Məhkəmə qərarları › İş №e-2(005)-66/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-66/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-66/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı ASC--nin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Xurşudov X5 Telman Nurıdın oğlundan birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8938.46 manat məbləğində əsas borcun, 1233.36 manat məbləğində faiz borcunun, 1118.19 manat məbləğində cərimə borcunun, cəmi 11290.01 manat borcun və 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 23% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdi. Borclu Cavabdeh1 və Cavabdeh2 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır. Sadəcə rəyin son hissəsində cərimə borcuna münasibət bildirilmədiyindən, məhkəmə tərəfindən bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Xanlarov X6 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Hesab edir ki, iddiaçı bankın Dilqəm adlı əməkdaşı da məhkəmə iclasında iştirak etməlidir. Belə ki, o müqaviləni əsas borclu olan xalası oğlu Cavabdeh3 etimad edərək, tələsik şəkildə bilmədən imzalamışdır. Cavabdeh3 və bankın əməkdaşı onun onlara olan etimadından sui-istifadə etmişdir. Belə ki, bankın əməkdaşı ona müqavilənin şərtlərini və məsuliyyətini izah etməli idi. Halbuki, onun başqa kredit borcu da mövcuddur. Eyni zamanda, həyat yoldaşının səhhətində ciddi problemlər mövcuddur. Bu səbəbdən, cərimə və faiz borcunu qəbul etmir. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Məhkəmədən faiz və cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/02173/85/3 saylı Kredit Sazişinə əsasən aylıq faiz dərəcəsi 23% оlmaqla 24 ay müddətinə, 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi əsasında ona veriləcək 15000 AZN məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - Cavabdeh1, Cavabdeh2 , “Borcalan" ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan MK/02173/85/3 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MK/02173/85/3 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 785,6 manat, xx.xx.2024-cü il tarixdə isə 792,91 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Bank of Baku” ASC tərəfindən Cavabdeh3 hesabına 15000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 8938.46 manat əsas, 1233.36 manat faiz, 1118.19 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2022-ci il tarixinə 8938.46 manat əsas, 1079,19 manat faiz, 1118.19 manat cərimə borcunun dərhal ödənilməsi tələb olunmuş, əks halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli Ərizənin və Ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə, əsas borc üzrə - 7808,71 manat faiz borcu üzrə - 1077,60 manat Ekspert rəyinin tərtib edilən tarixə yəni xx.xx.2024-cü il tarixə, əsas borc üzrə - 7808,71 manat faiz borcu üzrə - 2050,22 manat İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, MK/02173/85/3 saylı krediti müqaviləsinə əsasən istifadə edilmiş məbləğlərin kreditin təyin edildiyi tarixlərdən etibarən Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə bildirişin tərixədək, yəni xx.xx.2023-cü il tarixədək, maliyyə arayışlarında göstərilən tərixədək, yani xx.xx.2023-cü il tarixədək və ekspertiza rəyi verilən tarixədək Cavabdeh3 iddiaçı “Bank of Baku" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2023-cü il tarixə, əsas borc üzrə - 7698,42 manat faiz borcu üzrə - 929,58 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə - 7698,42 manat faiz borcu üzrə - 1062,38 manat xx.xx.2024-cü il tarixə, əsas borc üzrə - 7698,42 manat faiz borcu üzrə - 1191,10 manat İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, MK/02173/85/3 saylı krediti müqaviləsinə əsasən aparılmış ödənişlər, habelə hesablanmış cəriməyə çıxılan məbləğlər və inkasso sərəncamları və həmin sərəncamlar üzrə tutulan komissiyalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixinə eyni zamanda təkrar ekspertiza üzrə rəy verilən verilən, xx.xx.2024-cü il tarixinə Cavabdeh3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 8938,46 manat faiz borcu üzrə - 1079,32 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə - 8938,46 manat faiz borcu üzrə - 1233,51 manat xx.xx.2024-cü il tarixə, əsas borc üzrə - 8938,46 manat faiz borcu üzrə - 2407,82 manat əlavə məhkəmə mühasibat ekspertizası üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, əlavə məhkəmə-mühasibat ekspertiza üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, MK/02173/85/3 saylı krediti müqaviləsinə əsasən aparılmış ödənişlər, habelə hesablanmış cəriməyə çıxılan məbləğlər və inkasso sərəncamları və həmin sərəncamlar üzrə tutulan komissiyalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə habelə xx.xx.2023-cü il tarixinə Cavabdeh3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 8938,46 manat faiz borcu üzrə - 1079,32 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə - 8938,46 manat faiz borcu üzrə - 1233,51 manat Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən iddiaçı Bank “borclu” Cavabdeh3 15000 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə üzrə borclu Cavabdeh3 bank qarşısında öhdəliklərinin təminatı olaraq “zaminlər” Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı cavabdehlərin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək, xx.xx.2022-ci il tarixli, müqavilə üzrə yaranmış əsas borca görə 8938,46 manat, faiz borcuna görə 1233,36 manat, cərimə borcuna görə 1118,19 manat olmaqla, cəmi 11290,01 manat pulun məhkəmə qaydasında cavabdehlərdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və iddiaçı ASC tərəfindən cavabdehə 24 ay müddətinə, illik 23 % olmaqla 15000 manat məbləğində kredit verilməsi, həmin kredit müqaviləsinin zaminin öhdəliyi ilə təminat verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə ödənilməmiş əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Faiz borcunun məbləği ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdehə borcun tam qaytarılması haqqında borcluya borcu tələb edilməsi barədə xəbərdarlıq etməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 8938,46 AZN əsas, 1079,19 AZN faiz, 1118,19 AZN cərimə borcu dərhal ödənilməsi tələb edilmişdir. Bu baxımdan məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 1233.36 manat pulun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunan məbləğdə, yəni 1079,19 manat hissədə, təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1118.19 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 500 manata endirilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zaminlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə əsaslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı ASC ilə zaminlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, həm kredit, həm də zaminlik müqavilələri eyni tarixdə bağlanmış və zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra edilənədək qüvvədə olması barədə razılığa gəlmişlər. Odur ki, əsas, faiz, cərimə borcu Cavabdeh3 ilə yanaşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə 8938,46 manat əsas, 1079,19 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, ümumilikdə 10517,65 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 124 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa ekspertiza xərci olan 300 manat Cavabdeh3 tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 8938,46 manat əsas, 1079,19 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, ümumilikdə 10517,65 manat (on min beş yüz on yeddi manat, altmış beş qəpik) pul vəsaiti və 124 manat dövlət rüsumu iddiaçı Bank of Baku” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh3 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar