Məhkəmə qərarları › İş №e-2(005)-626/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-626/2024

30.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-626/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (birinci iş üzrə iddiaçı) İddiaçı cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair; Birləşdirilmiş icraat üzrə iddiaçı (ikinci iş üzrə iddiaçı) Cavabdehlər (ikinci iş üzrə cavabdehlər) İddiaçı və X14 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B, 27 saylı mənzilin əvəzində ona verilən mənzildən istifadə hüququnun tanınması, iddiaçının orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin oğludur və doğulduğu vaxtdan cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşamışdır. İddiaçı tərəfindən verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, “X2” MMC tərəfindən ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən çoxmənzilli binanın sökülərək yerində yeni binanın tikinti işləri həyata keçirilməkdədir. Lakin həmin məktubda cavabdehlə bağlanan müqavilə barəsində məlumat verilməkdən imtina olunmuşdur. Cavabdeh binanın sökülməsi ilə əlaqədar iddiaçıdan mənzili tərk etməsini və yeni tikiləcək binada ona verilən mənzildə birgə yaşayışı davam etdirəcəklərini iddiaçıya bildirmişdir. Yeni bina tikildikdən və yeni mənzil cavabdehə təhvil verildikdən sonra isə cavabdeh həmin mənzildən istifadəyə mane olmuş, iddiaçının həmin mənzildə yaşamasına imkan verməmişdir. Ona görə də iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək İddiaçı ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 8 saylı mənzildən istifadə hüququnun tanınması, iddiaçının orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək iddiaçının qanunsuz, əsassız və həqiqəti əks etdirməyən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Architectural Constuction GROUP MMC ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 17anov rayonu, Əliyar Əliyev 41 B ünvanında, 1-ci blokun, 2-ci mərtəbəsində yerləşən, 8 saylı, 1 otaqlı, ümumi 45 kv.m ibarət olan təmirli mənzili Əliyar Əliyev küçəsi, ev 41 ünvanında sökülmüş mənzili əvəz edir. İddiaçının tələbinə münasibətdə qeyd edilir ki, iddiaçının sözügedən ünvan 1 ünvanında qeydiyyatda olması formal xarakter daşımışdır. Belə ki, uşaqların anası ilə Cavabdeh arasında olan nikaha 2003-ci ildə ləğv edilmiş və uşaqlar analarının himayəsində qalmışdır. Uşaqlar həmin vaxtdan bu günə qədər bir gün belə olsun həmin evdə yaşamamışlar. Əgər yaşamamışlarsa hansı istifadə hüququndan söhbət gedə bilər?! Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd olunanla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, o, həmin mənzildə yaşayırdı. İddiaçı 8 ildir evlidir. Cavabdeh isə yenidən nikaha daxil olmuş, 20 ildən çoxdur ki evlidir və 2 övladı var. Əgər iddiaçı iddia edirsə, o evdə yaşamışdırsa, 8 nəfərin 20 kv.m evdə yaşaması məntiqə uyğun deyildir. İddiaçı Cavabdehlər İddiaçı və X14 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X10 ünvan 17anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzilə dair istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdehlər İddiaçı və X14 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair 2(005)-1526/2024 saylı mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-626/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması, ikinci iş üzrə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə Cavabdeh vəkili Vəkil2 ikinci iş üzrə iddianın təmin olunmasını, birinci iş üzrə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, cavabdehlə 2003-2004-cü illərdən etibarən qonşu olmuşlar. Bina sökülən zaman cavabdeh ona mənzili satmaq istəsə də, oğlu ilə bağlı problemlər olduğunu bildirmişdir. X11 bildirir ki, iddiaçının mübahisəli mənzildə yaşadığını heç görməmişdir. Suallara cavab olaraq qeyd etdi ki, DİN tərəfindən 2003-cü ildə order əsasında yaşayış mənzili verilirdi. O, cavabdehin əvvəlki ailəsini ümumiyyətlə tanımamış, yalnız 2-ci ailəsi barədə məlumatı var. Cavabdehlə mənzilləri yanaşı yerləşirdi. Cavabdehin mənzili 1 otaqdan ibarət olmaqla, sahəsi 20-22 kv.m idi. Mənzillərin sahəsi hamıda eyni idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh 1994-1995-ci ildən etibarən tanıyır və o, qonşusudur, iddiaçını isə tanımır. 1986-cı ildən etibarən o, sökülən binada yaşayır. Atası Cavabdeh kimi polis işçisi olduğuna görə, ona həmin binada mənzil verilmişdi. Təqribən 1997-1988-ci ildən etibarən cavabdehin 2-ci ailəsini tanımış, onun 1-ci ailəsi barədə məlumatı yoxdur. Onlar 1-ci, cavabdeh isə 3-cü mərtəbədə olmaqla bina sökülənə qədər həmin ünvanda yaşamışlar. Əlavə olaraq qeyd edir ki, ona məxsus mənzil artım olduğuna görə, 45 kv.m idi, lakin mənzillərin standart sahəsi 1 otaqlı olmaqla 19-23 kv.m idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbi təmin edilməməli, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdehlər İddiaçı, X14 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “X2” MMC tərəfindən ünvan 3 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bildirilir ki, "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılmasını həyata keçirir. "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti yalnız mənzil mülkiyyətçiləri ilə müqavilə bağlayır. İddiaçı ilə aralarında heç bir müqavilə yoxdur. - AZ-İ 163875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Xaçmaz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X6r. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh 27 mart 2007-ci ildən ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi ev 41B, mənzil 27 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər İddiaçı, X23, X15, X12, X13, X19, X20, X21, X16r. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B, mənzil 27 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - “X2” MMC ilə Cavabdeh arasında bağlanmış 034/A №-li, 01 mart 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasından mənzili “Vətəndaş”ın mülkiyyətinə verir, “Vətəndaş” isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilən qaydada “Satıcı”ya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Vətəndaş” yuxarıda göstərilən yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, 8 saylı, 1 otaqlı, ümumi sahəsi 45,0 m2-dən ibarət olan təmirli mənzili Əliyar Əliyev küç.,ev 41 B ünvanında sökülmüş mənzili ilə əvəz edir. Müqavilənin 2.3-cü bəndinə əsasən “Vətəndaş”a 1,0 m2 sahənin ödənişi, 1300 manat şirkət tərəfindən ödəniləcək. - 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayonu, Əşrəf Əliyev 41B ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 13 nömrəli sərəncamına əsasən sökülmüşdür. İddiaçı xx.xx.1992-ci il tarixdən göstərilən binada valideynləri ilə birgə qeydiyyatda olmuşdur. Qeydiyyata hansı sənədə əsasən götürülməsi barədə 134 saylı MKİS-də heç bir sənəd yoxdur. - Bakı şəhəri, ünvan 10 ünvanda yaşamış X3 tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, bildirilir ki, X7 ilə Cavabdeh arasında olan nikah 2003-cü il tarixdə pozulduqdan sonra, X7 himayəsində olan 2 uşağı (X17, İddiaçı) götürərək Xaçmaz rayonuna köçmüş, ümumiyyətlə, bir gün belə ünvan 1 ünvanda yaşamamışlar. - ünvan 12anında qeydiyyatda olan və həmin ünvanda yaşamış X11 tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, bildirilir ki, X7 ilə Cavabdeh arasında olan nikah 2003-cü il tarixdə pozulduqdan sonra, X7 himayəsində olan 2 uşağı (X17, İddiaçı) götürərək Xaçmaz rayonuna köçmüş, ümumiyyətlə, bir gün belə ünvan 1 ünvanda yaşamamışlar. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1207/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə Bayramova (Qədirova) Məhbubə Qubad qızı arasında xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kənd XDS İK-da bağlanmış 52 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.1988-ci il təvəllüdlü X20 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh X4 himayəsində və tərbiyyəsində saxlanılması, xx.xx.1988-ci il təvəllüdlü X20 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək iddiaçı Cavabdeh 18 iyul 2003-cü il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi alınıb cavabdeh X5 verilməsi qət edilmişdir. - Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz Rayon X33 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X20 1995-ci ildə A.Məmmədov adına X33 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və tam orta təhsil haqqında sənədlə təmin olunmuşdur. - Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz Rayon X33 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 1997-ci ildə A.Məmmədov adına X33 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 2006-cı ildə 9-cu sinfi bitirmiş və ümumi orta təhsil haqqında sənədlə təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər, yəni söküntüsü aparılmış mənzillə bağlı məsələlər 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı üçün İddiaçı və Adil Qədirovun mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığının müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, hazırda birinci iş üzrə iddia tələbi yeni inşa edilmiş mənzilə istifadə hüquqlarının tanınması olsa da, söküntüsü aparılmış mənzil Cavabdeh istifadə və sahibliyinə 1992-ci il tarixdən verildiyi üçün əvvəllər qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, birinci iş üzrə İddiaçı ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı ilə bağlı mübahisə mövcuddur. Belə ki, birinci iş üzrə cavabdehin verdiyi izahatlara və yazılı etirazlarına əsasən, ikinci iş üzrə cavabdehlər söküntüsü aparılmış mənzildə yaşamamışlar, yalnız X20 qısa müddət yaşamış, daha sonra anaları ilə daimi yaşamaq üçün başqa ünvana köçmüşlər, hətta cavabdehlər ümumi təhsillərini Xaçmaz rayonunda almışlar. Bununla yanaşı birinci iş üzrə İddiaçı doğulduğu vaxtdan yəni xx.xx.1990-cı il tarixdən sökülmüş ünvanda yerləşən mənzildə yaşamaqla qeydiyyatda olduğunu, binanın sökülməsi ilə əlaqədar mənzili tərk etdiyini və yeni tikiləcək binada veriləcək mənzildə yaşaması üçün ona şərait yaradılacağı iş üzrə Cavabdeh tərəfindən əmin edilmişdir. Birinci iş üzrə Cavabdeh iddianı qəbul etməyərək, söküntüsü aparılmış mənzilin 1992-ci ildə polis orqanlarında işlədiyinə görə verildiyini, həmin mənzildə cavabdehlər qeydiyyata alınsalar da keçmiş arvadı - cavabdehlərin anası tərəfindən həmin mənzildə qəti olaraq yaşamağa etiraz edildiyi, bu səbəbdən də övladlarını götürüb getdiyini bildirir. ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzil ilə bağlı birinci iş üzrə Cavabdeh istifadə hüququ 1992-ci ildən sonra yarandığından müvafiq münasibətlərə yuxarıda qeyd olunan maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Belə olan təqdirdə hazırda məhkəmədə müəyyən olunmalıdır ki, İddiaçı və X10 ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzildən istifadə hüquqları yaranmışdırmı, əgər yaranmışdırsa həmin hüquqlar itirilmişdirmi yoxsa hazırda da mövcuddurmu? Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh və onun övladları İddiaçı, X20 ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi ev 41B, mənzil 27 ünvanında qeydiyyatdadırlar. Həmçinin, 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən göstərilən binada valideynləri ilə birgə qeydiyyatda olmuşdur. “X2” MMC ilə Cavabdeh arasında bağlanmış 034/A №-li, 01 mart 2022-ci il tarixli müqaviləyə əsasən “Satıcı” ünvan 17anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasından mənzili “Vətəndaş”ın mülkiyyətinə verir, “Vətəndaş” isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilən qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı qeyd olunan mənzildən istifadə hüququn tanınması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh isə cavabdehlər - İddiaçı və X1 mənzildən istifadə hüququnun olmamasının müəyyən olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələblərindən birinin təmin olunması digərinin təmin olunmasını aradan qaldırır, belə ki, birləşdirilmiş iş üzrə iddiaçının tələbinin təmin olunması, birinci iddia üzrə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması tələbinin təmin olunmasını istisna edir yaxud da tərsinə. Yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd edir ki, işin məhkəmədə müəyyən edilmiş faktiki halları və şahid ifadələrinə əsasən, ikinci iş üzrə cavabdehlər İddiaçı və X10 mübahisəli mənzildə yaşamaları, o cümlədən həmin mənzildən təyinatı üzrə istifadə etmələri müəyyən edilmir. Belə ki, məhkəməyə sübut qismində təqdim olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz Rayon X33 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli arayışlarından da göründüyü kimi ikinci iş üzrə cavabdehlər 1995-ci il və 1997-ci il tarixlərində müvafiq olaraq A.Məmmədov adına X33 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, məktəbi bitirənədək, yəni 2006-cı il tarixdədək həmin məktəbdə oxumuşlar. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1207/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh Bayramova (Qədirova) Məhbubə Qubad qızı arasında olan nikah pozulmuş, xx.xx.1988-ci il təvəllüdlü X20 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh X4 himayəsində və tərbiyəsində saxlanılması qət olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdehlər İddiaçı və X20 hələ valideynlərinin nikahlarının rəsmi qaydada pozulmasından əvvəl Xaçmaz Rayon X33 Orta Məktəbində təhsil almağa başlamışlar, nikah rəsmi pozulduqdan sonra anaları Bayramova (Qədirova) Məhbubə Qubad qızının himayəsində saxlanılmış və həmin dövrdə Xaçmaz rayonunda yaşamışlar. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, ikinci iş üzrə iddiaçı Cavabdeh təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X3 da ifadələrində hazırki mübahisəli hala dair faktları təsdiq edərək, İddiaçı habelə X10 mübahisəli mənzildə yaşadığını görmədiklərini, onları tanımadıqlarını, Cavabdeh hazırki ailəsinin ikinci nikahı olmasından məlumatlı olmadıqlarını, o cümlədən hazırki nikahından dünyaya gəlmiş övladlarını tanıdıqlarını bildirmiş, mülki iş üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəlilləri barədə faktları təsdiqləmişlər. Beləliklə, ikinci iş üzrə cavabdehlər İddiaçı və X10 mübahisəli mənzildə heç vaxt yaşamadıqları şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarında olan 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən Nərimanov rayonu, Əşrəf Əliyev 41B ünvanında yerləşən binada valideynləri ilə birgə qeydiyyatda olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxsin mənzildə pasport qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, birləşdirilmiş iddia üzrə digər cavabdeh X20 məhkəmə iclaslarında iştirak etməmiş, onun tərəfindən iddia tələbinə heç bir münasibət bildirilməmişdir. Beləliklə, işin faktiki hallarına və şahid ifadələrinə əsasən müəyyən olunmuşdur ki, cavabdehlər faktiki olaraq ünvan 17anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzil ünvanda yaşamamışlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşıyır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdehlərin pasport qeydiyyatına alınması, onların həmin mənzildən istifadə hüququnu yaratmır. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdehlər İddiaçı, X14 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmadığından onun tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, birləşdirilmiş icraat üzrə iddiaçının tələbi isə təmin olunduğundan onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər İddiaçı, X8 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödəniməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbi təmin olunmasın. Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdehlər İddiaçı, X14 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” təmin edilsin. Cavabdehlər İddiaçı və X10 ünvan 17anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzilə istifadə hüququnun olmadığı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Birləşdirilmiş icraat üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər İddiaçı, X8 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar