona verməməsini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 139-1.1.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, cavabdeh “Binanın eskiz layihəsi, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış, maliyyə arayışı və binanın istismara qəbul edilməsinə dair aktın surəti”nin ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Bununla yanaşı məhkəmə iddiaçının iddia tələbinin digər hissələrinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinin boşaldırlaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxardılaraq, qeyri-yaşayış sahəsinin İddiaçı verilməsini tələb edir. Bildirir ki, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokola əsasən mübahisəli əmlakı əldə etməsinə baxmayaraq, Cavabdeh1 qeyri-yaşayış sahəsindən istifadə etməkdə davam edir, çıxmaq istəmir, habelə cavabdeh həmin qeyri-yaşayış sahəsini digər şəxslərin istifadəsinə vermişdir. Dəfələrlə qeyri-yaşayış sahəsini boşaldılması və iddiaçıya təhvil verməsini tələb etsə də nəticəsi olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsini İddiaçı hərracda əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsi hər hansı hüquqi əsas olmadan cavabdehlər tərəfindən istifadə edilir. İddiaçı qanuni sahib olmaqla, həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdehlər Cavabdeh2 MTK və X12 hərəkətlərinin qanunsuz hesab edilməli, ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün (Binanın eskiz layihəsi, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış, maliyyə arayışı və binanın istismara qəbul edilməsinə dair aktın surəti) sənədlərin verilməsi Cavabdeh2 MTK-ya həvalə edilməli, ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyriyaşayış sahəsinin boşaldılaraq cavabdehlər Cavabdeh2 MTK-nın və X12 istifadəsindən alınmalı, cavabdeh və digər şəxslər həmin qeyri-yaşayış sahəsindən çıxardılmalı, qeyriyaşayış sahəsi İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 MTK və X12 hərəkətləri qanunsuz hesab edilsin. ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün "Binanın eskiz layihəsi, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış, maliyyə arayışı və binanın istismara qəbul edilməsinə dair aktın surəti"nin verilməsi Cavabdeh2 MTK-ya həvalə edilsin. ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehlər Cavabdeh2 MTK-nın və X12 istifadəsindən alınsın. Cavabdeh və digər şəxslər həmin qeyri-yaşayış sahəsindən çıxarılsın və qeyriyaşayış sahəsi İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar