Məhkəmə qərarları › İş №e-2(005)-631/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-631/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-631/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri 09 saylı Notariat ofisinə və "xxxx" MMC-yə qarşı, Maraqlı şəxs ASC və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən maraqlı şəxslər qismində cəlb olunmaqla, “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 09 saylı Notariat ofisinə qarşı, Maraqlı şəxs ASC və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi mübahisə predmeti barədə mütsəqil tələb irəli sürməyən maraqlı şəxslər qismində cəlb olunmaqla, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş 15 avqust 2022-ci il tarixli, 8İ-8536 №-li icra qeydinin; 18 avqust 2022-ci il tarixli, 8İ-8689 №-li icra qeydinin və 18 avqust 2022-ci il tarixli, 8İ-8690 №-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 15 avqust 2022-ci il tarixli, 8İ-8536 №-li icra qeydi üzrə İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü 370000 manat məbləğində kreditin, xx.xx.2020-ci il tarixli 448/M saylı kredit müqaviləsinə əlavəyə əsasən borcunun istifadə müddəti 12 ay müddətinə, xx.xx.2021-ci il tarixinə qədər artırılmış 370000 ABŞ dolları məbləğində olan kreditin qalıq borcu 370000 ABŞ dolları məbləğində olan kreditin öhdəliklərinin pozulmasından yaranan 448/m saylı kredit müqaviləsi üzrə 140 869,52 ABŞ dolları əsas borc, 446,07 ABŞ dolları faiz borcu, cəmi 141315,59 ABŞ dolları məbləğində borcun Maraqlı şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylıevin 16 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 149550 ABŞ Dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat məbləğin borcludan tutulmasımüəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 18 avqust 2022-ci il tarixli, 8İ-8689 №-li icra qeydi üzrə İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü ******* ABŞ Dolları məbləğində kreditin, kreditin öhdəliklərinin pozulmasından yaranan 447/M saylı kredit müqaviləsi üzrə 244 845,34ABŞ dollarıəsas borc, 7100,52ABŞ dolları faiz borcu, cəmi 251945,86ABŞ dolları məbləğində borcun Maraqlı şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylıevin 7 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 194310 ABŞ Dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat məbləğin borcludan tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 18 avqust 2022-ci il tarixli, 8İ-8690 №-li icra qeydi üzrə İddiaçı Maraqlı şəxs ASCdən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü ******* ABŞ Dolları məbləğində kreditin, kreditin öhdəliklərinin pozulmasından yaranan -447/M saylı kredit müqaviləsi üzrə 244 845,34 ABŞ dolları əsas borc, 7100,52 ABŞ dolları faiz borcu, cəmi 251945,86 ABŞ dolları məbləğində borcun Maraqlı şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 2 ünvanında qeydiyyatda olan Yusif zadə Azəri Elmar oğluna məxsus ipoteka predmeti olan Bakışəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 250000 ABŞ Dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat məbləğin borcludan tutulması müəyyən edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 15 avqust 2022-ci il tarixli, 8İ-8536 №-li; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 18 avqust 2022-ci il tarixli, 8İ-8689 №-li icra qeydi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 18 avqust 2022-ci il tarixli, 8İ-8690 №-li icra qeydiəsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli 447/M və 448/M saylı kredit müqavilələri üzrə mütəmadi olaraq aylıq ödənişlərin həyata keçirilmişdir. Lakin Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı tərəfindən edilən ödənişlər aidiyyatı hesaba köçürülməmiş, borc məbləğlərinin silinməsi düzgün həyata keçirilməmişdir. Məsələ ilə əlaqədar olaraq iddiaçı tərəfindən dəfələrlə banka müraciət edilsə də, bank tərəfindən heç bir rəsmi açıqlama edilməmiş və ya addım atılmamışdır. İddiaçı tərəfindən Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli 447/M və 448/M saylı kredit müqavilələri üzrə ödənişlərin nəzərə alınmaması məhkəmə qaydasında mübahisələndirilmişdir. Mülki iş üzrə məhkəmə prosesinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın icraatında baxılmaqdadır (məhkəmə işinin nömrəsi: № e-2(005)-2867/2022). Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisi tərəfindən aparılan icra hərəkətləri və tərtib olunmuş 15 avqust 2022- ci il tarixli, 8İ-8536 №-li; 18 avqust 2022-ci il tarixli, 8İ-8689 №-li icra qeydi və 18 avqust 2022-ci il tarixli, 8İ-8690 №-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydləri qanunsuz olaraq həyata keçirilmişdir. 9 saylı Notariat Ofisi tərəfindən “İpoteka haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Daha sonra iddiaçıların nümayəndə və vəkili Vəkil "xxxx" MMC-nin də cavabdeh qismində icraata cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" mülki iş üzrə icraata cəlb edimişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə və maraqlı şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Maraqlı şəxs ASC tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən və eyni tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Maraqlı şəxs ASC onunla İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 448/M saylı kredit müqaviləsi üzrə İddiaçı öz öhdəliklərini icra etməyərək, borcu yarandığını bildirmişdir və bu kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin predmeti olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 149550 ABŞ Dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə icra qedyinin aparılmasını xahiş etmişdir və 1 manat bank xidmət haqqı olmaqla 26 manat ödəniş notairat hərəkətlərinin aparılması üçün Cavabdeh2 adına olan bank hesabına köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan X7 borcalan İddiaçı borcverən Maraqlı şəxs ASC ilə baöladığı 448/M saylı kredit müqaviləsinin təminatı olaraq özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzili Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzili Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Maraqlı şəxs ASC tərəfindən İddiaçı və X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişdən və ona dair poçt xəbərnaməsindən müəyyən olunur ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı və X7 tərəfindən 448/M saylı kredit müqavilə üzrə yaranmış borcun 21 gün ərzində tam icra edilməyəcəyi halda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi qeyd edilmişdir və bu bildiriş “Sultanova Afaq” və “Yusifzadə Fidan” adlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzilinə dair tutumanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 15 avqust 2022ci il tarixli, 8İ-8536 №-li icra qeydi üzrə İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü 370000 manat məbləğində kreditin, xx.xx.2020-ci il tarixli 448/M saylı kredit müqaviləsinə əlavəyə əsasən borcunun istifadə müddəti 12 ay müddətinə, xx.xx.2021-ci il tarixinə qədər artırılmış 370000 ABŞ dolları məbləğində olan kreditin qalıq borcu 370000 ABŞ dolları məbləğində olan kreditin öhdəliklərinin pozulmasından yaranan 448/m saylı kredit müqaviləsi üzrə 140 869,52 ABŞ dolları əsas borc, 446,07 ABŞ dolları faiz borcu, cəmi 141315,59 ABŞ dolları məbləğində borcun Maraqlı şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 149550 ABŞ dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat məbləğin borcludan tutulması müəyyən edilmişdir. - Maraqlı şəxs ASC tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Maraqlı şəxs ASC onunla İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 447/M saylı kredit müqaviləsi üzrə İddiaçı öz öhdəliklərini icra etməyərək, borcu yarandığını bildirmişdir və bu kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 250000 manat olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə icra qedyinin aparılmasını xahiş etmişdir. - xx.xx.2021-cu il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan X8 borcalan İddiaçı borcverən Maraqlı şəxs ASC ilə baöladığı 447/M saylı kredit müqaviləsinin təminatı olaraq özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzilini Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlakın dəyəri 250000 manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, X5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzili Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Maraqlı şəxs ASC tərəfindən İddiaçı və X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişdən müəyyən olunur ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı və X8 tərəfindən 447/M saylı kredit müqavilə üzrə yaranmış borcun 21 gün ərzində tam icra edilməyəcəyi halda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 18 avqust 2022ci il tarixli, 8İ-8690 №-li icra qeydi üzrə İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü ******* ABŞ dolları məbləğində kreditin, kreditin öhdəliklərinin pozulmasından yaranan -447/M saylı kredit müqaviləsi üzrə 244 845,34 ABŞ dolları əsas borc, 7100,52 ABŞ dolları faiz borcu, cəmi 251945,86 ABŞ dolları məbləğində borcun Maraqlı şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 2 ünvanında qeydiyyatda olan X6 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 250000 ABŞ dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat məbləğin borcludan tutulması müəyyən edilmişdir. - Maraqlı şəxs ASC tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Maraqlı şəxs ASC onunla İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 447/M saylı kredit müqaviləsi üzrə İddiaçı öz öhdəliklərini icra etməyərək, borcu yarandığını bildirmişdir və bu kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 250000 manat olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə icra qedyinin aparılmasını xahiş etmişdir. - xx.xx.2020-ci il tarixli 447-2/M saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan X7 borcalan İddiaçı borcverən Maraqlı şəxs ASC ilə baöladığı 447/M saylı kredit müqaviləsinin təminatı olaraq özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzilini Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlakın dəyəri 194310 ABŞ dolları müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzili Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Maraqlı şəxs ASC tərəfindən İddiaçı və X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişdən və ona dair poçt xəbərnaməsindən müəyyən olunur ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı və X7 tərəfindən 447/M saylı kredit müqavilə üzrə yaranmış borcun 21 gün ərzində tam icra edilməyəcəyi halda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi qeyd edilmişdir və bu bildiriş “Sultanova Afaq” və “Yusifzadə Fidan” adlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin 18 avqust 2022ci il tarixli, 8İ-8689 №-li icra qeydi üzrə İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü ******* ABŞ Dolları məbləğində kreditin, kreditin öhdəliklərinin pozulmasından yaranan 447/M saylı kredit müqaviləsi üzrə 244 845,34 ABŞ dolları əsas borc, 7100,52 ABŞ dolları faiz borcu, cəmi 251945,86 ABŞ dolları məbləğində borcun Maraqlı şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzilə tutmanın yönləndirilməsi, dəyəri 194310 ABŞ Dolları olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat məbləğin borcludan tutulması müəyyən edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, e-2(005)-4132/2022 saylı qətnaməsindən müəyyən olunur ki, X8 tərəfindən ünvan 5 ünvanında yerləşən 7 saylı (133.2 kv.m) mənzilin X4 bağışlanmasına dair ünvan 7ağlanmış 4Ə-949 Reyestr nömrəli 24 noyabr 2016-cı il tarixli bağışlanma müqaviləsi; ünvan 6 ünvanında yerləşən 16 saylı (109.9 kv.m) mənzilə dair ünvan 7ağlanmış 4Ə-957 Reyestr nömrəli 24 noyabr 2016-cı il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməsi və hər iki müqavilənin hüquqi nəticələri ləğv edilməsi qərara alınmışdır. -AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli №33/4242 saylı məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllülü X2 xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə göstərilmişdir ki şəxsin son ölkə çıxışı 17 may 2016-cı il tarixə təsadüf etmiş bu müddətdan sonra geri qayıtmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə götürdüyü ******* ABŞ Dolları məbləğində kreditin götürülüməsinə dair bağlanmış kredit müqaviləsi üzrə borcalan İddiaçı öhdəliklərinin təminatı olaraq X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzili, dəyəri tərəflərin razılığına əsasən 194310 ABŞ dolları müəyyən edilməklə; X6 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 35B saylı evin 11 nömrəli mənzili isə dəyəri tərəflərin razılığına əsasən 250000 manat müəyyən edilməklə Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə olaraq İddiaçı Maraqlı şəxs ASC-dən illik 6% olmaqla 12 ay müddətinə 370000 manat məbləğində kredit götürməsinə dair kredit müqaviləsi üzrə İddiaçın öhdəliklərinin icrasının təminatı olaraq X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzili dəyəri tərəflərin razılığına əsasən 149550 ABŞ dolları müəyyən olunmaqla Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda isə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qeyd edilən icra qeydlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən: borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə əsasən, icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinəəsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Məhkəmə qeyd edir ki, İddiaçı Maraqlı şəxs ASC ilə bağladığı kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzili və Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küçəsində yerləşən 29 saylı evin 16 nömrəli mənzili, mənzillərin həmin zaman mülkiyyətçisi olan X7 tərəfindən ipoteka ilə yüklü edilmiş, bu yüklülük X3 mülkiyyət hüquqlarını təsdiqləyən müvafiq çıxarışlarda qeyd edilmişdir. Sonradan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qeyd edilən əmlakların X3 mülkiyyəti kimi qeydə alınmasına əsas olmuş bağışlama müqavilələri etibarsız hesab edilmiş və bununla yanaşı hüquqi nəticələri də ləğv edilmişdir. Belə olan halda X3 adına verilmiş çıxarış və Maraqlı şəxs ASC-nin xeyrinə məhdud əşya hüququnun qeydə alındığı çıxarışlar hüquqi qüvvəsini itirmişdir və bu səbəbdən də bu əmlaklara mübahisəsiz qaydada icra qeydi ilə tutmanın yönəldilməsi əmlakların həqiqi mülkiyyətçinin hüquqlarının əsassız pozulmasınə səbəb olur. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 447/M saylı müqavilə üzrə ödənişlər həmçinin xx.xx.2019-cu il tarixli 448/M saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 1820,00 ABŞ dolları və xx.xx.2021-ci il tarixində 8700,00 ABŞ dolları bölüşdürülən ödənişlər eləcə də X10 ilə bağlanmış 732/M saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixində 155820,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 56000,00 ABŞ dolları aid edilən ödənişlər nəzərə alınmaqla İddiaçı "xxxx" ASC-yə olan 100.819,56 ABŞ dolları artıq ödəniş olması müəyyən edilir. İddiaçı iddia ərizəsində bağlanmış kredit müavilələri üzrə etdiyi ödənişlərin kredit borclarına çıxılmasının Maraqlı şəxs ASC tərəfindən yanlış aparıldığını və bunu iddia ərizəsi verərək məhkəmədə mübahisələndirildiyini bildirir. Yuxarıda qeyd edilən ekspert rəyindən kredit müqavilələri üzrə edilmiş ödənişlərin kredit borcundan düzgün silinməməsi halının mövcud olması ehtimalı görünür ki, araşdırma zamanı bu halın, həmçinin ümumilikdə kredit müqavilələrinin mübahisələndirilməsinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında iş olduğu aydın olmuşdur. Həmin iş üzrə iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş daha sonra iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Aydın olur ki, icra qeydinin verilməsi üçün əsas olmuş kredit müqavilələri məhkəmə qaydasında mübahisələndirildiyi halda, bu müqavilələrə əsaslanaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə icra qeydləri aparılmışdır. Məhkəmə hesab edir ki, borclunun kredit müqavilələrindən irəli gələn borc məbləğlərini məhkəmədə mübahisələndirdiyi halda, həmin kredit müqavilələri əsasında icra qeydinin aparılması norcalanın və ipoteka qoyanın hüquqlarının əsassız məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Eyni zamanda “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 161-ci bəndinə əsasən, icra qeydinin borclunun olduğu yer üzrə aparılmalı olduğu halda göstərişə əhəmiyyət verilməmiş, borclunun olduğu yer Bakı şəhəri, Nəsimi rayonu olduğu halda, icra qeydi 9 saylı notariat ofisi tərəfindən aparılmışdır. Bu da yuxarıda qeyd edilən təlimatın normalarının pozuntusudur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş 15 avqust 2022-ci il tarixli, 8İ-8536 №-li icra qeydinin; 18 avqust 2022-ci il tarixli, 8İ-8689 №-li icra qeydinin və 18 avqust 2022-ci il tarixli, 8İ-8690 №-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş 15 avqust 2022-ci il tarixli, 8İ-8536 №-li icra qeydi; 18 avqust 2022-ci il tarixli, 8İ- 8689 №-li icra qeydi və 18 avqust 2022-ci il tarixli, 8İ-8690 №-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ləğv edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar