Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-642/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı X9 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30260 (otuz min iki yüz altmış) manat pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 181 (yüz səksən bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il may ayında özü üçün Cənubi Koreya Respublikasından minik avtomobili almaq qərarına gəlmişdir. Bu barədə həmin ərəfələrdə Səbail rayon ərazisində yerləşən “Badamdar” avtomobil bazarında maraqlanan zaman hazırda adını xatırlamadığı satıcılardan biri Cavabdeh atası X2 ilə birlikdə sifariş əsasında Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına pərakəndə şəkildə minik avtomobillərinin idaxlı və satışı ilə məşğul olduqlarını bildirib həmin şəxslərin onun üçün əlverişli qiymətə minik avtomobili təşkil edə biləcəklərini söyləmişdir. Bununla əlaqədar “Badamdar” avtomobil bazarında Cavabdeh “WhatsApp” nömrəsini öyrənib ona zəng vurmuşdur. Salamlaşıb hal-əhval tutduqdan sonra “Kia” və “Hyundai” minik markalı avtomobil almaq istədiyini bildirmişdir. Pənah özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə heç bir problem olmadığını bildirib uzun müddətdən bəri Cənubi Koreya Respublikasının İnçxon şəhərində minik avtomobillərinin satışı ilə məğul olduğunu deyərək Cənubi Koreyadan əlverişli qiymətə istənilən markalı minik avtomobili təşkil edə biləcəyini söylədi. Pənaha inanıb onun vasitəsilə Cənubi Koreya Respublikasından avtomobil almaq qərarına gəlmişdir. Elə həmin ərəfələrdə internet vasitəsilə Cənubi Koreya Respublikasında satışda olan minik avtomobilləri ilə maraqlanıb avtomobillərin bazar qiymətini, eləcədə gömrük rəsmiləşdirilməsi ilə bağlı dəqiqləşdirmişdir. Bundan sonra Cavabdeh ilə “WhatsApp” vasitəsilə danışıb avtomobil sifariş vermişdir. Cavabdeh Cənubi Koreya Respublikasının İnçxon şəhərində olduğundan sifarişlə bağlı pul vəsaitlərini əvvəlcə birgə fəaliyyət göstərdiyi atası X1 verməyini bildirdi. Pənah həmçinin sifariş verdiyim avtomobillərin invoys dəyəri müəyyən edildikdən sonra atası X3 ilə görüşərək lazımi məbləği ona təqdim etməyini söylədi. Bu minvalla Pənaha 2022-ci ilin may ayında “Hyundai Santafe” minik markalı (VİN KOD:KMSW81UBDU047299), oktyab ayında isə “X15 R” minik markalı (VİN KOD: KNAKW815BEA467510) avtomobili təşkil etməsini sifariş vermişdir. Pənah “WhatsApp” vasitəsilə mənimlə əlaqə saxlayaraq 31 may 2022-ci ildə “Hyundai Santafe” minik markalı avtomobilə görə yol xərci ilə birlikdə 8600 ABŞ dolları məbləğində pulu, həmin ilin oktyabr ayında isə “X15 R” markalı avtomobilə görə yol xərci ilə birlikdə 9200 ABŞ dolları məbləğində pulu ödəməyini istədi. Bununla əlaqədar 31 may 2022-ci ildə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov rayon filialından invoys yolu ilə Cənubi Koreya Respublikasının İnçxon şəhərində olan Pənahın adına milli valyuta ilə 14620 (on dörd min altı yüz iyirmi) manat ekvivalentində 8600 ABŞ dolları pul köçürmüşdür. Həmin avtomobilləri yaxın qohumlarının adına sifariş vermişdir. 31 may 2022-ci il tarixində sifariş verdiyi “Hyundai Santafe” minik markalı (VİN KOD:KMSW81UBDU047299) avtomobil invoysda qeyd olunan qohumu İddiaçı1 adına göstərildə də, sonradan ölkə ərazisinə keçdikdə Pənah həmin avtomobili başqa şəxsə satdığından xx.xx.2022-ci tarixdə gömrük rəsmiləşdirilməsi zaman həmin avtomobil Suruş Məmmədova ad, soyadlı tanımadığı başqa bir şəxsin adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə Pənahın dəvəti ilə Cənubi Koreya Respublikasına olduğundan bu məsələyə müdaxilə edə bilməmişdir. Bu barədə İnçxon şəhərində Pənahla görüşüb ona etirazını bildirdikdə Pənah onunla kobud danşaraq konkret heç bir cavab vermədi. Bununla əlaqədar X11 Bakıda olan atası Allahverdiyə “WhatsApp” vasitəsilə zəng vuraraq Pənahın onu aldatdığını bildirmişdir. Allahverdi Pənahla bu barədə danışıb məsələni həll edəcəyini bildirsə də, onu aldatmışdır. Nəticədə 8600 ABŞ dolları məbləğində pul vəsaiti ödədiyi “Hyundai Santafe” minik markalı avtomobil başqa şəxsin adına rəsmiləşdirilmişdir. Bundan başqa “X15 R” minik markalı (VİN KOD: KNAKW815BEA467510) digər avtomobilə görə isə 2022-ci ilin oktyabr ayının əvvəllərində Cənubi Koreya Respublikasının İnçxon şəhərində olarkən Cavabdeh əlbəəl şəkildə invoys və yol xərci də daxil olmaqla milli valyuta ilə 15640 (on beş min altı yüz qırx) manat ekvivalentində ümumilikdə 9200 (doqquz min iki yüz) ABŞ dolları pul vermişdir. Bu barədə də Pənah 27 oktyabr 2022-ci ildə invoys sənədləri tərtib edərək ona təqdim etmişdir. Lakin təxminən bir ay sonra, 2022ci ilin noyabr ayında Bakı şəhərində olarkən Pənahın atası Allahverdinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisində həmin avtomobil barədə maraqlandıqda Allahverdi ona sadəcə olaraq öz mobil telefonunda avtomobilin fotoşəkillərinin, o cümlədən konteynerə yükləmə prosesinin fotoşəkillərini göstərdi. “X15 R” minik markalı (VİN KOD: KNAKW815BEA467510) həmin avtomobil invoysda qohumu X6 adına rəsmiləşdirilsə də, avtomobil ölkə ərazisinə keçdikdən sonra Pənah tərəfindən başqa şəxsə satılaraq mülkiyyətçi kimi tanımadığı alıcının adına rəsmiləşdirilmişdir. Bu günə kimi həmin avtomobil haqda heç bir məlumatı yoxdur. Bu barədə Pənah və onun atası Allahverdi ilə danışıb pulunu və ya sifariş verdiyi avtomobilləri tələb etdikdə onlar müxtəlif bəhanələrlə onu aldadıb pulunu qaytarmamışdırlar. Pənah ümumilikdə 30260 (otuz min iki yüz altmış) manat pul vəsaitini almışdır. Lakin, həmin pul vəsaitinin müqabilində avtombil təşkil etməmişdir. Maddi sübut kimi qiymətləndirilən telefon yazışmalarına və invoyslara diqqət yetirdikdə görmək olar ki, cavabdeh tərəfindən 30260 (otuz min iki yüz altmış) manat pul vəsaiti heç bir əvəzi ödənilmədən ələ keçirilmişdir. Telefon yazışmalarında cavabdeh bu halı özü etiraf etmişdir. Lakin, həmin pul vəsaitlərinin verilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili X10 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, iddiaçı X7 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mülki iş üzrə iddiaçı X9 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehdən 8600 ABŞ dolları tutularaq İddiaçı1, 9200 ABŞ dolları tutularaq İddiaçı2 xeyrinə ödənilməsini xahiş etmişdirlər. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, cavabdehdən 8600 ABŞ dolları tutularaq öz xeyrinə ödənilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, cavabdehdən 9200 ABŞ dolları tutularaq öz xeyrinə ödənilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı1 xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı2 xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçılar etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-642/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - “KoAze” 31 may 2022-ci il tarixli DHFSDFHYT invoys nömrəli proforma fakturası ilə müyyən olunur ki, istifadə edilmiş 6300 ABŞ dolları dəyəri olan 1 ədəd KMHSW81UBDU047299 ban nömrəli “Hyundai Santafe” markalı avtomobili KoAze şirkəti tərəfindən Bakıya göndərilmə xərci 2300 ABŞ dolları olmaqla Hüseynova Yasamənə göndərilmişdir. - 31.05.2022-ci il tarixli N_İTAUXX********** saylı köçürmə haqqında ərizə ilə müəyyən olunur ki, İddiaçı1 tərəfindən “Hyundai Santafe” avtomobili üçün 8600 ABŞ dolları ödəniş edilmişdir. - “KoAze” 27 oktyabr 2022-ci il tarixli DHFSDFPPO invoys nömrəli proforma fakturası ilə müyyən olunur ki, istifadə edilmiş 9200 ABŞ dolları dəyəri olan 1 ədəd KNAKW815BEA467510 ban nömrəli “X15 R” markalı avtomobili KoAze şirkəti tərəfindən İddiaçı2 göndərilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən, iddaçı İddiaçı1 tərəfindən Cavabdeh “Hyundai Santafe” markalı avtomobilin Koreyadan Azərbaycan Respublikasına gətirilməsi məqsədilə 31 may 2022-ci il tarixdə avtomobilin dəyəri 6300 ABŞ dolları, göndəriş xərcləri 2300 ABŞ dolları olmaqla cəmi 8600 ABŞ dolları, digər İddiaçı2 tərəfindən “X15 R” markalı avtomobilin Koreyadan Azərbaycan Respublikasına gətirilməsi məqsədilə 27 oktyabr 2022-ci il tarixdə 9200 ABŞ dolları pul köçürmə yolu ilə ödənilmişdir. Lakin iddiaçılarnın ödədiyi pul qarşılığında onların gözlədiyi əməl cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Hazırda iddiaçılar cavabdehə ödənilmiş pul məbləğinin geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -394-cü maddəsinə əsaəsn, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. -560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında avtomobillərin Koreya Respublikasından Azərbaycan Respublikasına gətirilməsinə dair razılaşma olmuşdur. Belə ki, iddaçı İddiaçı1 tərəfindən 31 may 2022-ci il tarixdə avtomobilin dəyəri 6300 ABŞ dolları, göndəriş xərcləri 2300 ABŞ dolları olmaqla cəmi 8600 ABŞ dolları, digər İddiaçı2 tərəfindən 27 oktyabr 2022-ci il tarixdə 9200 ABŞ dolları pul köçürmə yolu ilə ödənilmişdir. Lakin gözlənilən əməl yerinə yetirilməmiş, qeyd olunan avtomobillər iddiaçılara təhvil verilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki tələb üzrə əsassız varlanmaya dair müddəalar nəzərdən keçirilməlidir. Qanunvericiliyə əsasən, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Belə ki, cavabdehin iddiaçıların hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçılar tərəfindən 8600 ABŞ dolları və 9200 ABŞ dolları olmaqla cəmi 17800 ABŞ dolları ödəniş edilmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır. Pulun verilməsi qarşılığından edilməsini gözlədiyi əməl yerinə yetirilmədiyindən və əmlakından - pulundan məhrum olan iddiaçılar da hazırda razılaşma üzrə ödədikləri pul məbləğini cavabdehdən geri tələb edir. Pulun qaytarılması məqsədilə Polis şöbəsinə müraciət edilsə də, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqinin 18 iyun 2024-cü il tarixli qərarı ilə cavabdehin əməllərində cinayət tərkibinin olmaması, göstərilən xüsusatlar mülki xarakter daşıdığından cinayət işinin başlanması rədd olunmuşdur (HK-1/578 nömrəli material). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin avtomobillərin göndərilməsi məqsədi ilə iddiaçılardan 8600 ABŞ dolları və 9200 ABŞ dolları olmaqla cəmi 17800 ABŞ dolları məbləğində pul alması, bununla belə gözlənilən əməlin yerinə yetirilməməsi cavabdehin əsassız varlanması ilə iddiaçıların öz əmlaklarından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar hazırkı tələblə - ödədikləri məbləğin qaytarılmasını Cavabdeh geri tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. -241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 181 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 8600 (səkkiz min altı yüz) ABŞ dolları tutularaq İddiaçı1, 9200 (doqquz min iki yüz) ABŞ dolları tutularaq İddiaçı2 xeyrinə ödənilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181 (yüz səksən bir) manat tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 8600 (səkkiz min altı yüz) ABŞ dolları tutularaq İddiaçı1 xeyrinə, 9200 (doqquz min iki yüz) ABŞ dolları tutularaq İddiaçı2 xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181 (yüz səksən bir) manat tutularaq iddiaçıların xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-642/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-642/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver